COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Hollivuddakı “SK Global Entertainment” şirkəti
koronavirusun Çində yayılmağa başladığı dövrə həsr olunan yeni film
üzərində çalışmağa başlayıb.
“Report” WSJ-yə istinadən
xəbər verir ki, gələcək filmin ssenari müəllifi, “Böyük qısa” (“Big
Short”) filminə görə 2016-cı ildə “Oskar” mükafatı alan Çarls Randolf
məsələni şərh edib:
“Bu virusun yarasalarla dolu mağaradan böyük
bir şəhərə necə gedib çıxması hələ uzun müddət cavab axtaracağımız bir
müəmmadır. Bu film pandemiya haqqında trillerdən daha çox tibbi mövzuda
dram olacaq”.
Ç.Randolf əsas diqqətin çinli həkim və tibb
işçilərinin bu qorxulu xəstəliyə qarşı necə mübarizə apardıqlarına
yönəltmək olduğunu qeyd edib.
Filmin çəkilişlərinə gələn il Çində
başlamaq nəzərdə tutulur. “Bu məsələnin nə qədər siyasiləşdiyini
unutmuruq, bununla bağlı əngəlləri dəf etməli olacağıq”, - deyə “SK
Global Entertainment” şirkətinin rəhbərlərindən biri fikrini bildirib.
|