Konstantin Simonov - Evin sənə əzizsə...
24.07.20
Bu şeiri 1942-ci ildə rusların məşhur yazarı Konstantin Simonov yazıb. O Simonov ki, şəxsiyyətinin və yaradıcılığının miqyası etibarilə bizim bəzi məhəlli, erməni sevdalısı, qədirbilməz degenerat mirzələr onun yanında mikroskopla da görünmür. Şeiri axıracan oxumağınız lazım. Bir az da yaxşı tərcümə etmək olardı, amma yenə də...
Sevgilərlə Etimad Başkeçid
EVİN SƏNƏ ƏZİZSƏ...
Böyüyüb, bir rus kimi Boya-başa çatdığın, Beşikdə yelləndiyin Ev sənə əzizdirsə; O evin divarları, Sobası, künc-bucağı, Sənin ata-babanın Ayaq basdığı yerlər Sənə doğmasa əgər;
Arılar vızıldaşan, Gül-çiçəkli bağça, bağ Yüz il qabaq babanın Bağda qoyduğu masa könlünü oxşayırsa; Evdə, həyət-bacada, Dolaşıb, arsız-arsız Ağacları sındıran, Babanın masasının Arxasında oturan Düşmənin gəlməsini istəmirsənsə əgər…
Sinəsindən süd verib, Səni böyüdən anan, O ana ki, çoxdandır, Südü qurumuş artıq, Və onun sinəsinə Yalnız baş qoymaq olar… Bu ananın xətrini çox istəyirsənsə əgər; əgr istəmirsənsə ki, evində qalan düşmən onun saçından tutub, yerlərdə sürükləsin, beşiyini yelləyən o müqqəddəs əlləri düşmənə paltar yusun, əynini təmizləsin;
Volqa və Don uğrunda, Döyüşlərdə can qoyan, Karpat buzlaqlarında İtkin düşən əsgəri – Uşaqkən tez-tez sənin başını sığallayan qucaqlayan atanı unutmamısansa əgər; əgər istəmirsənsənsə ki, qəbrində çevrilsin o; ananın gözü önündə onun əsgər şəklini faşistlər tapdalasın, üzünü ayaqlasın…
İkilikdə əl-ələ, Tutub gəzdiyin qızı, Hələ öpməyə belə ürək eləmədiyin o nazənin gözəli faişistlərin əlinə vermək istəmirsənsə əgər; əgər istəmirsənsə ki, qəddar, mənfur köpəklər sənin könül dostunun ismətini korlasın;
Əgər öz vətənini, ananı, arvadını yaraqlı faşistlərə vermək istəmirsənsə, bunu bilməlisən sən: onları başqası yox, sən xilas etməlisən. O azğın düşmənləri Sən öldürməsən əgər, Heç kəs öldürməyəcək. Bunu etməmisənsə, Sus, sevgidən danışma. Bu yurdu, ev-eşiyi Vətənin adlandırma. Qudurğan faşistləri Qardaşın öldürürsə, Qonşun məhv eləyirsə, Bu, onların qisası Onların intiqamı... Amma sənə qətiyyən Haqq qazandırmaq olmaz. Başqasının əliylə Axı qisas alınmaz.
Elə isə, faşisti Öz əlinlə öldür ki, Qoy sənin evində yox, Faşistlərin evində Yas düşsün, matəm olsun. Bunu onların özü İstəmişdilər çünki. sənin yurdun, evin yox, Onların evi yansın. Qoy onların arvadı Gözüyaşlı, dul qalsın. Səni doğan qadın yox, Onların anaları qaralar bağlasınlar. Qoy sənin ailən yox, Onlarınkı yas tutsun. Elə isə, dayanma Heç olmasa, bir faşisti Öldür, qisasını al! Harda görsən, məhv elə.
|