Vaqif Yusifli - Elm fədaisi
10.09.20

Cəfər Xəndan - 110

Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının tarixində XX əsr müstəsna bir yer tutur. Son yüz ildə ədəbiyyatımızın inkişafında, ədəbi əsərlərin və ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığının tədqiqi və təbliğində tənqidi fikrin böyük rolu olmuşdur. Hələ keçən əsrin qırxıncı illərində böyük tənqidçi Məmməd Arif Dadaşzadə yazırdı: "Tənqid də yaradıcılıqdır... Bədii əsərlərdən tələb etdiyimiz kimi, ondan da tələb etməliyik ki, maraqlı və məzmunlu olsun”.

Biz XX əsr Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının artıq bir neçə nəslini yad edəndə Salman Mümtaz, Əli Nazim, Mustafa Quliyev, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Mehdi Hüseyn, Mikayıl Rəfili, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Xəndan, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Qulu Xəlilov, Asif Əfəndiyev, Bəkir Nəbiyev, Əkbər Ağayev, Yaşar Qarayev, Şamil Salmanov kimi aparıcı nümayəndələrini xatırlayırıq. Təbii ki, hazırda onların yolunu davam etdirən görkəmli tənqidçilərimiz var. Bu il həmin görkəmli fikir sahiblərindən biri - Cəfər Xəndan Hacıyevin 110 illiyi tamam olur.

1910-1961. Bu rəqəmlərdə ifadə olunan ömür tarixi zənnimizcə, o qədər də uzun deyil, amma Cəfər Xəndanın elmi, pedaqoji və ictimai fəaliyyətini göz önünə gətirəndə bütöv və dolğun bir həyatla qarşılaşırıq. Bu ömrün təvəllüd tarixi qədim Azərbaycan şəhəri İrəvandan başlayır. Cəfər Xəndanın oğlu, şair Rəfiq Zəka sonralar bir şeirində yazacaq ki:

Qohuma, tanışa yaxşı tanışdır,Əsl soyadımız Hacıbəylidir.Babam Zeynalabdin-dumanda bir nur,Atam CəfərXəndan - ölkədə məşhur.

Cəfər Xəndanın uşaqlığı ağır ehtiyac və məhrumiyyətlərlə keçib: ata-anasını itirib, Gəncədə uşaq evində yaşayıb, orada Pedaqoji texnikum bitirib, sonraBakıya köçüb, APİ-nin Dil və ədəbiyyat fakültəsini qurtarıb. Bundan sonra onun bütün fəaliyyəti mətbuatla, müəllimliklə bağlı olub. O, Ədəbiyyat İnstitutunda şöbə müdiri, Yazıçılar İttifaqında təşkilat katibi vəzifələrində çalışıb. Böyük Vətən müharibəsi illərində siyasi rəhbər və jurnalist kimi ordu sıralarında olub. Ordudan tərxis edildikdən sonra BDU-da Filologiya fakültəsinin dekanı, kafedra müdiri kimi fəaliyyət göstərib. 1950-1954-cü illərdə isə universitetin rektoru olub. Cəfər Xəndan filologiya elmləri doktoru, professor idi və öz dövrünün ən nüfuzlu ədəbiyyatşünaslarından biri idi. Cəfər Xəndanın elmi, pedaqoji fəaliyyəti otuzuncu illərin ikinci yarısından başlayır. Bu dövrdə mətbuatda ilk məqalələrini dərc etdirən C.Xəndan fəal bir şəkildə müasir ədəbiyyat problemləri ilə məşğul olur. Amma onu maraqlandıran və bütün ömrü boyu tədqiqə həvəsləndirən bir mövzu var idi ki, Cəfər Xəndan elə otuzuncu illərdən o mövzuya müraciət edir. O, böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına xüsusi önəm verirdi. "Sabir” adlı ilk monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında sabirşünaslığın təməl daşlarından biri kimi əvəzsizdir. Bu kitab Cəfər Xəndanın elmi fəaliyyət prinsipini müəyyənləşdirən, klassik irsi "müasir gözlə oxumağın” başlıca yönünü əyaniləşdirən əsər oldu. Monoqrafiyada Sabir və zəmanəsi, Sabir və dövrün ədəbi mühiti, Sabir və müasir ədəbiyyatımız kimi problemlər ətrafında elmi-nəzəri mülahizələr xüsusilə maraq doğururdu. Ümumiyyətlə, Sabir mövzusu ömrünün axırına qədər Cəfər Xəndanın müraciət etdiyi mövzulardan biri olub.

