“Ustad” dərgisi yeni formatda
12.10.21

“Hədəf Nəşrləri”nin təsis etdiyi aylıq ədəbiyyat və sənət dərgisi “Ustad” dünya standartlarına uyğunlaşdırılmaqla, il yarımlıq fasilədən sonra tam yenilənmiş, rəngli formatda işıq üzü görüb. 

Senet.az “Hədəf Nəşrləri”nə istinadən xəbər verir ki, 35-ci sayı işıq üzü görən jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. 

Dərgi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin “Zəfər marşı” yazısı ilə başlayır. 

“Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikasında fəlsəfi roman anlayışını təhlil edir. 

Ədəbiyyatşünas, şair Qismət “TƏK” rubrikasında təzə əsrin kitablarından, “Bildungsroman” anlayışından, yazıçı Ayxan Ayvaz “Qırmızı pəncərə” köşəsində “Birinci şəxsin təkində yazan yazıçılar”dan söz açır. Bundan başqa, o, dərgidə yer alan müxtəlif yazıçı və şairlər haqqında lətifələrin müəllifidir. 

Kinoşünas Hacı Səfərov “Bir il, bir kino” rubrikasında “Ümidsiz dünyanın kinoları: 1994” yazısı ilə dövrün, Türkiyədə yaşayan azərbaycanlı yazıçı Ceylan Mumoğlu isə “Psixotrap” rubrikasında Fyodor Dostoyevskinin psixoanalitik portretini cızır. 

Yazıçı, şair, kinoşünas Sevinc Elsevər “Bu kino ki var...” rubrikasında “Körpə kino” araşdırması ilə kinematoqrafiyanın tarixinə işıq tutur. Yazıçı Cəmilə Məmmədli isə “Sərhədsiz incəsənət” rubrikasında görmə məhdudiyyətli aktrisa Günay Məmmədova ilə söhbətləşir.

Yazıçı Əlabbas “Hədəfdəkilər” rubrikasında Salam Qədirzadənin “Şlyapalı Mauqli” hekayələr kitabından, “İkibaşlı” rubrikasında yazıçı Xəyalə Murad ədəbiyyatdakı dilemmalardan, konkret cavabı olmayan suallardan bəhs edir. Budəfəki mövzu isə “Şoloxov yaradıcılığındakı plagiat damğası və ya “Sakit Don” nəyi gizlədir?” başlığı altında araşdırılır. 

Yazıçı, jurnalist Nuranə Abbasova “Kinopasport”da “Böyük şəhərin işıqları” filmi barədə maraqlı faktlardan, jurnalist, araşdırmaçı Xavər Zahir “KainART” rubrikasında müasir rəssamlıq janrlarından bəhs edir. 

“Yerli hekayə” rubrikasında Adəmin “Milçək” və “Qarışqa”, Həmid Piriyevin “Əştər və Ceyda”, “Xarici hekayə” rubrikasında isə tanınmış Braziliya yazıçısı Rubem Fonsekanın “Gecə gəzintisi” hekayələri yer alır. Şair Ümid Nəccari isə “Yad sətirlər” rubrikasında fələstinli həmkarı Mahmud Dərvişin bir neçə şeirini Azərbaycan oxucusuna təqdim edir.

“Gəl uşaq olaq!” rubrikasında üç yeniyetmə müəllifin – Fariz Zabil, Banu Məmmədzadə və Nərmin Əzimzadənin şeirləri dərc olunub. 

“Sözbaz” rubrikasında isə yazmağın daşını çoxdan atmış Mirzə Bartlbi son illərdə nəşr olunmuş yerli kitabları tənqid edir.

Bundan başqa, məşhurlar “Ustad”ın müxbiri Nargisin “Hansı əsər qəhrəmanı ilə evlənərdiniz?” sualını cavablandırırlar. 

Dünya ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı maraqlı məlumatları isə Humay Hüseynli toplayıb. 

Qeyd edək ki, “Ustad” dərgisini əldə edənlərə şəhid kiçik gizir Xudayar Yusifzadənin #ustadmen haştaqlı posteri, eləcə də #kitabınıgöstər fotokitabı hədiyyə olunacaq. 
Dərginin qiyməti 6 manatdır.

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.