Polşada Almaniya-Azərbaycan ortaq istehsallı film nümayiş olunacaq
16.07.20
Polşanın Jupia şəhərindəki “Dostluq” bulvarında açıq hava film festivalında Almaniya-Azərbaycan ortaq istehsalı olan “Staniçek” (“Korset”) filmi nümayiş olunacaq.
Filmin nümayişi iyulun 24-də və pulsuz olacaq. Rejissoru alman Veyt Xeymer olan komediya janrlı film 2018-ci ildə çəkilib. Rollarda Azərbaycan, Serbiya, Almaniya, Rusiya və İspaniyadan olan aktyorlar çəkilib. /Azərtac/
|