Alimin vəfatından sonra nəşr edilən "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası, son altmışildə sabirşünaslığın əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilməlidir. Kitab ona görə əvəzsiz sayılır ki, burada elmi praktika nəzəri müddəalarla üzvi şəkildə sintezdədir. Əsərdə təkcə Sabir poetikası deyil, klassik və müasir Azərbaycan poeziyası fonunda poetika məsələləri geniş şəkildə işıqlandırılır. Çünki alimin öz sözləri ilə desək, poetika şairin yalnız ədəbi yaradıcılıq qaydalarına necə əməl edib-etməməsi ilə qalmır, eyni zamanda onun bədii zövqünü, dünyagörüşünü və sənətkarlıq xüsusiyyətlərini qiymətləndirmək işində də müəyyən rol oynayır. Elə sənətkarlar vardır ki, onlar nəinki mövcud ənənələri davam və inkişaf etdirir, hətta yeni-yeni bədii kəşfləri ilə onu zənginləşdirir.

Bu monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətləri onun ədəbiyyatımıza nə kimi yeniliklər gətirməyi, öz müasirləri arasında nə kimi təsir oyatmağı və bir şair kimi əzəməti klassik ədəbiyyatımızla müqayisədə müəyyənləşdirilir. Cəfər Xəndan bu mənada Sabirin poetikasının əlvanlığını, onun poetik prinsiplərini, klassik poeziyamızın sənətkarlıq cəhətdən inkişafındayeni bir mərhələnin başlıca spesifikası kimi qiymətləndirir. Sabirin süjet qurmaq, mövzu və tip seçmək prinsiplərini, üslub sadəliyini, peyzaja müraciətini, bədii dilini zənginləşdirən təsvir və ifadə vasitələrini araşdıran müəllif, sənətkarın poeziyasında adi oxucu nəzəri ilə oxunmayan sirləri, poetik möcüzələri kəşf etmişdir. Çünki sxematizmə, ritorikaya və qeyri-bədii ifadəyə yad olan Sabir yaradıcılığı bu priyom axtarışlarında əsl sənətkarlığın imkanlarını aşkara çıxarır."Sabirin əsərlərində şair ən müsbət qəhrəmandır. O, öz simasında bu qəhrəmanın parlaq obrazını yaratmış, bu obraz "bənzərəm bir qocaman dağa ki, dəryada durar” deyə əzəmətli görünüşü ilə milyonların nəzərində qranit bir abidə kimi yüksəkdir. "Hophopnamə”ni vərəqlədikcə qaranlıqlar içində nur kimi parlayan bu şairin başına nə müsibətlər gəldiyinin canlı şahidi oluruq” - bu fikir Sabirin böyüklüyünü, əzəmətini, poeziyaya xidmətini sübut etmək üçün gətirilən elmi arqumentlərə mənalı bir bədii proloq sayıla bilər.

Cəfər Xəndan da müasirləri olduğu bir sıra tədqiqatçılar kimi diqqət və qayğısını ədəbiyyat tarixçiliyimizin qarşısında duran operativ məqsəd və vəzifələrə yönəltmişdi, onu həm də ədəbiyyatın keçdiyi yollar düşündürürdü.

Cəfər Xəndanın maraq dairəsi, elmi-tədqiqat istiqaməti təkcə klassik ədəbiyyat və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri ilə məhdudlaşmamışdır. Alimin çoxcəhətli elmi fəaliyyətində Azərbaycan mətbuatının, Cənubi Azərbaycan ədəbiyyatının, müasir ədəbiyyatımızın bir sıra vacib problemləri də əhatə olunmuşdur. 1949-cu ildə "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq hərəkatı” adlı sanballı əsərinə görə Cəfər Xəndan filologiya elmləri doktoru adına layiq görülmüşdür. Bu əsər vaxtında yazılmışdı, ona görə ki, CənubiAzərbaycan ədəbiyyatının bir sıra mühüm problemlərivə "dərdləri” mövcud idi. Onları sistemli şəkildə öyrənmək və tədqiq etmək zərurəti ilk dəfə professor Cəfər Xəndanın öhdəsinə düşdü. Tədqiqatçınınözü bilavasitə Cənubi Azərbaycanda olmuş, milli azadlıq hərəkatının yüksəlişi dövründə "Vətən yolu” qəzetində redaktor müavini işləmiş, orada şairlər məclisinin təşkilatçılarından biri kimi ədəbi prosesin inkişafına və istiqamətinə müəyyən təsir göstərmişdi.

