Gənc Tamaşaçılar Teatrı: "Biz bütün tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq"
07.09.21

Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib.

Teatrdan verilən məlumatda bildirilir ki, sentyabr ayında yeni mövsüm və təzə səhnə əsərlərilə, maraqlı layihələrlə tamaşaçıların görüşünə gələn sənət məbədləri hələ də gözləmə mövqeyindədir.

Müraciətdə qeyd olunur ki, mövcud şərait, dünyanı cənginə alan koronavirus infeksiyasının yaratdığı məhdudiyyətlər teatr zallarını boş, sənət adamlarını işindən, tamaşaçısından uzaq qoyub: "Artıq dünya bu ümumbəşəri bəla ilə mübarizə üsulları tapdığı üçün tezliklə qapılarımızı sənətsevərlərin üzünə açacağımıza və rəngarəng tamaşalar təqdim edəcəyimizə inanırıq. Əgər ölkə əhalisinin böyük bir qismi infeksiya əleyhinə artıq vaksin olunubsa və müəyyən şərtlər daxilində təhsilin, kütləvi tədbirlərin bərpası haqqında düşünülürsə, biz də öz növbəmizdə bütün qoyulan tələblərə uyğun fəaliyyət göstərməyə hazırıq".

"Bütün bu müddət ərzində biz virtual məkandan istifadə edərək gündəmdən düşməməyə çalışdıq, sevilən səhnə əsərlərimizin unudulmaması üçün çaba göstərdik. 44 günlük Zəfər mübarizəmizə öz qatqımız olması üçün bu mövzuda müxtəlif online layihələr, videoçarxlar hazırladıq. Amma hər kəsə bəllidir ki, teatr canlı sənətdir və bizlərdən ötrü tamaşaçı ilə ünsiyyət çox vacibdir. Ümidvarıq ki, Operativ Qərargah tezliklə teatrların fəaliyyəti ilə bağlı müsbət qərarını, qaydalarını elan edəcək və biz mövsümün açılışı haqqında xəbəri sevə-sevə paylaşacağıq. Bütün dövrlərdə, bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, teatr yaşayıb, yaşayacaq!", - məlumatda vurğulanır. /Report/

Yenililklər
24.10.21
I Sumqayıt Kitab Sərgisi keçiriləcək
22.10.21
Kənan Hacı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir” - Müsahibə
21.10.21
"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq
20.10.21
Türkiyədə təşkil olunan Beynəlxalq Şeir və Ədəbiyyat Festivalında ölkəmiz də təmsil olunur
20.10.21
Təranə Vahid - Yaddaşsız kölgələr
19.10.21
Sumqayıtda kitab bayramı
16.10.21
"Cəbrayıl əfsanəsi" romanı çap olunacaq
14.10.21
"Ermənistan Qarabağda Azərbaycanın tarixi və mədəni irsini yer üzündən silmək istəyirdi"
14.10.21
Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub
12.10.21
“Ustad” dərgisi yeni formatda
07.10.21
Musa Yaqub haqqında kitab nəşr olundu - FOTO
06.10.21
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub
06.10.21
Şərqin Şekspiri qırğız dilində
06.10.21
“Fəryad-2” filminin çəkilişləri başa çatıb
05.10.21
Xalq artisti Vaqif Şərifov vəfat edib
05.10.21
Fərid Hüseyn nüfuzlu beynəlxalq ədəbi mükafatına layiq görülüb - FOTOLAR
01.10.21
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi olub
01.10.21
Fadil Hoca: “Bir azərbaycanlı tələbə Avropaya gedib, orada türkcə təhsil almaq istəyərsə, o zaman biz onu dəvət edirik”
01.10.21
"Ulduz" jurnalının sentyabr sayı çap olunub
24.09.21
Elman Mustafa Cıvıroğlu - Panslavizm`in Özlemi
24.09.21
“Ölümü ömür seçənlər" kitabının təqdimat mərasimi keçirilib
23.09.21
Yazıçılar Birliyinin Şuşadakı qurultayı gələn ilə qalıb
23.09.21
"Leyli və Məcnun" operası nümayiş edilib
22.09.21
Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
21.09.21
Pablo Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
21.09.21
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib
21.09.21
Tarixi abidələrin pasportları hazırlanıb
20.09.21
“Kopelhaus”da Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi açılacaq
20.09.21
“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” kitabı çap olunub
20.09.21
Olesya Dmitriyeva - Gəl mənə ilham ver, ey qoca rəssam
20.09.21
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
17.09.21
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
17.09.21
Mədəniyyət Nazirliyi teatrların açılması ilə bağlı təkliflərə münasibət bildirib
17.09.21

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub

16.09.21
Azərbaycan və Özbəkistan birgə filmlər çəkəcək
16.09.21
Anar Kərimov Özbəkistanda Beynəlxalq Mədəniyyət Forumuna qatılıb
16.09.21
“Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” kitabı çap olunub
16.09.21
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
15.09.21
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.21
Vidadi Babanlı: “Mirzə İbrahimov məni partiyadan çıxartdırmaq istəyirdi” - Müsahibə
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.