Əməkdar artist: “Rejissorlarımızın əksəriyyəti instaqramda izləyicisi çox olan aktyorları filmə çəkirlər”
25.08.21

“Ən gözəl rollarımı yaşlı vaxtlarımda canlandıracağam”

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovun müsahibəsi

- Teatrla tanışlığınız nə zamana təsadüf edir?

- Hələ məktəb vaxtından incəsənət tədbirlərində iştirak edirdim. Rayon tədbirlərində uğurlu çıxışlarımın ardından bir müddət sonra Bakıya göndərildim. Bu zaman Oqtay Rəcəbov çıxışlarımı izləyib məni incəsənət gimnaziyasında təhsil almağa sövq etdi. O vaxt mənimlə bir yerdə təhsil alan uşaqların çoxu hazırda incəsənət sahəsində uğur qazanmış şəxslərdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda təhsil alarkən Gənc Tamaşaçılar Teatrının rejissoru Loğman Kərimov məni teaatrda çalışmağa dəvət etdi. Elə həmin vaxtdan orada çalışıram.

- “Son iclas” bədii-sənədli filmində necə oldu ki, Məhəmməd Əmin Rəsulzadə roluna seçildiniz?

- “Son iclas”ın aktyor seçimlərində çox sayda adam var idi. Bütün teatrlardan ən istedadlı aktyorlar dəvət olunmuşdu. Rejissor və prodüserlər əvvəlcə bənzərliyə, sonra da aktyorluq qabiliyyətinə diqqət edirdi. Seçimlərdə balaca bir mətn verib onun üzərindən çıxış etməyimi istədilər. Həmin an sanki Məhəmməd Əmin Rəsulzadənin ruhu mənə kömək oldu. Rejissor və prodüserlərin baxışından anladım ki, çıxışımı bəyəndilər. Bir müddət sonra da zəng edib filmin çəkilişlərinə çağırdılar.

- Filmdə çıxışlarınız zamanı xeyli emosional danışır və izafət tərkibli sözlərdən istifadə edirsiniz. Bunun üçün nə qədər məşq lazım olub?

- Həmin vaxtlar Məhəmməd Əmin haqda kitablar, məqalələr oxumağa başladım. Onun təhsilindən tutmuş səyahət etdiyi yerlərə qədər hər şeyi öyrənirdim. Xarakterini kəşf etməyə çalışırdım. Çünki bu dövrə və Rəsulzadəyə aid bir video olmadığından hər şeyi özüm təsvir etməli idim. Parlamentdə çıxış etdiyimi düşünərək uca səslə məşq edirdim. Obrazın böyüklüyü səbəbindən hər məqamı dəqiq bilməliydim. Deyilənə görə, onun xarakterini mənimsəməyi bacarmışdım. Cümhuriyyət qurulan zaman Rəsulzadənin 36, mənim isə həmin rolu canlandırarkən 40 yaşım var idi. Buna baxmayaraq rol üçün lazım olan yaşı göstərməyə çalışdım.

- Cümhuriyyət dövrünə aid videoların hazırda mövcud olmamasını nə ilə əlaqələndirirsiniz?

- Bolşeviklər Bakını işğal edəndə cümhuriyyət dövrünün video arxivlərini ölkədən aparıblar. Ən azından mən belə düşünürəm. Nə vaxtsa, o videolar ortaya çıxacaq. Ola bilməz ki, parlament quran adamlar adi bir video çəkilişi düşünə bilməyib. Cümhuriyyət qurucularının çoxu 5 dil bilən, xaricdə təhsil alan və varlı insanlar olublar. Mütləq o dövrlərə, xüsusən də parlamentə məxsus olan videogörüntülər mövcuddur.

- Rəsulzadənin obrazından yola çıxaraq xarakterini necə analiz edərdiniz?