Cəfər Xəndanın S.Vurğun, S.Rüstəm, M.Müşfiq, R.Rza, S.Rəhimov kimi sənətkarların yaradıcılığına həsr etdiyi məqalələr, Yazıçılar İttifaqınınplenum və müşavirələrində müasir ədəbiyyata aid məruzə və çıxışları ondan ədəbi prosesin inkişaf qanunauyğunluqlarını vaxtında izləyən bir tənqidçi-ədəbiyyatşünas kimi danışmağa haqq verir. Onun C.Cabbarlı, M.Müşfiq və M.Cəlal haqqında həm sanballı məqalələri, kiçik monoqrafiyaları çapdan çıxmışdır. Müşfiqi o, XX əsr Azərbaycan poeziyasının klassiki kimi təqdim edirdi. Müşfiqdə elə poetik keyfiyyətlər tapırdı ki, onlar sənətkarın yaradıcılığındakı özünəməxsusluğun, fərdi cizgilərin (xüsusilə müasir həyatdan doğan sağlam romantika) müəyyənləşməsinə yol açırdı. Müşfiqin bənzərsizliyini, poetik istedadını üzə çıxarmaq tədqiqatçını hazır və məlum təhlil modelindən çəkindirərək, ilk növbədə, şairin yaradıcılığındaüzə çıxmayan, daxili mahiyyətdə təzahür edən cəhətlərə yönəldirdi. Alim-tədqiqatçınınayrı-ayrı sənətkarların yubileyi münasibətilə yazdığı məqalələrdə də, ilk növbədə, hər biryazıçının ədəbiyyat tarixindəki yeri və mövqeyi, onu başqalarından fərqləndirən ümdə əlamət və keyfiyyətlərön plana çəkilir (Məsələn, "S.S.Axundovun yaradıcılığı”, "N.Nərimanovun ədəbi fəaliyyəti”, "Qocaman ədib” (A.Şaiq haqqında), "İstedadlı şairimiz M.Müşfiq”, "Xalq şairi Mirzə Əli Möcüz Şəbüstəri” və s.).

Cəfər Xəndanın ədəbi-elmi fəaliyyətini onun ictimai, pedaqoji fəaliyyətindən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür. Elmi fəaliyyət prosesində ilkin cığırı açmaq, hansı tədqiqatınsa bünövrəsini qoymaq alim üçün nə qədər şərəflidirsə,onun vətəndaşlıq keyfiyyətləri, ictimai mövqeyi, fəal həyat prinsipi də bir o qədər vacib və zəruridir. C.Xəndanın tərcümeyi-halında, həyat yolunda bu cəhətlərin - bir-birini tamamlayan zəruri komponentlərin vəhdətini görürük. Onun pedaqoji fəaliyyəti sadəcə olaraq ali məktəblərdə mühazirələr oxumaqla bitmirdi (C.Xəndanın müasirləri və tələbələri etiraf etmişlər ki, o, ən gözəl natiq-pedaqoq idi). Cəfər Xəndan yaxşı başa düşürdü ki, mövcud nəslin gənc tənqidçi və ədəbiyyatşünaslarınbilikli kadrlar kimi yetişməsi üçün səmərəli və faydalı iş görmək və onları da bu ruhda tərbiyələndirmək lazımdır.Bu isə alimi ilk dərsliklər, xüsusilə ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər yazmağa ruhlandırırdı. Onun "Müasir Azərbacan ədəbiyyatı” (1939), "Ədəbiyyat nəzəriyyəsi” (1940), "XX əsr Azərbaycan ədəbtiyyatı” (1951 və 1955), "Sovet ədəbiyyatı” (17 nəşri) kimi kitabları bu sahədə əsl mütəxəssis zəhmətinin bəhrələriydi.

Elmin fədaisi olmaq təkcə külli miqdarda əsərlər çap etdirməklə,tapdığını, üzə çıxardığını ədəbi ictimaiyyətin öhdəsinə buraxmaqla məhdudlaşdırılmamalıdır, əsas məsələ odur ki, bu elmin fəal təbliğatçısına çevriləsən, yeniliyi vaxtında müdafiə edə biləsən. Cəfər Xəndan bu mənada vətəndaş tədqiqatçı idi.

Görkəmli alim pedaqoji fəaliyyəti illərində onlarla aspirant, elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. Təkcə bunu demək kifayətdir ki, o, akademiklərdən M.A.Dadaşzadə, H.Araslı, F.Qasımzadə, M.Cəfər, K.Talıbzadə, B.Vahabzadə,EA-nın müxbir üzvləri Ə.Mirəhmədov, A.Zamanov, professor Mehdi Məmmədov və başqa görkəmli ədəbiyyatşünaslarımızın elmi rəhbəri, yaxud opponenti olmuşdur.

CəfərXəndan eyni zamanda bədii yaradıcılıq və tərcümə ilə də məşğul olmuş, altı şeir kitabı çap etdirmiş, Nizaminin bir sıra qəzəllərini, M.F.Axundzadənin "Puşkinin ölümünə "Şərq poeması”nı və başqa əsərləri dilimizə çevirmişdir.

Cəfər Xəndan Hacıyevin qoyub getdiyi ədəbi-elmi irs yaşayır və yaşayacaq! O, tənqid tariximizin bir gözəl səhifəsini yazmışdır desək, səhv etmərik.

/"Azərbaycan" qəzeti/

Yenililklər
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.