200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?

06.03.20

Səxavət Sahil: “Ölkə başçısının Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına yalnız AYB-yə yaxın olan gənclərin kitabları nəşr edildi, digər gənc yazarlar kənarda qaldı”

Azərbaycan Yazıçılar Birliyi (AYB) daim diqqət mərkəzində olan, ətrafında müxtəlif qalmaqallar yaranan, həmişə polemika predmetinə çevrilən bir yaradıcı qurumdur. Ölkəmizdə AYB-dən başqa bu qədər gündəmdə olan  ikinci bir yaradıcı qurum tapmaq çətindir.

Digər yaradıcı qurumlar kimi, AYB də dövlət büdcəsindən ayrılan dotasiya hesabına yaşayır, öz nəşrlərini çap edir, fəaliyyətinə aid digər işləri görür. Məsələ burasındadır ki, indiyə qədər AYB-nin büdcəsi ictimaiyyətdən gizlin saxlanır.

Bəzi məlumatlara görə, qurumun illik büdcəsi 1 milyon manat təşkil edir. Amma bu da dəqiqləşməmiş məlumatdır. Qeyd edək ki, keçən il Prezident İlham Əliyev “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdı və Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat vəsait ayrılmışdı. 2020-ci ildə isə dövlət büdcəsindən AYB-yə ayrılan vəsaitin, dotasiyanın məbləği açıqlanmır.

Bu arada gənc yazarlar sosial şəbəkələrdə, mətbuat orqanlarında AYB-yə ayrılan vəsaitin ədəbiyyata yönəldilmədiyinə, Birlik orqanı olan nəşrlərə verilən dotasiyanın bu istiqamətdə xərclənmədiyinə dair iddialar, fikirlər yer alıb. Onu da deyək ki, bu məsələ həmişə gündəmdə olub və əvvəlki nəsil yazarlar da bu qənaətdə olublar ki, AYB-yə və onun orqanlarına ayrılan vəsaitin çox cüzi bir hissəsi aidiyyəti sahəyə ayrılır. Hətta o da iddia edilir ki, AYB-də yazıçı və şairlərin, ədəbiyyatşünasların yubileylərinə, ad günlərinə hədiyyə almaq, onları mükafatlandırmaq üçün nəzərdə tutulan vəsaitin də heç də hamısı bu işə sərf edilmir. İddialara görə, tutalım, sənəddə yubilyara 1000 manatlıq hədiyyə alındığı qeyd edilsə də, ona 100, uzaqbaşı 200 manat dəyərində hədiyyə alınır, qalan vəsait isə silinir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc və istedadlı yazar Səxavət Sahil özünün “Facebook” hesabında AYB orqanı olan “Ədəbiyyat” qəzetinin, eləcə də AYB-yə ayrılan vəsaitin xərclənməsində qeyri-şəffaflığa yol verildiyini, bu vəsaitin ədəbiyyatdan çox şəxsi büdcələrə yönəldildiyini qeyd edib. Səxavət bəyin fikirləri diqqətimizi çəkdiyindən, bu məsələ ilə bağlı onun fikirlərini daha geniş şəkildə təqdim etmək istədik.

- Səxavət bəy, yalnız siz deyil, bir çox həmkarınız AYB-yə və onun orqanlarına ayrılan vəsaitlərin böyük hissəsinin ədəbiyyata xərclənmədiyini qeyd edirsiniz. Hətta bildirirsiniz ki, AYB orqanı olan “Ədəbiyyat” qəzetinə ayrılan 200 min manat dotasiyadan yazarlara çox cüzi qonorar yazılır. Bunu nə ilə əsaslandırırsınız?

- Ayrıca “Ədəbiyyat” qəzetinə 200 min manat dotasiya ayrılıb. Yazıçılar Birliyinin özünün büdcəsi başqadır. Burada söhbət “Ədəbiyyat” qəzetinə ayrılan dotasiyadan gedir, amma ortada heç bir nəticə yoxdur. Dövlət digər sahələrə olduğu kimi, ədəbiyyata kifayət qədər vəsait ayırır, amma bu vəsait yazarlara gəlib çatmır. Yəni o qəzet öz səhifələrində özünə yaxın adamları tərifləməklə məşğuldur. Müəlliflər də yazılarına görə qəzetdən 15-20 manat qonorar alırlar. 200 min manat büdcəsi olan qəzet nə üçün 15-20 manat qonorar verməlidir?

- Bu problem AYB-nin digər ədəbi orqanlarda da müşahidə edilirmi?

