Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş" kitabı Türkiyədə nəşr olunub
07.09.20

"Kitabi-Dədə Qorqud" dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən Xalq yazıçısı, akademik Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş. Dansökülən variant" kitabı Türkiyədə çap edilib. Məşhur "Ötüken" nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və ön sözün müəllifi Əli Duymazdır.

Nəşriyyat kitabla bağlı verdiyi annotasiyada qeyd edib ki, Azərbaycanda və beynəlxalq aləmdə çox sayda mükafatlara layiq görülən Kamal Abdullanın "Gizli Dədə Qorqud", "Yarımçıq Əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox" kimi kitabları bir çox ölkələrdə, o cümlədən, Türkiyədə də işıq üzü görüb.

Tərcüməçi Əli Duymaz isə yazdığı ön sözdə yeni nəşri son dövrlərdə Azərbaycanda Dədə Qorqud araşdırmalarının ən ciddi müəllifi sayılan Kamal Abdullanın "Gizli Dədə Qorqud" seriyasından çap olunan "Gizli Dədə Qorqud", "Sirr içində Dastan və yaxud "Gizli Dədə Qorqud", "Mifdən yazıya və ya Gizli Dədə Qorqud" kimi əsərlərinin davamı olmaqla yanaşı, tamamilə orijinal əsər kimi xarakterizə edir:

"Əsərin Azərbaycanda 2017-ci ildə çap olunan adı "Kitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variantı"dır. Yazıçı bundan əvvəl çap olunmuş kitablarından iki hissəni də bu əsərin axırına əlavə etmək ehtiyacı duyub. Əsərdə qədim mətnlər kontekstində Dədə Qorquda yeni yanaşmalar var və bu yanaşmalar "poetika" anlayışı çərçivəsində bütövlük qazanır. Əsərdə qədim bir mətn kimi "Dədə Qorqud kitabı" anaxronik mətn, estetik poetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşması, birbaşa və məcazi məna sahələri kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. "Dədə Qorqud kitabı" mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövrlərin izlərini öz canında daşıyan və buna görə də anaxronik bir mətn kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik keyfiyyətlərinə görə təhlil edir.

Kamal Abdullanın ən böyük zəhməti və əməyi "Kitabi Dədə Qorqud"u universal səviyyədəki dünya dastanlarının arasına qatmaq, beynəlxalq miqyasda tanıtmaq və qəbul etdirmək cəhdidir. Bu kontekstdə semantika, semiotika, fəlsəfə kimi sahələrin metodlarına da tez-tez müraciət etməkdə, dünya ədəbiyyatının monumental əsərləriylə Dədə Qorqudu müqayisə etməkdədir", - deyə tərcüməçi kitaba yazdığı ön sözdə qeyd edir.

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. "Kitabi-Dədə Qorqud" kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtida bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

"Mifoloji dan söküləndə bədiipoetik enerji axtarışları" adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədii poetik enerjinin təzahürü, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

"Xüsusi qurmalar ibtidai bədii poetiklik vasitələri kimi" adlanan ikinci hissədə "Sahmanlayıcı ünsürlər", "Sadəlövh suallar", "Təkrarlar ibtidai bədii poetik quruluşun əsas vasitəsi kimi", "Bədii poetik yasaqlar. "Materialın müqaviməti" adlı fəsillərdə "Kitabi-Dədə Qorqud" mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin "bədii poetik" qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kamal Abdullanın bu fundamental tədqiqatı müasir Türkologiyada dil abidələrinin müxtəlif rakurslardan öyrənilməsi işinə böyük töhfə olmaqla yanaşı, həm də tükologiyanın sərhədlərinin genişlənməsi üçün qiymətli  mənbədir.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.