İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası” çap olunub
11.01.21

    İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb çap olunub. Ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli (protokol № 3) qərarı ilə çap edilən sanballı nəşr akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.
    Ensiklopediyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.
    Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir. Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.
    “Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözdə akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə   ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir.
    466 səhifəlik, ensiklopediya “Elm” nəşriyyatında çap oıunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin, mollanəsrəddinçilərdən bəsh edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.

Yenililklər
17.06.21
“Metafizika” jurnalının 2021/2-ci sayı işıq üzü görüb
16.06.21
Fərid Hüseyn “Tanımadığımız Nizami” adlı mühazirə oxuyub
10.06.21
Azad Qaradərəli -  Akademikin pişiyi, yaxud pişiklərin qətliamı
01.06.21
Türk Dünyası Rəqəmsal Vətəndaşlığı tətbiq edir
05.05.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyi poster müsabiqəsi elan edib
04.05.21
“Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
03.05.21
“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş keçirilib
28.04.21
Balkan türklerinden İlhami Emin’in anısına
25.04.21
Türkiyədə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi keçirilib
25.04.21
Azərbaycan Nəşriyyatları İctimai Birliyinin növbəti toplantısı keçirilib
21.04.21
Milli Televiziyamızın bu günü
20.04.21
Üzeyir Əlizadə - Taleyə düşən 5-lər       
15.04.21
Tovuz döyüşləri haqqında sənədli film çəkilib
13.04.21
Xətainin “Dəhnamə”si nəsrlə təqdim edildi
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.