- Məncə, Rəsulzadə emosional adam olub. Bir dəfə Tiflisdə gürcü ziyalılarından birinin dəfnində o qədər təsirli çıxış edib ki, dinləyənlər onları ovsunlandığını deyiblər. Düşünürəm ki, Rəsulzadə onunla bir mühitdə olan adamları xarizması ilə özünə cəlb edə bilirdi. Onun ağıllı, təmkinli və liderlik bacarığının olması milli şuraya rəhbər seçilməyi üçün təkan verib.

- Teatrda Mustafa Kamal Atatürkü, kinoda isə Məhəmməd Əmin Rəsulzadə kimi dahi şəxsiyyətləri canlandırmısınız. Daha hansı tarixi şəxsiyyətləri canlandırmaq istərdiniz?

- Tarixin özünü və tarixi şəxsiyyətləri çox sevirəm. Buna görə də tarixi faktlarla maraqlanıram. Əgər rejissor inansa ki, mən o rolu oynaya bilərəm, obrazın kimliyi nəticəni o qədər də dəyişməz. İstəsələr, lap Şah rolunu da oynayaram.

- Filmdə rol alan Rəis Rəsulzadə sizin haqqınızda fikir bildiribmi?

- Rəis Rəsulzadə ilə şəxsi tanışlığımız yoxdur. Ancaq Azərbaycan dövlət radiosuna müsahibə verərkən mənim ünvanıma xoş sözlər demişdi.

- Filmin çəkilişləri ciddi və uzunmüddətli olub. Gərginliyi aradan qaldırmaq üçün zarafat edirdiniz?

- Oradakı mühit zarafat etməyə şərait yaratmırdı. Hər şey tam ciddi olmalı idi. Çünki çəkilişin özünün qaydaları var, bu qaydalardan kənara çıxanda filmin ruhu pozulur. Filmin çəkildiyi məkanda əsl parlament ab-havası yaratmışdılar. Ona görə də üzərimdə böyük məsuliyyət hiss edirdim. Bilirdim ki, bu filmin təqdimatına cümhuriyyət dövrünün böyük tədqiqatçıları da gələcək.

- Əliheydər Qarayev rolunu canlandıran Elçin Muradovla münasibətiniz necədir?

- Elçinlə real həyatda ünsiyyətim çox yaxşıdır. Ancaq rolunu o qədər həqiqi canlandırırdı ki, çəkilişlərdə ona nifrət edirdim.

- Rəsulzadə rolu sizə mənəvi olaraq nələri qazandırdı?

- Bu rolu canlandırmaq mənə çox böyük rahatlıq gətirdi. Dahi şəxsiyyətə qoyulan əbədiyyət abidəsində payım olduğuna görə çox xoşbəxtəm. Gələcəkdə övladlarım cümhuriyyətin təbliği məqsədilə çəkilmiş bu filmdə atalarının da rolu olduğu üçün fəxr edəcəklər.

- “Son iclas” filmindəki obrazı ən yaxşı rolunuz adlandırmaq olarmı?

- Müasir dövrdə çəkilən sənədli filmlər siyahısında “Son iclas” birincidir. Hansısa filmin hələ ki, o səviyyəyə çatdığını düşünmürəm. Buradakı rolum da mənim üçün inqilabdır. Ancaq mən ən gözəl rollarımı hələ yaşlı vaxtlarımda canlandıracağam.

- Obrazın və nitqin ağırlığı səbəbindən bir çıxışınız neçə dubl çəkilirdi?

- Texniki baxımdan bir çıxışı beş-altı dəfə etmək lazım gəlirdi. Amma bir şərtlə ki, eyni ruhda, eyni ab-havada qalmalısan. Heç bir fərqlilik olmamalıdır. Orda emosiyalarını dondurmağı bacarmalısan.

- Sizi real həyatda Rəsulzadəyə oxşadanlar olub?

