Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
21.03.20
"Qanun" nəşrlər evində məşhur italyan yazıçısı Antonio Tabukkinin (1943-2012) “İzabel üçün. Mandala” romanı çap edilib.
Əsər dünya şöhrətli yazıçının sonuncu əsəridir və ölümündən sonra çap olunub. Romanda İzabel adlı itmiş portuqaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır.
Bu sirli səyahətdən bəhs edən metafizik roman marağınıza səbəb olacaq.
“İzabel üçün. Mandala” romanını italyan dilindən tanınmış yazıçı və tərcüməçi Cəmşid Cəmşidov tərcümə edib.
|