- O mətbu orqanların içində kifayət qədər gənclərə açıq olan, büdcəsi gizli olmayan “Ulduz” jurnalıdır. Son dövrlər “Ulduz” gənclərlə bağlı ayrıca buraxılış çap edir. Amma təəssüf ki, “Azərbaycan” jurnalı haqqında eyni fikri söyləyə bilmirəm. Yəni bu jurnal da “Ədəbiyyat” qəzeti kimi öz səhifələrində imkanlı, məmur şair və yazıçıları tərifləməklə, onların əsərlərini şişirtməklə məşğuldur. “Ədəbiyyat” qəzetinin 36 səhifəsində ədəbi tənqidə aid bircə cümlə belə yoxdur.  Ədəbiyyatın, ədəbi prosesin inkişafı əsasən ədəbi tənqidlə bağlıdır. Bu qəzet özünə yaxın olan şəxslərin təbliğatı və tərifi ilə məşğuldur. Ümumi mənzərə budur.

- Bəs sizin fikirlərinizə, tənqid və iradlarınıza AYB-nin münasibəti necədir?

- Biz bu barədə dəfələrlə AYB-yə məlumat vermişik, amma onlar da deyirlər ki, biz də bu halın baş verməməsini istəyirik. Amma, görünür, burada AYB-nin də öz maraqları var. Ona görə də heç bir nəticə, reaksiya yoxdur.

- AYB-nin özünə dövlət büdcəsindən ayrılan vəsaitin də xərclənməsində qeyri-şəffaflığa yol verildiyi haqqında iddialar, fikirlər var. Mən özüm dəfələrlə yazıçı və şairlərin dilindən eşitmişəm ki, yazıçı və şairlərin yubileylərinə hədiyyə üçün ayrılan vəsaitin də böyük bir hissəsi ciblərə gedir, həmin yazarlara daha ucuz hədiyyələr alınıb. Bu barədə sizin fikriniz necədir, məlumatınız varmı?

- Konkret olaraq bu fakta rast gəlməmişəm. Amma bu yaxınlarda ölkə başçısının Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına yalnız AYB-yə yaxın olan gənclərin kitabları nəşr edildi, digər gənc yazarlar kənarda qaldı. Prezident o pulu ədəbiyyata ayırıb, kimlərinsə özünə yaxın bildiyi insanların kitablarını çap etməyə yox. Amma Birliyə yaxın olmayan gənclərin kitabları nəşr edilmədi. Azərbaycan Yazıçılar Birliyi tənqidlərdən nəticə çıxarmır, ədəbi gənclik, ədəbi proseslərlə bağlı susqunluq mövqeyi nümayiş etdirir. Yalnız qurumun tərəfdarı olan, AYB-yə yaxınlığı ilə seçilən gənclərin kitabları çap edilir, onlar təbliğ olunur. Bu da gənc yazarların haqlı narazılığına səbəb olur.

- Yazıçılar Birliyinin əsas vəzifələrindən biri beynəlxalq əlaqələri gücləndirmək və bütün yazarların, o cümlədən də gənc yazıçı və şairlərin əsərlərini, kitablarını xarici dillərdə çap edib yaymaqdır, təbliğ etməkdir. Qurum bu işin öhdəsindən necə gəlir?

- Çox maraqlı məsələyə toxundunuz. Bu sahədə də çox ciddi problem var. Birlik yalnız özlərinə yaxın olan gənc yazarların əsərlərini tərcümə etdirib yayır. Son zamanlar görürsünüz ki, kitabları AYB-nin xəttilə xarici dillərdə çap olunan və təbliğ edilən şəxslər yalnız Yazıçılar Birliyinin yüksək vəzifəli şəxsləridir, katibləridir, eyni qurumu tərifləyən gənclərdir. Amma bu belə olmalı deyil. Əgər xaricdə kitab çap olunursa, bu o demək deyil ki, birinci növbədə Yazıçılar Birliyinin rəhbərliyi, yaxud onlara yaxın olan şəxslər çap olunmalıdır. Dövlət tərəfindən AYB-yə ayrılan vəsait konkret şəxslərə deyil, ədəbiyyata ayrılır, ancaq təəssüf ki, bu pullar şəxsi maraqlara xərclənir. Biz dəfələrlə deyirik, yazırıq, amma yenə də nəticə vermir.

- Səxavət bəy, bu ilin martında Yazıçılar Birliyinin növbəti qurultayının keçiriləcəyi barədə fikirlər vardı, hətta qurum rəhbərliyi də məlumatı təsdiqləmişdi. Necə bilirsiniz, Birliyin qurultayı keçiriləcəkmi?

