Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
10.02.21

Həcər Atakişiyeva

    Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri olmuşdur. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin mühüm rolu olmuşdur. O, “Əti sənin, sümüyü mənim”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Dələduz”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlər yazmışdır.
    Nəcəf bəy Vəzirov bir çox pyeslərinin adını atalar sözləri və məsəllərdən götürmüşdür. “Əti sənin, sümüyü mənim”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük” kimi pyesləri ilə yanaşı 1890-cı ildə yazdığı “Daldan atılan daş topuğa dəyər” komediyasıda bu tipli əsərlərindəndir. “Daldan atılan daş topuğa dəyər” komediyasında hadisələr Xırda xanım və əri Əbdürrəhman bəyin arasında baş verən konfliktlə başlayır. Bu konflikt ondan ibarət idi ki, qızları on səkkiz yaşlı Səkinə xanımı evləndirməkdə Əbdürrəhman bəy Xırda xanıma köməklik etmirdi. Əsərdə yeniliklə köhnəlik arasında mübarizə gedir. Əbdürrəhman bəy, həkim İskəndər, qulluqçu Pəri, Dəli Şirin, Səkinə xanım kimi obrazlar yenilikçi mövqedədirlər. Onlara qarşı əks mövqeyi tutub, köhnəliyi təmsil edənlər- Xırda xanım, dərviş Heydərəli, Nurcahandır. Arvadı Xırda xanım Əbdürrəhman bəyə kənddə Səkinə xanımın yaşında olan Püstə xanımın qızının, Nurcahan xanımın qızının, Səfdərqulu bəyin qızının ərə gеtdiyini misal çəkərək, Əbdürrəhman bəyi isə ancaq qumar oynayıb, ailəsinə qarşı diqqətsiz olmaqda günahlandırır. Əbdürrəhman bəy isə yenilikçi bir insan idi. O, arvadını başa salmağa çalışırdı ki, qız alma dеyil, qarpız dеyil tökəsən bazara, haray çəkəsən ay alma alan, ay şaftalı alan. Əbdürrəhman bəy ona izah edir ki, axı mən nə edə bilərəm. Xırda xanım Əbdürrəhman bəyə deyir ki, şəhərə İskəndər bəy adında ağıllı, göyçək həkim gəlib. Gərək biz onunla Səkinə xanımı evləndirək. Əbdürrəhman bəy “Mən gеdim ona nə dеyim? Dеyim ki, gəl mənim qızımı al? Tutalım ki, dеdim, axır alarmı? Еlə iş hеç bir yеrdə görünübdümü? Axı biz müsəlmanıq” -deyib, bu işdə Xırda xanıma köməklik edə bilməyəcəyini deyir. Xırda xanım qumar oynamaqdan başqa sənin əlindən bir iş gəlmir ki, varımdan, yoxumdan kеçib bu işi özüm düzəldəcəm deyib, işə başlayır. İlk iş olaraq da nökər Əbdürrəhimi Nurcahan arvadın və İrandan gələn dərviş Heydərəlinin arxasınca göndərir. Xırda xanım qızının evlənməsi üçün pərvərdigara hər ocaqda bir şam yandırmağı, bеş qoyun kəsməyi, on yеtim sеvindirməyi, ildə iki gün еhsan vеrməyi nəzir еdir. Xırda xanım eyni zamanda qızını evləndirməkdə ona köməklik etmək müqabilində Nurcahana bir dəst şaldan libas, otuz manat pul, qabaqcadan bir dəst çit paltar verməyi boyun alır. Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərindəki dərviş obrazı fırıldaqçı və yalançıdır. Dərviş İskəndər və Səkinənin ulduzunun barışdırılması müqabilində Xırda xanımdan bir at, bir dəst paltar, bir saat və bir qədər cib xərçliyi istəyir. Xırda xanım razılaşır. Dərviş Səkinə xanımın bəxtinin açılması üçün yumurtanın üstünə zəfəran ilə bir dua yazıb, onu İskəndər bəyin qapısında bir qadının yеrə vurub, sındırmasının lazım olduğunu bildirir. Cadunun daha tez təsir göstərməsi üçün duanı suya salıb, həmin sudan oğlana çay içində, su içində içirtməyi tapşırır. Ağa Dərvişin bu təlimatlarını Nurcahan yerinə yetirir. Ağa Dərviş bunları edəndən sonra oğlan biixtiyar gələcək deyib, gedir. 
    Nəcəf bəy Vəzirov Xırda xanımın Ağa Dərviş və Nurcahan tərəfindən aldanıldığını qulluqçu Pərinin sözləri ilə göstərir. “Bu arvad lap ağlını itiribdir axı. Bir dеyən gərək, ay xanım, sən Nurcahanı tanımırsan, bilmirsən ki, o gündə min xan qapısında, bəy qapısında duz dadır? Ona sirr vеrmək olar?”.
    Nəcəf bəy Vəzirov “Daldan atılan daş topuğa dəyər” əsərində Şirin adında dəlinin sözləri ilə Nurcahanın əsl üzünü göstərir. Dəli Şirin Nurcahanın indiyə kimi etdiyi bütün işləri- Nəzərəli bəyin qızının əvəzində Şahqulu bəyə öz qardaşı arvadını göstərməsini, nə qədər ondan pul almasını, Şahbaz bəyi aldadıb aparmasını, biçarəni Qulaməli bəyin tələsində öldürməsini, Hacı Tanrıvеrdinin arvadının qızıllarının səkkizini oğurlamasını deyib, onu həkimə tanıdır. Yazıçının Dəli Şirinin və qulluqçu Pərinin dili ilə həqiqətləri oxucuya çatdırmaqda məqsədi o idi ki, cəmiyyətdə vəziyyət o həddədir ki, onu hətta dəli və ən savadsız qulluqçu belə görə bilirdi. Xırda xanım Dərvişin cadusunun nəticəsini gözləyərkən, Allaha şikayət edir ki, ona qız əvəzinə bir daş versəydi, daha çox xoşbəxt olardı. Səbəbi kimi də onu göstərir ki, qızı adam ərə vеrib qurtarana qədər canı çıxır. Nurcahan və Ağa Dərviş Xırda xanımdan işin müqabilində söz verdiklərini almağa gələndə, Xırda xanım onlara işin hələki düzəlmədiyini deyir. Ağa Dərviş xanımı aldadaraq, deyir ki, İskəndər bəy Hacı Məhəmmədtağının və Hacı Kərimin evinə gedib, onlardan xahiş edib ki, sizin qapınıza onun üçün elçiliyə gəlsinlər. Onlar da elçilik üçün şal və üzük tədarük görməyə başlayıblar. Xırda xanım sevinib, Nurcahan və Ağa Dərvişlə danışdığı haqq-hesabı ödəyirdi ki, Əbdürrəhman bəy otağa daxil olub, Xırda xanıma deyir ki, Nurcahan və Dərviş onu aldadıb,  İskəndər bəy evlidir və özünün də bir oğlu var. Aldanıldığını başa düşən Xırda xanım Nurcahanı və dərviş Heydərəlini qovur. Xırda xanım sonda səhvini anlayır, amma artıq gec idi, bu xəbər hər yerə yayılmışdı. Nəcəf bəy Vəzirov “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə, xüsusilə, mülkədar ailələrində geniş yayılan cadugərliyi ifşa edir. Əsərdə yeniliklə köhnəlik arasında gedən mübarizə əsərin sonunda aldanıldığını başa düşən Xırda xanımın Nurcahanı və dərviş Heydərəlini qovması ilə, yəni, yeniliyin qələbəsi ilə bitir.

Yenililklər
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
28.01.21
Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.