Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
24.02.20

Maraqlı şeir, esse, müsahibələrilə seçilib gənc yaşında ədəbi aləmdə özünü təsdiq etmiş Fərid Hüseyn AYB-nin "Natəvan" adına klubda keçiriləcək kitablarının (!) təqdimatı mərasiminə 1 həftə öncədən məni də dəvət etmişdi.

Təqdimat gününəcən, dəfələrlə onun doğma səsini, işıqlı üzünü xatırlayır, demək olar, hər gün "birdən mənə də söz versələr..." fikri ağlımdan keçdiyindən narahat olsam da, yaşımı və ayaqlarımın ağrıdığını özüm-özümə bəhanə gətirərək kitabxana, yaxud kitab mağazasına gedib onun kitablarını aramadım. Fəridin "Sevdiyim kitab" layihəsində Lev Tolstoyun məşhur "İvan İliçin ölümü" hekayəsilə bağlı mənimlə sorğu apardığını xatırladım. O hekayəni və hekayə barəsində yazılmış həm rus, həm digər xalqlardan olan söz, sənət, düşüncə adamlarının dediyi, yazdığı fikirləri yenidən araşdırdım. Sorğu zamanı Fərid bəyin həm "İvan İliçin ölümü", həm də bu qüdrətli əsərlə bağlı söylənən fikirlər haqqında... bu yaxınlardasa tanınmış şair Şəhriyar Del Geraniylə apardığı sorğuda Fəridin verdiyi suallardan onun ədəbiyyat, söz, fikir aşiqi olaraq geniş mütaliəsi, düşüncə dairəsinin genişliyi, məntiqinin gücü, vurğuladığı sənət adamının, şəxsiyyətin dərin qatlarına enə bilmə qabiliyyəti diqqətimi çəkdi.

Neçə il öncə irihəcmli sənədli bir romanı məndən sonra Fərid Hüseyn redaktə edərkən onun sözü, cümləni, mətni duyma hissiyyatını, bəzi faktları səbirlə araşdıraraq dəqiq çıxarışlar etdiyini və ciddi məsuliyyətini bir daha hiss etdim.

Təqdimata bir gün qalmış Fəridin Özbəkistan səfəriylə bağlı yazıb "Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi "Xivə dəftəri" şeirini gözdən keçirdim. Bir neçə misrada mənə orijinal, yeni görünən bənzətmə, obrazlı ifadələri kağıza köçürdüm.

Fəridin "Yalan bayramı" adlı gözəl şeirini oxuyanda dünyaca məşhur türk şairi Nazim Hikmətin ötən yüzilliyin 1949-cu ildə yazdığı "Əllərinizə və yalana dair" şeiri yadıma düşdü. Geniş mütaliəli Fəridin həmin şeirdən təsirlənib impuls aldığına şübhə etmirəm. Dünyada özündən öncəki dahi sənətçilərdən təsirlənməyən, faydalanmayan yaradıcı adamın olduğuna inanmıram. Məna və ideyaca bir-birinə oxşasa da, intonasiya, obraz və bənzətmələrin orijinallığına görə bu iki şeir bir-birindən dağ-dərəcən seçilən bədii mətnlərdi...

Səhərisi gün əlimdə əsa taytıya-taytıya, həm də tələsə-tələsə gəlib "Natəvan" klubunda dairəvi düzülmüş stulun birinə ərkyana yaxınlaşanda kiminsə "ora tutulub" dediyini eşitdim. Ondan aralıdakı yerlərə yaxınlaşanda, məndən sonra gələcək kimlər üçünsə tutulduğunu bilib, suyu süzülmüş geri qayıdaraq arxada sırayla düzülən stulların birində oturaraq dairəvi masa ətrafında əyləşənləri gözdən keçirdim: Anar, Fikrət Qoca, Çingiz Abdullayev, İsa Həbibbəyli, Rəşad Məcid, tədbirin aparıcısı olan Səlim Babullaoğlu, İrfan Çiftçi, Əjdər Ol, Azər Turan, Elnarə Akimova... Bir qədər də qısqanclıqla "Maşallah, gənc Fəridin işığına nə qədər tanınmış yaradıcı şəxsiyyət yığışıb... Otuz yaşı ola, ya olmaya... Deməli, istedadın yaşı olmur..." kimi fikirlər ağlımdan keçdi. Sağımda oturmuş, üzdən tanıyıb adını bilmədiyim fotoqrafdan pıçıltıyla: "Bəs bəy niyə gecikir?" soruşdum, o da məndən: - Hansı bəy? - deyə xəbər aldı. Adı yadımdan çıxdığından bir an duruxdum, günahkarcasına tez də sözümə davam elədim: - Tədbirin səbəbkarını deyirəm də, Fəridi! Fərid niyə gecikir?

- Fəridin təqdimatı dünəniydi. Bu tədbir... Bəxtiyar Vahabzadənin anım gününə görədi...

- Nə danışırsan?..

Bu dəfə dilxorca düşündüm ki: "Di gəl, görəndə Fərid bəyi inandır ki, tədbirinə gəlmişdim..."

Bir an sonra sevimli müəllimim, gözəl şairimiz Bəxtiyar Vahabzadənin həmişəyaşarlığını xatırladan misraları öz səsində yayılaraq içimi ışıqlandırdı. Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar bəyin o tədbirə gəlməməsi isə məni uzun müddət düşündürdü.

14 fevral, 2020

/525.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.