“YARAT” da növbəti müzakirə “Rəqəmsal yuxular”a həsr edilib
20.07.20
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Rəqəmsal yuxular” mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci anonim virtual müzakirə aparılıb.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı mövzular müzakirə edilib.
Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda, kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edib.
|