Simran Qədim - Təhlükə: COVID-19
26.06.20

Esse

Hər kəsin evdə qaldığı, daha dəqiqi, mütləq evdə qalmalı olduğu bugünlərdə zamanı dəyərləndirməyin bir çox üsulu var. Nəzərə alsaq ki, indiki dövrdə demək olar, hamı kabel televiziyalarıyla yüzlərlə kanalı izləmək imkanına malikdir, dünyada minlərlə baxmağa dəyərli film, serial çəkilib, sonsuz sayda oxunmalı kitablar, izlənilməli verilişlər, dinlənilməli musiqilər var, darıxmaq üçün əsas tapa bilmirsən.

Üstəgəl, müasir texnologiyaların - internetin, sosial şəbəkələrin, smartfonların və smart televizorların, planşetlərin, kompüterlərin olduğu bir dövrdə yaşayırıq. Belə şəraitdə, ümumiyyətlə, boş qalmaq, hələ bir bekarçılıqdan sıxılmaq nə deməkdir? Əksinə, aşıb-daşan bu bolluqda çaşıb qalmamaq olmur, Krılovun təmsilindəki kimi, elə bil adamın beynini eyni andaca neçə yerə dartıb-çəkirlər. Kitab oxuyanda filmə baxmaq, filmə baxanda musiqi dinləmək istəyirsən. Evimizin içindəki, əlimizin altındakı bu sonsuz böyük çərçivədə öz kiçik guşəmizi yaratmaq təkcə özümüzdən asılıdır.

Bədii kitabların və filmlərin alternativ gerçəkliklər yaratması, obrazlarla birlikdə bizə fərqli-fərqli dünyalara yollanıb səyahət etmək şansını tanıması indiki durumda əvəzedilməzdir. Monotonluqdan, can sıxıntısından qurtulub özümüzü zənginləşdirmək, təxəyyülün sərhədlərini genişləndirib həm nəsə öyrənmək, həm də vaxtı maraqlı keçirmək üçün daha nə lazımdır ki? Digər yandan, məhz bugünkü gündəmə uyğun əsərlər, yazılar tapıb oxuya, sənədli və bədii filmlərə baxa bilərik. İçinə düşdüyümüz situasiyanı daha yaxşı dərk etmək, dünyanın üzləşdiyi reallığı daha dərindən qavramaq üçün.

Elm adına tez-tez sosial şəbəkələrdə, hətta ənənəvi media orqanlarında iki şeylə qarşılaşırıq: Ciddi, dəqiq, dünya alimləri tərəfindən yekdilliklə qəbul edilən araşdırmalar və müəyyən maraq dairələrinin yaydıqları saxta, əsassız - psevdoelmi nəzəriyyələr... Bunları mütləq bir-birindən ayırıb, etibarlı mənbələrə üz tutmaq, doğru-düzgün informasiyalar almaq lazımdır. Yalnız bu təqdirdə həqiqətən maariflənmiş və təhlükəsizliyimizi təmin etmiş olarıq.

İnsan həyata həmişə bəlli bir “eynəyin” arxasından baxır. Dünyagörüşü, savad səviyyəsi, xarakter, tərbiyə, həyat təcrübəsi kimi bir sıra faktorlar bu eynəyin şüşəsini dəyişib formalaşdırır. Onu çıxarıb obyektiv reallığı görmək şansımız isə demək olar ki, sıfıra bərabərdir. Bədənimizin içində həbsdə olduğumuz kimi, gerçəklikləri qavramaqdan ötrü tək vasitə olan beynimizin sərhədlərindən də kənarlaşa bilmirik. Yeganə çıxış yolu yeni-yeni informasiyalar, bilgilər almaq, mütəmadi olaraq şüurumuzu təzələməkdir. Belədə, həmin o eynəyin şüşəsi şəffaflaşıb aydınlanmağa, dolayısıyla bizi aydınlatmağa başlayar.

Ölümün soyuq nəfəsini boynumuzun ardında duyduğumuz, əcəlin insanlığı qarabaqara izlədiyi bu dönəmlərdə ağlı başında biri qətiyyən evdən bayıra çıxmaq, vətəndaş məsuliyyətsizliyi sərgiləmək istəməz. Tək özünün yox, həm də ailəsinin, doğmalarının, başqa-başqa insanların həyatını risk altına atmaqdan çəkinər. Virusa yoluxub ölümlə üz-üzə dayanmağı, xəstəliyin ağrı-acılarını, əzablarını çəkməyi kim arzulayar ki?  Əsas odur, panikaya, bədbinliyə, nihilizmə qapılmadan səbrlə böhranın bitməsini gözləyəsən, ümidlə, nikbin ruhda gələcəyə baxıb təmkinini qoruyasan.