- Təbii, belə hallar çox olub. Bir dəfə də cümhuriyyət dövrü ilə bağlı reklam filminə çəkilirdim. Kostyumu geyinib bığı yapışdıranda Rəsulzadəyə oxşadığımı hiss etdim, ancaq rejissora heç nə demədim. Filmdə Taleh Yüzbəyov da çəkilirdi. Bir-iki dubl çəkəndən sonra Taleh dedi ki, ay yoldaşlar bir dəqiqə saxlayın, Elnur eynilə Məhəmməd Əminə oxşayıb. Ondan sonra saçımı, bığımı bir az dəyişdilər. Amma reklam çəkiləndən sonra baxıram ki, yenə də Rəsulzadəyə oxşamışam (gülür).

- Teatrların fəaliyyəti dayandığından hazırda aktyorlar üçün durğunluq dövrüdür. Vaxtınızı necə dəyərləndirirsiniz?

- Aparıcısı olduğum “Mən böyümüşəm” uşaq verilişi may ayından tətilə çıxıb. Buna görə də boş vaxtlarımı mütaliə edərək keçirirəm.

- 10 ildən çoxdur, uşaq verilişlərinin aparıcısısınız. Bəlkə buna görə seriallara və filmlərə çox təklif almırsınız?

- Hərdən mən də belə fikirləşirəm. Ancaq bu, rejissorların zəifliyidir. Rejissorlar teatrda tamaşaya baxsalar, aktyorun yeri gələndə uşaq, yeri gələndə böyük olmağı bacardığını görərlər. Ancaq bizim rejissorların əksəriyyəti instaqramda izləyicisi çox olan aktyorları filmə çəkirlər. Mən isə sosial şəbəkələrdən o qədər də istifadə etmirəm. Əgər boş vaxtım varsa, bunu mütaliəyə sərf edirəm. Çox təəssüf ki, hazırkı vəziyyət acınacaqlıdır. Bizdə düzgün analiz qabiliyyəti də yoxdur. Rafael və Coşqun xarici aktyor olsaydılar, çoxdan Oskar alardılar.

- Əslində həyatımızı da ssenari əsasında yaşayırıq, ancaq bu ssenarini dəyişdirməyə çalışanlar da var. Siz nə vaxtsa buna cəhd etmisiniz?

- Daxilimdə başqa bir Elnur da var, mənə doğruları göstərir. Hərdən ona qarşı çıxmaq istəyirəm, ancaq alınmır. Əgər bir şeyi yaşamaq lazımdırsa, bu mütləq baş verəcək. Mən qismətə inanan adamam. İnanıram ki, etdiyimiz hər şey özümüzə qayıdır. Ona görə də yaxşılıq etməyə çalışıram. Bu günə qədər qarşıma çıxan insanların hər biri mənə dəstək olub, növbəti mərhələyə keçməyim üçün köməklik göstərib. Heç kim önümə əngəllər qoymayıb. Bu o deməkdir ki, etdiyim yaxşılıqların qarşılığını görmüşəm.

- Teatr, yoxsa kino?

- Teatr (düşünmədən cavab verir). Böyük aktyorumuz Rasim Balayev deyir ki, aktyorun iş yeri teatrdır, aktyor yalnız boş vaxtlarında kinoya çəkilməlidir. Çünki teatr nəhəng akvariumdur, biz aktyorlar isə orada yaşayan balıqlar. Teatrda olanda biz həm fiziki, həm də psixoloji olaraq formada oluruq.

- Aktyorun daxili aləmini çözmək nə qədər asandır?

- Aktyorlar uşaq kimi olur, nəvaziş göstərəndə,hörmət edəndə bu onlara xoş gəlir. Elə ki, bir balaca inciklik oldu, onlar həmin yerdə qala bilməzlər. Bu gün aktyorlara dövlət tərəfindən dəstək verilsə də, yeni filmlərə çəkilməkdə çətinlik çəkirlər. Burdan rejissorlara səslənirəm, istedadlı, böyük aktyorlara sağlığında qiymət verin. Onlara sağlığında filmlərlə heykəl qoymaq lazımdır.

/Report/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.