Habil Yaşar -  Roman yazmaq dəhşətin ötəsində bir şey...
23.12.20

(İlk romanımın bitməsinə sayılı günlər qalması münasibətinə)
                          
  Roman yazmaq dəhşətin ötəsində bir şey...
  Hər şeydən öncə hansı mövzu haqqında yazacağını düşünmək nəinki aylar, hətta illərini ala bilər. Zamanının nə zaman gələcəyinin səndən asılı olmadığı kimi, hansı mövzudan yazacağını belə sən təyin edə bilməzsən. O anidən-hər hansı bir hadisənin və ya hər hansı bir kəsin səndə buraxdığı təsirdən və ya tamamilə başqa bir şeylərdən doğular. Doğuluşu belə o qədər qəribədir ki...Bəlkə də bir insanın dünyaya gəlişindən daha qəribə, daha müəmmalı, daha əsrarəngiz...Bir insanın dünyaya gəlişi müəyyən qanunauyğunluqlara əsaslanır, amma bir romanın yazılmasında nə bir qayda-qanun, nə də hər hansı bir nizam-intizam mövcuddur. Doğuluşu bu qədər qəribə olanın yazılması necə olar...
   İlk cümləni tamamladığın zaman sonrakı sətrlərin gəlişini izahedilməz bir həyəcanla gözləmək varkən səhifələrin, vərəqlərin cəmlənməsini və ən nəhayətində bir romanın tamamlanmsını görməyin necə müdhiş bir hiss olduğunu fərqini sizlər düşünün...Yazdığın hər sətr, düşündüyün hər misra bəlkə də sənin qanın bahasına yazılır, mürəkkəb sadəcə bir vasitədir. Bir yazıçı üçün yazmaqla keçən gecələr qaranlığı hiss etdirməyəcək qədər işıqlı ola bilər, çünki o, yazarkən aydınlanar, yazarkən yaşayar amma, eyni zamanda sabahları bir zülmət kimi sarsıntılı keçə bilər, çünki o, yazmaq üçün daima axtarışda, həmişə düşünməkdədir.
    Yaratdığın hər bir xarakterin taleyini yazmaq, harada olmasından asılı olmayaraq kölgəsi olub daima onu izləmək sizə o qədər asan gəlməsin. Gerçək olmayan xarakterlərə o qədər can qoyursan ki, canından can verərək öz həyatın haqqında da o qədər maraqlanmırsan. Çünki, sən, bəli, sən yaratdığın hər bir xarakterin taleyinə cavabdehsən və onların başlarına gələn və ya gələcək hər bir hadisəyə görə böyük bir məsuliyyət daşıyırsan. Yazıçı olmayanlar ailələrinə, daha geniş mənada bəşəriyyətə cavabdehdirlərsə, yazıçılar yaratdığı xarakterlərin hər biri üçün məsuliyyət daşıyırlarsa(eyni zamanda digərləri kimi ailə, bəşəriyyət qarşısında da cavabdehdilər) onların daşıdığı yükün ağırlığını bir təsəvvür etsəniz. Cavabdehlik bir yana, sağlamlığını belə onlara qurban verər yazıçılar. Amma əvəzində yazıçı adını, əbədiyyəti qazanarlar.
  Xarakterlər ruhuna o qədər hakim kəsilər ki...Sanki, onlar daima sənin ətrafında, səninlə dialoqdadır. Harada və zamanından asılı olmayaraq səndən əl çəkməz, səninlə zarafatlaşar, hətta səni mühakimə edib ağlada da bilərlər. Çünki, mövcud olmayan xarakterlər əslində mövcud kimi gələr sənə və bəzən sən onları deyil, məhz özünü mövcud olmayan bir varlıq kimi fikirləşər, bir su kimi axıb gedərsən.
  Bəlkə də onlar sənin ən yaxın dostların, sirdaşların, qəhrəmanlarındır. Çünki, hər birində sənin düşüncələrin, sənin enerjinin qığılcımları var. Amma bütün bunlarla yanaşı sən həm də onlara azadlığı bəxş eləmiş, hər bir şeydə seçim etməyi onların öhdəsinə buraxmısan. Əks halda bir diktator yazıçı olmaqla yanaşı, xarakterlərinə hörmətlə yanaşmayan birisi kimi xatırlanarsan...Bir yazıçının varlığı əsərləri ilə yanaşı, xarakterlərinin mükəmməlliyindən də asılı deyilmi?
   Yazmaq dəhşətin ötəsində bir şey olduğu kimi, yaşamın ötəsində də bir şey.

 22.12.2020

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.