“Türk ədəbiyyatı” dərgisindən Nizami dünyasına töhfə

27.08.21

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü və yaxından iştirakı ilə Türk dünyasının ən məşhur və nüfuzlu ədəbiyyat dərgilərindən olan, qədim ənənələrə malik elmi-publisist “Türk ədəbiyyatı” jurnalının sentyabr sayında dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına geniş yer verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi mütəfəkkir şairin irsi ilə bağlı tədqiqat və araşdırmalara yeni rəvac vermişdir. Dünyanın Azərbaycan sevdalısı və Azərbaycan ədəbiyyatı həvəskarı olan hər bir guşəsində məlum sərəncamdan irəli gələn tədbirlərlə əlaqədar görülən işlər hər kəsin bu ilə töhfə vermək istəyinin gözəl ifadəsidir. 

50 ildən artıqdır ki, Türk ədəbiyyatının, o cümlədən onun ən böyük qolu olan Azərbaycan ədəbiyyatının təbliği və tədqiqi işində əhəmiyyətli xidmətləri olmuş “Türk ədəbiyyatı” dərgisinin bu sahədəki fəaliyyəti şair, yazar və tərcüməçi İmdat Avşarın dərgiyə redaktorluğa başladığı dönəmdəm xüsusi istiqamət almışdır. 

Hər sayda Azərbaycan ədəbiyyatına ayrıca yer ayıran, öz sözlərilə desək, Azərbaycan ədəbiyyatına sevə-sevə xidmət göstərməsi ilə şərəf duyan və haqlı olaraq “Azərbaycan ədəbiyyatının dostu” adlandırılan İmdat Afşar bu sayın giriş sözündə yazır: “Bu il Türkiyədə həm “Yunus Əmrə və Türk dili ili”, həm də “Mehmet Akif və İstiqlal Marşı İli”, qardaş Azərbaycanda isə “Nizami Gəncəvi ili” elan edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə keçən il bağlanmış iki ölkə arasındakı ədəbi əlaqələri inkişaf etdirmək haqqındakı anlaşmaya əsasən bu sayımızda Nizami Gəncəvi yaradıcılığına yer verməyi uyğun gördük. Bu sayda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatının dünya gözəli : Nizami Gəncəvinin “Yeddi gözəl”i”, dosentlər Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin həyatı və dövrü haqqında araşdırma”, Siracəddin Hacı “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində dövlətçilik prinsiplərinin təsviri və təşviqi”, Təhminə Bədəlova isə “Nizami Gəncəvinin “Məxzənül-əsrar” məsnəvisində tarixi şəxsiyyətlər” məqalələində önəmli məsələlərə toxunmuşlar. Bu məqalələrin Şərqin klassik ədəbi zirvələrindən olan Nizami Gəncəvinin həyatı, sənəti, düşüncələri, şeirlərində istifadə etdiyi dil və əsərlərinə xas fərqli baxış yaradacağına ümid edirəm”.  

Bu sayda Talip Mert, Barış Berhem Acar, Rahid Ulusel, Ahmet Duran Arslan, Necati Tonga, Harun Ceylan, Hakan Kaya, Derya Çetin, Zekeriya Şimşekin məqalə, müsahibə və hekayələri, Mustafa Kubur, Ağacafer Hasanlı, Bülent Sayak, Vahdettin Oktay Beyazlı, M. Faruk Habiboğlu, Kazım Bal, Burhan Kazım Çalık, Şahnaz Şahin, Akşın Yenisey və Əjdər Olun şeirləri də yer almışdır.

Ümidvarıq ki, “Türk ədəbiyyatı” dərgisinin hər sayı kimi sentyabr sayı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaq.

Təhminə Bədəlova, dosent

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.