Tarixə nəzər yetirəndə görürük ki, indiyəcən bəşəriyyət dəfələrlə bundan da ağır – yüz milyonlarla insanın ölümünə səbəb olan bir çox xəstəliklərlə, pandemiyalarla üzləşib: vəba, çiçək, xolera, yatalaq, ispan qripi və s. Günümüzün bəlası olan koronavirus pandemiyası da, şübhəsiz, yaxın gələcəkdə tarixin dərinliklərinə qovuşub, heç olmamış kimi yoxa çıxacaq. Ancaq bəşəriyyətin bundan hansı ölçüdə zərər görməsi və nə qədər insanın virusa yoluxub tələf olması böyük bir sual altındadır. Bu qasırğadan kimlər özünü qoruyub sağ-salamat qurtulacaq, kimlər virusun cəngindən yaxa qurtara bilməyib dünyasını dəyişəcək, bilinmir.

Dünya şöhrətli tarixçi-yazar Yuval Noah Harari deyir ki, indi bəşəriyyət iki seçim qarşısındadır: Birinci – totalitar nəzarətlə azadlıqlar, ikinci - milli təcridlə dünyəvi həmrəylik arasındakı seçim. Bəlkə də, tezliklə dövlətlər hərarətimizi, təzyiqimizi nəzarətdə saxlayan biometrik qolbaqlar tətbiq etməyə başladı, daimi müşahidə altına alındıq. Hər an, hər saniyə nəyə, necə reaksiya verməyimiz, məsələn, eşitdiyimiz hansı xəbərə sevinib, nələrə ağız büzməyimiz qeydə alındı. Bəs bunu birmənalı qarşılaya biləcəyikmi? Nəticədə, həlli müşkül, qəliz bir dilemmə yaranacaq: Konfidensiallıqla, şəxsi həyatımızla sağlamlıq arasındakı ziddiyəti necə təmin etməli?

Postkoronavirus dönəmində dünya əmələ gələn fəsadları aradan qaldırmağa çalışacaq: iqtisadi, siyasi, sosial və psixoloji fəsadları... Sözsüz, hər şey dərhal əvvəlki kimi olmayacaq, həyatın asanca axarına düşəcəyini gözləyə bilmərik. Hətta fərziyyələrə görə, qloballaşmanın bitmə ehtimalı da var. Futuroloqların fikrincə, onlayn rejimə keçiləcək, canlı ünsiyyət lap azalacaq, insanlar bu günlərin təsirindən çıxmaqda çətinlik çəkəcəklər. Toplum arasına qarışmamaq, əl verib görüşməmək, absessiv-kompulsiv pozuntu həddində gigiyena qaydalarını gözləmək - bunlar hamısı uzun illər canımızda qalacaq.

Qorxu hissi adamı təhlükələrdən qoruyan, həyəcan siqnalı kimi səslənib özünü oda-közə atmaqdan, yersiz cəsarətdən, qəhrəmanlıqlardan çəkindirən bir hissdir. Həmişə xaosdan özünə harmoniya qurmağa çalışan insanlıq, bu gün əsl xaosla, qorxuyla üz-üzə dayanıb. Bu durumda hər kəsin etməli olduğu yeganə şey vəziyyətin daha da nəzarətdən çıxıb geri dönüşü olmayan bir hal almaması, tarixi faciəyə, fəlakətə, Hollivud filmlərindəki apokalipsislərə çevrilməməsi üçün evdən çıxmamaqdır.

“Bütləri qırın, stereotipləri dağıdın, arxetipləri unudun, klişelərdən qaçın – ortaya sağlam düşüncə çıxacaq.” Sağlam düşüncə, normal zəka, rasional təfəkkür isə insanlığı həmişəki kimi yalnız və yalnız xilasa aparacaq.

#evdəqal  #evdəkitaboxu

Yenililklər
15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
08.09.20
Elnura Cavadzadə - Eybəcərlər anası
08.09.20
Azərbaycan filmi Venesiya Film Festivalında nümayiş olunacaq
07.09.20
Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş" kitabı Türkiyədə nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.