Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilib
07.07.21

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” birgə layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili haqqında danışıb. O bildirib ki, son dövrlərdə iqlim dəyişikliyi, iqtisadi böhranlar, pandemiya kimi qlobal geosiyasi problemlər fonunda dünya qeyri-müəyyənlik fonunda misilsiz dəyişikliklərlə üz-üzə qalıb. Bununla yanaşı, süni intellekt və sintetik biologiya sahəsində yeniliklər də daxil olmaqla, texnoloji dəyişikliyin sürətli tempi yeni yaranan texnologiyalara nəzarəti getdikcə daha da mürəkkəbləşdirir: “Qeyd edilən məsələlər elm sahəsində həyata keçirilən dövlət siyasəti üçün həm problem və çətinlikləri, həm də imkanları üzə çıxarır. Sürətli dəyişiklik və yüksək qeyri-müəyyənlik şəraitində elm sahəsinin inkişafı məlumatlara, təhlilə və eyni zamanda birgə fəaliyyət və əməkdaşlığa əsaslanan düzgün qərarların verilməsindən birbaşa asılıdır. COVID-19 böhranı ciddi sarsıntılarla müşayiət edilsə də, ümumilikdə elm və innovasiya cəmiyyətinin görünməmiş səfərbərliyinə səbəb oldu. Dövlət institutları və təşkilatları, özəl fondlar və xeyriyyə cəmiyyətləri, səhiyyə sənayesi qısa müddətdə milyardlarla dollar dəyərində yeni tədqiqat təşəbbüsləri irəli sürdülər. Bu gün tərəddüdsüz deyə bilərik ki, ölkəmizin və dünyanın üzləşəcəyi çətinliklərlə yeganə mübarizə strategiyası elmdir. Məhz alimlərin mütəşəkkil səyi nəticəsində virus və yoluxma haqqında daha dəqiq anlayış təmin edilərək çox qısa müddət ərzində peyvənd hazırlanması mümkün oldu. Onu da qeyd etməliyik ki, rəqəmsal texnologiyalar COVID-19-un təsirini azaldaraq iqtisadiyyatın və cəmiyyətin böyük hissəsinin fəaliyyətinin davam etməsini təmin etdi. Hazırkı pandemiya qarşıdakı böhranlara hazır olmaq və çevik qərarlar vermək üçün elm sahəsinin əhəmiyyətini daha çox önə çıxardı”.

Famil Mustafayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qələbəmiz nəticəsində ortaya çıxan yeni reallıqlar, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi üçün imkanların səmərəli istifadəsi ilə bağlı çağırışlar respublikamızda elmi tədqiqata, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığına xüsusi yanaşmanı zəruri edir. Digər tərəfdən, pandemiya ölkəmizdə də elm sahəsində mövcud olan həm güclü, həm də zəif tərəfləri üzə çıxardı. COVID-19-un təsirləri hələ də davam edir və biz artıq müəyyən nəticələr çıxara, təhlillər apara, eləcə də gələcək üçün düzgün strategiyanın formalaşdırılmasını müzakirə edə bilərik. Ölkəmizdə elmin inkişafını təmin etmək üçün beş istiqamətdə - yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı, elmi müəssisə və təşkilatlarda müasir infrastrukturun qurulması, elmin maliyyələşdirilməsi, elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması və elmi müəssisə və təşkilatların idarəedilməsinin müasir tələblərə uyğun təşkil edilməsi paralel və əlaqəli fəaliyyəti zəruri hesab edirik.

Ali Attestasiya Komissiyasının səlahiyyətləri çərçivəsində elmi-pedaqoji kadr hazırlığında keyfiyyətin təmin edilməsi üçün son dövrdə görülən işlərdən danışan Famil Mustafayev deyib: “Görülən işlər və bu sahədə aparılan islahatlar çərçivəsində, həm elmin təşviq edilməsi, həm də bu sahədə şəffaflığın və obyektivliyin təmin olunması və ən əsası ölkəmizdə yeni nəsil peşəkar tədqiqatçıların formalaşdırılması prinsipləri üstünlük təşkil edir. Hazırda ölkəmizdə 104 elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 9-u fizika-riyaziyyat, 19-u texnika, 7-si Yer, 15-i kimya və biologiya, 11-i aqrar, 12-si tibb və 31-i humanitar və ictimai elmlər üzrə fəaliyyət göstərən müəssisələrdir. 2018–2021-ci illər üzrə elmi dərəcələrin təqdim olunması ilə bağlı statistikaya nəzər salsaq görərik ki, bu dövr ərzində 1098 iddiaçıya fəlsəfə doktoru, 183 iddiaçıya elmlər doktoru elmi dərəcəsi verilib”. 2021-ci ilin mart–iyun ayları ərzində 248 (onlardan filologiya elmləri üzrə – 50, tibb elmləri üzrə – 35, iqtisad elmləri üzrə – 34, texnika elmləri üzrə 27 və biologiya elmləri üzrə – 18) dissertasiya müdafiəsi keçirilib.

Ali Attestasiya Komissiyasının sədri məlumat verib ki, dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliyəyişə nail olub. 2014-cü ildə “Web of Science” bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, ötən il bu rəqəm 1787-yə çatıb. Azərbaycan üzrə dərc olunan məqalələrin 93 faizi fizika-riyaziyyat, texnika, Yer, biologiya və tibb elmləri, 7 faizi isə humanitar və ictimai elmlər sahəsinə aiddir.

O deyib ki, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır: “Bunu nəzərə alaraq, dövlət və özəl qurumların əlaqəli fəaliyyəti, planlaşdırma və qərarların verilməsində bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi vacibdir. Məqsədimiz ölkəmizdə elmi fəaliyyətin və onun idarə edilməsinin müasir, beynəlxalq tələblərə uyğun formalaşdırılmasıdır. Bu istiqamətdə elm sahəsini tənzimləyəcək normativlər, keyfiyyət standartları və meyarlar müəyyənləşdirməli və hər bir elmi müəssisə və təşkilatın bu meyarlara cavab verməsini təmin etməliyik. Qeyd edilən standartları hazırlayarkən həm mütərəqqi beynəlxalq təcrübəni, həm də ölkəmizin qarşısında duran sosial-iqtisadi tələbləri və inkişaf strategiyalarını nəzərə almalıyıq. Müvafiq keyfiyyət standartlarının hazırlanması bu sahənin həm idarə edilməsinə, həm də bu sahəyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadəsinə müsbət təsir göstərəcək, elmi tədqiqatı və innovasiyanı təşviq etməyə kömək edəcək”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat verib. Qeyd edib ki, təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin qarşılıqlı anlaşmanın güclənməsində əsas rol oynayır.

Layihə rəhbəri İlkin Nəzərov bildirib ki, layihə 3 mərhələdə (hazırlıq, icra və yekun) icra olunacaq. Layihənin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

Keyfiyyət təminatı və akkreditasiya üzrə baş ekspert Axim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında təqdimatla çıxış edib. Bu sahədə Xorvatiya, Almaniya və Çex Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonda sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

Qeyd edək ki, “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçiriləcək. Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur. /Azərtac/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.