Ələsgər Əhməd - Əsgər məktubundakı güllə
19.08.20

Əsgər məktubundakı güllə

Ana, bu məktubu ən birinci sən oxu,
Sonra hamı oxusun,
Qardaşım ölüm sözünü,
Atam “salamı” oxusun.
Sevgilim də qışqırmasın
Cilovlasın özünü.
Sizə bir məktubluq sözüm var axı –
Bağışlayın, ölmüşəm,
Amma yenə son məktubda gəlmişəm
Səngərlərin içindən sətirlərin içinə.
Vaxtım azdı getməliyəm, sonuncu sözüm – heç nə.
Torpaq məni gözləyir, qurban olum, saxlama
Arxamca su atmağını istəmirəm, ağlama.
Ata, anamdan muğayat ol,
Qardaşımdan arxayınam evi dolandıracaq,
Rahat ol.
Mənim sağ olduğumu hər gün inandıracaq.
Təkcə xahişim budur, yaddaşını itirmə,
Anamın əllərinə yorğunluğu gətirmə.
Qardaşım, atam sənə əmanətdi
Hər küçəyə çıxanda siqaret axtarmasın,
Azı 60 yaşı var
Bu yaşında “siqaret var” sormasın.
Zəhmətini unutma,
Bizim üçün özül atan, mənzil tikən adamdı,
Bilirsən də, atamız
Əməliyyatdan bir gün sonra siqaret çəkən adamdı.
Bir də özün xoşbəxt ol,
Bu məktubdan sonra işə gedirsən, yaxşı yol.
Sevgilim, məktubdakı güllə bizi ayırdı,
Onu özündən ayırma,
Sağ gözümə dəydi öldüm
Onu gözündən ayırma.


Qadın var ki...

Qadın var ki,
Sevmədiyi kişinin yatağında can çəkir
Uşağının atasızlıq dərdi olmasın deyə,
Hər yastığa baş qoyanda yatmır ölməsin deyə,
Amma ölür, baxışları gözləri də qan çəkir.
Qadın var ki,
Qapı bilməz nə üçündü, evə gələn olmasa.
Pəncərədən çölə baxmır, onu özgə tanımır,
Mətbəxdəki qab-qacaqdan ayrı güzgü tanımır,
Saçlarının olduğunu unudar, əl vurmasa.
Qadın var ki,
Sevə-sevə evləndiyi adam xəyanət edir,
Ürəyinə sözü keçmir unudur, bağışlayır,
Və elə bir barışıqdan sonra nələr başlayır
Ruhu bədəndən küsüb, sağollaşmadan gedir.
Qadın var ki,
Ətrafına qarşı bütün hisslərini itirir –
Ayrıldığı adamı ilim-ilim axtarır,
Ayağına yaraşan bir cüt ölüm axtarır,
İlk girdiyi mağazada tapır, bəxti gətirir.
Qadın var ki,
Qayğıya ac, sözə toxdu
Qadın var ki,
Bir də görürsən yoxdu.



Məcburiyyət

Əşşi, ölüm nədir ki?
Əvvəl-axır boğazından keçməsə də udacaqsan,
Uddum.
Səhər tezdən ad gününü atan təbrik edəndə
Ən birinci sevdiyin qadını unudacaqsan,
“Unutdum”.
Yenə birin sevəcəksən, bitir ki?
Əllərinin içindəki adamın əlindən tutacaqsan,
Tutdum.
Sonra o da gedəndə
Evdən ölüm adıyla çıxıb qayıdacaqsan,
Qayıtdım.
Şair, bu yazdığım ağrılar
Yeməyin son tikəsidi,
Doysaq belə yeməliyik,
İstəmirik, deməyimiz
Ən azından ölüm təhlükəsidi.
Cümlə kimi əzbərləyib deməliyik –
Sevgidi.
Nöqtə vergülünəcən,
Ürəyindən dilinəcən
Eynidi.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.