Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
25.03.20
Kinoprodüser və rejissor Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Ölkənin koronavirusla mübarizə apardığı günlərdə ölkə prezidentinin təşəbbüsünə qoşulduğunu deyən gənc prodüsser, aylıq qazancından bir hissəni Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürərək, bütün kino adamlarını bu təşəbbüsə qoşulmağa dəvət edib.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə prezident İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Bu günə qədər bir çox dövlət qurumları, özəl şirkətlər və vətədnaşlar tərəfindən bu fonda çoxsaylı ianələr edilib.
Avanqard.net
|