Səxavət Sahil - Tanrı iri lampa asıb zülmətin zirvəsindən

01.01.21

Avanqard.net Səxavət Sahilin yeni şeirlərini təqdim edir.








Yağışın bəhrəsi

Aram-aram səpələyən
aprel yağışı
şaxtadan “qabıqlayan” torpağın üzünə
zərif şırımlar açır.

Şırmlardan axan sular
yığılır-yığılır cığırlar açır.

Cığırlara dolan sular
axır-axır
sıralanan ağacların dibiylə axır.

Çəkir-çəkir
canına çəkir torpaq
yaz yağışının bəhrəli şirəsini.


***
Gecənin boz sükutu
süd rənginə boyanır –
tanrı iri lampa asıb
zülmətin zirvəsindən.

Axşamdan da ay doğub
nar kollarının üstünə –
öz canından pay verib
yarpaqların rənginə.

Gündüz yuxusundan doyan
böcəklər səs-səsə verir
nəğmə oxuyur qaranlığın
gümüş hökmdarına.


***

Çiskinə qarışan
duman çöküb bağa.

Ətrafı bürüyən
ağ pərdələrin arxasından
utancaq bir qız kimi
yuyulur çılpaq ağaclar.

Dumanın göz yaşında
arınıb, parıldayan
bir cüt nar asılıb
budaqların sinəsindən.


***

Gecə “zümzüməsini” kəsən
yağışın yerinə
şəfəq rəngli dimdiyiylə
qaratoyuq oxuyur
səhərin nəğməsini.

Günəş yumurta sarısıdı
hələ “bişməyib” –
günortaya çox var.

Yarpaqlar üstə parlayan
qıvırcıq damlalara baxıb
“güzgülənir” taclı gözəllər –
elə bil səxavət əlləriylə
tanrı yaqut səpib
nar bağına.


***

Qara düşmən qəfil gəlib
mil çəkib günəşin gözlərinə.

Sıyrıb qılıncını
buludun “əsgərləri”.
əmrə müntəzib durub
qan ağlayan yağışlar.

Ölümün hənirtisini duyan çiçəklər
qorxusundan budaqlara sığınıb.

“Körpələri” qorusun deyə
açıb “əllərini” göylərə
tanrıya dua edir
çarəsiz nar ağacı.


***
Bu yaz gətirmədi onunku –
ölüm yuxudaykən apardı.

Sırayla əkilən ağaclar içində
bir bəxtiqara
açmadı yaşılyarpaq gözlərini.

Nə aprel yağışı
nə mart günəşi
nə də bahar yeli
oyada bilmədi nar ağacını.


***
Bahar yenə də
şaxtadan bozaran budaqlara
günəşin əlləriylə
yamyaşıl paltar biçir.

Xəfif mehdən axşamüstü
ətəkləri yellənən
yaxası qırmızı qaşlı
təzə don geyinir
nar ağacları.


***

Çəkib üstünə
fevral qarını
rəngli yuxu görür
nar ağacı:
budaqları oyanıb
tumurcuğu allanıb
günəş də düz yanında parlayır
elə bilir bahardı...

Bir yuxuya aldanıb
sadəlövh nar ağacı.

Qəfil başlayan külək
qarı sovurur göyə
yuxusu haram olur
diksinir nar ağacı.


***

Günəşin şəfəqlərini içib
ətə-qana dolur çiçəkləri.

Yayın istisindən qızarıb
dadlanır, şirələnir nar
yerikəyir payıza.

Öləziyən günəşin
əvəzindən parlayır
asılır budaqlardan
özü bir günəş olur.


***

“Yuxu tutub” ağacları
payzın lap axırıdır,
hazırlıq gedir yaza
budanır qurumuş budaqlar,
yığılır torpağa düşən yarpaqlar.

Ağaclara gərək olmadığı kimi
bağ sahibinə də gərək deyil
indi bu qızılı yarpaqlar.

Qıpqırmızı, dilimlənmiş nar təki
alovun qırmızı dillərinə dönür,
sonra ikiyə bölünür –
cismi kül olub torpaqda qalır
ruhu da tüstüyə dönüb
ağacların əyninə dolur.

Yox olur yarpaqlar,
yox olur.


Mövlud günü

Dekabrın 25-i
öz yerini 26-ya verir.
Evlərin üstünə gümüş örpək salınıb –
damların hamsı eyni rəng alıb.
Ay işığını birə-beş artırıb,
hətta ağacın kəlləsində qalan
qaralmış nar da parıldayır.
Çarmıxa çəkiləndə
ona şahidlik edən ay,
unutmur doğum günündə –
öz işığını Hatəmcəsinə paylayır.
Bu gün mövlud günüdür,
bu gün İsa doğulub.
                              


Marselina üçün

Marselina, sən bakirə Məryəm kimi
əzabları içində daşıyıb
ağrıları körpə təbəssümünlə
gülüşə çevirirsən.

Marselina, sənin zərif çiyinlərində
ağır tənələrə tab gətirən,
mərmər möhkəmliyi var.
Ürəyində qara qanlar axıdıb,
dilində xoş sözlər saxlayırsan.

