Mədəniyyət Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında anlaşma memorandumu imzalanıb
19.08.20

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Li Litzenberger ilə görüşüb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

Görüş zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində əməkdaşlıq haqqında” yeni Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, nazirliklə səfirlik arasında 2017-ci ildə imzalanan Anlaşma Memorandumuna əsəsən, Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” yaradılıb. Qarşılıqlı razılıq əsasında növbəti üç il müddətinə yeni sənəd imzalanıb. Anlaşma Memorandumu  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ABŞ-ın Azərbaycan Respublikasında Səfirliyi 2020 – 2023-cü illərdə Gəncə şəhəri, Salyan, Xaçmaz və Kürdəmir rayon mərkəzi kitabxanalarında “Amerika guşələri” kimi tanınan ictimai informasiya və fəaliyyət mərkəzlərini dəstəkləməkdə birgə əməkdaşlığının davam etdirilməsini nəzərdə tutur.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi guşələrin fəaliyyət göstərməsinə dəstəyi təmin edəcək. Öz növbəsində səfirlik guşələri Birləşmiş Ştatlar haqqında, habelə  ikitərəfli maraqlara uyğun mövzularda çap edilmiş ədəbiyyat və internet əsaslı elektron resurslarla, ABŞ-ın dövri mətbuatına abunə və Amerika filmlərinin nümayişinə icazəni nəzərdə tutan lisenziya ilə təmin etməyi üzərinə götürür. Hər bir guşənin vebsaytının fəaliyyəti və mütəmadi qaydada yenilənməsi də səfirlik tərəfindən həyata keçiriləcək. Eyni zamanda nazirlik və səfirliyin birgə əməkdaşlığı ilə guşələrin işçiləri üçün treninq və məşvərətlər təşkil ediləcək.

Səfir Örl Litzenberger layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini inkişaf etdirməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Səfir Anlaşma Memorandumunun yenidən imzalanmasının əhəmiyyətini bildirib.

Ölkəmizin mədəniyyət və tarixi abidələrinin bərpasına səfirliyin ənənəvi dəstəyinin davam etdirilməsi və mədəniyyət sahəsində menecerlərin yetişdirilməsi üçün birgə treyninq layihələrinin həyata keçirilməsi, mədəniyyət sahəsində rəqəmsallaşmanın inkişafı ilə bağlı əməkdaşlığın gücləndirilməsi, yaradıcı sənayelərin inkişafı üçün təcrübə mübadiləsinin aparılması ilə bağlı mövcud əməkdaşlığın daha da genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan incəsənət xadimlərinin ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda ABŞ sənətçilərinin Bakıda keçirilən Caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.