Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20

Azərbaycan Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan bəstəkarları və musiqişünaslarının yaradıcılığının geniş kütlə arasında tanıdılması və təbliğ edilməsidir.

Layihə üzrə birinci mərhələdə Bəstəkarlar İttifaqının 18 üzvünün həyat və yaradıcılığını əhatə edən broşürlər 2014-cü ildə “Şərq-Qərb” nəşriyyatında çap olunub. İkinci mərhələdə hazırlanmış 16 broşür də 2015-ci ildə həmin nəşriyyatda nəşr edilib.

Bu nəşrlərin personajları sırasında müxtəlif nəsillərin nümayəndəsi olan tanınmış bəstəkarlar - Şəfiqə Axundova (müəllif - Zemfira Qafarova), Emin Sabitoğlu (İmruz Əfəndiyeva), Azər Rzayev (Leyla Quliyeva), Elza İbrahimova (Ceyran Mahmudova), Fərhəng Hüseynov (Şeyla Heydərova), həmçinin bu gün öz yaradıcılıqlarını davam etdirən bəstəkarlarımız – Ruhəngiz Qasımova (Seyran Qafarov), Dadaş Dadaşov (Kəmalə Ələsgərli), Firəngiz Əlizadə (Həcər Babayeva), Faiq Nağıyev (Sevda Hüseynova), Sərdar Fərəcov (Leyla Məmmədova), Elnarə Dadaşova (Zümrüd Dadaşzadə) və b. haqqında broşürlər işıq üzü görüb. Üzərində bəstəkarların portreti olan bu broşürlər elmi-nəzəri tədqiqat işi deyil, məhz geniş oxucu kütlələri üçün nəzərdə tutularaq, onları Azərbaycan professional musiqisinin inkişafına böyük töhfələr vermiş tanınmış musiqiçilərimizin fəaliyyəti ilə tanış etmək məqsədi daşıyır.

Daima bəstəkarlarımızın həyat və yaradıcılıq yolunu əks etdirən, onların yaradıcılıq nailiyyətlərini təbliğ edən musiqişünaslarımız ilk dəfə olaraq, bu broşürlərin qəhrəmanları qismində iştirak edirlər, yəni musiqişünaslarımızın özləri haqqında da broşürlər hazırlanıb çap edilib. Onların sırasında milli musiqişünaslıq elminə böyük töhfələr vermiş - Zemfira Səfərova (müəllif – Zümrüd Dadaşzadə), Zemfira Qafarova (Lalə Hüseynova), Rəna Məmmədova (Əfsanə Babayeva), Gülnaz Abdullazadə (Nailə Rəhimbəyli), İmruz Əfəndiyeva (Ceyran Mahmudova) və Səadət Abdullayevanın (Seyran Qafarov) yaradıcılıq portreti təqdim olunub.

Bu broşürlərin 2015 və 2016-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda keçirilmiş təqdimat mərasimləri musiqi ictimaiyyətinin görkəmli nümayəndələri, tanınmış ifaçılar, musiqi məktəblərinin direktorları və pedaqoqları tərəfindən böyük maraqla qarşılanıb. Həmin broşürlər respublikanın musiqi təhsili müəssisələrinə, şəhər kitabxanalarına, Bəstəkarlar İttifaqının Gəncə, Lənkəran, Naxçıvan, Şəki şəhərlərində fəaliyyət göstərən bölgə təşkilatlarına, həmçinin Bakıda yerləşən Şuşa təşkilatının musiqi məktəblərinə göndərilib.

Layihəyə olan böyük maraq təsadüfi deyil. Çünki bu qəbildən olan nəşrlər sonuncu dəfə 50 il əvvəl rus dilində çap olunub və yalnız milli bəstəkarlıq məktəbinin klassiklərinin yaradıcılığını əhatə edib. Azərbaycan dilində gerçəkləşən hazırkı layihədə isə konsepsiya genişləndirilərək, qarşıya daha böyük məqsəd qoyulub: bu yaradıcılıq təşkilatının bütün tarixi fəaliyyəti ərzində ilk dəfə olaraq, ən məşhur bəstəkarlarımız ilə yanaşı, oxucularımızı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin rəngarəng fərdi yaradıcılıq palitrası ilə tanış etməkdir.

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqı bu istiqamətdə öz məhsuldar fəaliyyətini davam etdirir. Artıq “Renessans-A” nəşriyyatında çap olunan növbəti broşürlər işıq üzü görüb. Onların sırasında bəstəkarlarımız – Hacı Xanməmmədov, Tofiq Bakıxanov (müəllif – Zemfira Qafarova), Azər Dadaşov (Natalya Dadaşova), Məmmədağa Umudov (Jalə Qulamova), İlyas Mirzəyevin (Seyran Qafarov) yaradıcılığına həsr olunmuş, həmçinin musiqişünaslar - Elmira Abasova (Nigar Əliyeva), Ramiz Zöhrabov (Leyla Zöhrabova), Nailə Mehdiyeva (Cəmilə Həsənova), Səadət Seyidova (Dilbər Məmmədova), Həcər Babayeva (Səadət Təhmirazqızı), Gövhər Hüseynovanın (Elnarə Dadaşova) fəaliyyətini əks etdirən broşürlər nəşr olunub. Lakin pandemiya səbəbindən yaranmış vəziyyətlə əlaqədar olaraq bu broşürlərin təqdimatı gələcək zamanda keçiriləcək.

Qeyd etmək lazımdır ki, nəşr olunmuş broşürlər sırasında Qarabağ əsilli bəstəkarlarımız – Əşrəf Abbasov (müəllif – Raya Abbasova), Cəlal Abbasov (Natalya Dadaşova), Sevda İbrahimova (Cəmilə Həsənova), İsmayıl Hacıbəyov (Natella İsgəndərova), Rauf Əliyev (Zemfira Qafarova), Nərgiz Şəfiyeva (Fəttah Xalıqzadə), Cəmil Əmirov (Turan Məmmədəliyeva) və başqalarının yaradıcılığını əks etdirən broşürlər xüsusi yer tutur. Təsadüfi deyil ki, onların yaradıcılığında doğma yurdları – Qarabağa həsr olunmuş əsərlər xüsusi qeyd edilib.

Layihə üzrə iş davam edir. Növbəti mərhələdə artıq iş prosesində olan broşürlər işıq üzü görəcək. Bu siyahıda yaradıcılıqları haqqında çox məhdud sayda məlumatlar olan bəstəkar və musiqişünaslarımıza üstünlük verilib. Bəstəkarlardan Oqtay Zülfüqarov, Yaşar İmanov, Cahangir Zülfüqarov, Cavanşir Quliyev, Vasif Allahverdiyev, Arif Mirzəyev və musiqişünaslardan - Lyudmila Karagiçeva, İzabella Abezqauz, Şəhla Həsənova, Tamilla Hüseynova və başqaları haqqında broşürlər hazırlanmaqdadır. Bu broşürlərin 2021-ci ildə nəşr olunması planlaşdırılır.

Ümid edirik ki, bu nəşrlər də çoxsaylı oxucu kütləsini maraqlandıracaq və onların müasir “ciddi” musiqi ilə daha yaxından tanış olmasına imkan yaradacaq.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.