Marselina, qəlbindəki yaralara
duz səpilsə də hər gün,
yanaqlarında təzə açılan
nar çiçəkləri “bitirirsən”.

Marselina, sən indi Penelopa tək
kətan toxumaq bəhanəsiylə
günü günə calayırsan.

Marselina, bütün bunlar
yaşamaq deyil, dözməkdir
hamıdan, hər şeydən bezməkdir.
Öz Odisseyini gözlə Marselina,
yaşamaq bəzən, kimisə gözləməkdir.


Qafqaz dağlarında


Payızın ilk günləriydi
dostm Mübariz Örənlə
Yessentukidən Qafqaz dağlarına
səyahətə gedirdik.

Narıncı çaytikanı kollarını
yaxasına düzmüşdü
qıjıltıyla axan Baksan çayı

Yollar ilan kimi qıvrılırdı
əlçatmaz zirvələrin sinəsində.

Bələdçi xanım Nadejda
nəhəng qayalığı göstərib deyrirdi:
Bax orda Promteyi zəncirləmişdi
qəzəbli Zevs
caza verirdi öz qardaşına
qartal da dimdikləyirdi onun ciyərlərini.
İndi orda nə Promtey vardı
nə də qartal
əvəzində qorxacaq nar kolları bitmişdi
və ətrafında
qarğalar uçuşurdu.

/"Ulduz" jurnalı/

Yenililklər
17.01.21
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
17.01.21
Unutulmaya Yüz Tutan 100 Türk Büyüğü” kitabı yayınlanıb
15.01.21
Anar Məcidzadə - Mübarəkdir, mübarəkdir zəfərin
14.01.21
Arif Məlikovun yaradıcılığına həsr edilmiş kitab işıq üzü görüb
14.01.21
Simran Qədim - “Neuralink” və ya beynimizin çiplənməsi
11.01.21
İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası” çap olunub
11.01.21
Gənc yazarın ilk şeirlər kitabı çap olunacaq
10.01.21
"Qanun" Nəşrlər Evi 2020-ci ildə ən çox satılan yerli ədəbiyyat nümunələrinin adlarını açıqlayıb.
07.01.21
“Təmrin” jurnalının Müşfiqə həsr edilmiş xüsusi nömrəsi ictimaiyyətə təqdim edilib - VİDEO
07.01.21
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı  “Copernicus” beynəlxalq indeksinə daxil edilib
06.01.21
İstanbulda “Təmrin” jurnalının xüsusi nömrəsi Müşfiqə həsr edilib
06.01.21
Respublika Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsi elan edib
06.01.21
Yazıçı Cavid Zeynallının “Şükriyyə” kitabı işıq üzü görüb
06.01.21
Prezident İlham Əliyev: “Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”
05.01.21
2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib – SƏRƏNCAM
01.01.21
Səxavət Sahil - Tanrı iri lampa asıb zülmətin zirvəsindən
01.01.21
Üzeyir  Əlizadə - Literature   Medical  Centre
29.12.20
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin ikinci cildi işıq üzü görüb
29.12.20
Əlövsət Abdullayevə həsr olunan “Dil araşdırmaları” kitabı Türkiyədə nəşr olunub
28.12.20
“Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı işıq üzü görüb
28.12.20
Əli bəy Hüseynzadənin “Qərbin iki dastanında türk” əsərində türklər
24.12.20
Uluslararası Vizyon Üniversitesi 2020 Online Mezuniyet Töreni Geçirilib
24.12.20
Teymur Əhmədovun 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
24.12.20
Nəriman Əbdürrəhmanlı beynəlxalq ədəbi yarışmanın qalibi oldu
23.12.20
“İslam fəlsəfəsi” kitabı nəşr olunub
23.12.20
“Azərbaycan dilinin Neftçala rayon şivələri” kitabı nəşr olunub
23.12.20
2021-ci ilin mədəniyyət və incəsənət xərclərinin məbləği açıqlanıb
23.12.20
Habil Yaşar -  Roman yazmaq dəhşətin ötəsində bir şey...
22.12.20
"Ulduz”un dekabr sayı nəşr edilib
22.12.20
Mübariz Örən - "Homotetiya qanunu" - Yeni hekayə
22.12.20
Azərbaycanlı alim beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib
21.12.20
Nadir Əzhəri - Tapılmayan sərxoş
20.12.20
Nizami Cəfərov -  Psixoanalizin dil təfərrüatları
19.12.20
Türkiyənin “Təmrin” jurnalı Rəsul Rzanın 110 illiyinə xüsusi nömrə həsr edib
19.12.20
Yazarların nəzərinə - Qarabağ esseləri
19.12.20
Mərahim Nəsib - Azərbaycan “elektronlaşır”, amma... - 21 əsrin tələbi budur
11.12.20
Bir qrup elm xadimi və yazıçı Türkiyə-Azərbaycan Universitetinin yaradılması üçün Prezidentə müraciət edib
07.12.20
Üzeyir Əlizadə - Əmimgilin məhəlləsi
07.12.20
Rövşən Xasayoğlu - Xoş gəldin Şuşaya igid əsgərim
06.12.20
Üzeyir Əlizadə - İçindən qurd çıxan təxəllüs
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.