- Bilirsiniz, hətta Azərbaycan Respublikasının Parlamenti də növbədənkənar seçkilərə getdi, amma Yazıçılar Birliyinin qurultayı keçirilmədi. Yazıçılar Birliyinin qurultayının keçirilməsinin vaxtı çoxdan çatsa da, qurum qurultay keçirmək əvəzinə, vaxtı uzatmaqla məşğuldur. Biz də bilmirik qurultay nə vaxt olacaq? Deyirlər ki, bu yaxınlarda olacaq, bu ay olacaq, yoxsa dekabrda olacaq, bilmirik. Qurultayla bağlı heç bir hazırlıq işləri aparılmır. Qurultaya hazırlıq prosesi getmir. Yenə əvvəlki qaydada qurultay keçirib həmişəki nəticəni əldə etmək istəyirlər.

- Səxavət bəy, siz də o fikirdəsiniz ki, AYB-yə dövlət büdcəsindən ayrılan vəsait ədəbiyyatdan çox başqa məqsədlərə xərclənir. Bəzi həmkarlarınız deyirlər ki, aidiyyəti dövlət qurumları tərəfindən Birliyə ayrılan vəsaitin hansı istiqamətlərə yönəldildiyi ilə bağlı araşdırmalar aparılmalıdır. Sizin fikriniz?

- Razıyam. Azərbaycan Yazıçılar Birliyi hər ilin sonunda dövlət büdcəsindən quruma ayrılan vəsaitin hara xərclənməsinə dair hesabat verməlidir. Yəni hesabat verilməlidir ki, AYB-yə Mədəniyyət Nazirliyinin xəttilə, eləcə də digər xətlərlə ayrılan vəsait hara xərclənir. Bu vəsait kimlərinsə şəxsi səfərlərinə, kimlərinsə şəxsi kitablarının çapına cəlb edilə bilər? Amma onlar bu barədə məlumat vermirlər. AYB il ərzində gördüyü işlərlə bağlı hesabat verməlidir ki, filan kitabları çap etmişik, filan əsərləri tərcüməyə cəlb edib kitab çap etmişik. AYB-nin illik büdcəsinin hara xərcləndiyi gizlədilməməlidir, digər qurumlar kimi, ictimaiyyətə açıq olmalıdır. Hamı bilməlidir ki, ədəbiyyata ayrılan pul hara xərclənir. Bilirsiniz ki, ədəbiyyata ayrılan vəsait vətəndaşın büdcəsindən gedir, amma heç bir nəticə yoxdur. Kimə nə qədər pul mükafatı verildiyi, ədəbi orqanlarda hansı yazara nə qədər qonorar verildiyi açıqlanmır. Mən bunu “Ədəbiyyat” qəzeti ilə bağlı yazdığım yazıda da qeyd etmişdim. Bilirsiniz, dövlət büdcəsindən ədəbiyyata ayrılan vəsait çox zaman şəxsi vəsait kimi xərclənir, kimlərinsə istəyinə uyğun yönəldilir.

- Xarici ölkələrin yaradıcı qurumlarına vəsait əsasən müxtəlif fondlardan, iş adamlarının, şirkətlərin büdcəsindən ayrılır. Onlar necə, öz xərcləri barədə ictimaiyyətə hesabat verirlərmi? Yəni onlara ayrılan vəsaitin xərclənməsi şəffafdırmı?

- Xarici yaradıcı qurumların illik gəlirləri və xərcləri qətiyyən gizli saxlanmır, bu açıqlanır. Deyim ki, Gürcüstan, Türkiyə, hətta Rusiyanın özündə belə ədəbiyyata dövlət tərəfindən, yaxud fondlar, təşkilatlar tərəfindən Yazıçılar Birliyinə, yaxud digər yaradıcı təşkilata ayrılan vəsaitin məbləği,  onun hara xərcləndiyi açıqdır. Amma təəssüf ki, bizdə bu belə deyil, bu məsələ qapalıdır. Müasir kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu məsələni qapalı saxlamaq mənə qəribə gəlir, gülməli görünür. Yəni bunlar dövlətin ədəbiyyata ayırdığı pulu öz şəxsi vəsaitləri kimi istədikləri şəkildə sərf edirlər. Mən belə düşünürəm və bunu çoxu təsdiqləyə bilər.

İradə SARIYEVA
/Baki-xeber.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.