“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatı” dərgisinin yeni sayı işıq üzü görüb.

  Bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Baş redaktorun bildirdiyinə görə, dərginin 2019-cu il üçün 2-ci, ümumən isə 15-ci olan, 264 səhifəlik bu sayı bütövlükdə esse janrına həsr edilib: "Esse” sayında yer verilmiş, müxtəlif ölkələrdən 50-yə yaxın müəllifin əsərləri olan mətnlər son yüz ildən bəri dünyada bu janrın keçdiyi inkişaf yolunu, onun hazırkı mənzərəsini, ifadə imkanlarını və qazandığı sənətkarlıq keyfiyyətlərini geniş şəkildə əks etdirir”.

  Dərginin yeni sayında Pablo Neruda (Çili), Frans Emil Sillanpyaya (Finlandiya), Mişel Uelbek (Fransa – "Sadələşmiş hesablar”, "Ticari stellajlar düzəltməli”, "Donmuş hərəkətin poeziyası”), Bernard Şou (İngiltərə), Antonio Porpetta (İspaniya) və Mixail Şoloxovun (Rusiya) esseləri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun tərcüməsində verilib.

  Mişel Uelbekin bu sayda təqdim olunan daha iki essesi mərhum şair Adil Mirseyidin ("Sağqalma”) və dünyasını erkən dəyişmiş yazıçı Pərviz Yusifin ("Absurd - yaradıcı faktor kimi”) vaxtilə çevirdikləri mətnlərdir.

  Rolan Bart (Fransa), Migel de Unamuno (İspaniya) və Adonisin (Suriya) dərginin yeni sayındakı esselərini tanınmış ədəbiyyatşünas, professor Cavanşir Yusifli çevirib.
  Adam Kirş (Amerika), Con Bart (Amerika), Xorxe Luis Borxes (Argentina), Mo Yan (Çin), Viston Hyu Oden (İngiltərə), Zeydi Smit (İngiltərə), Enrike Vila-Matas (İspaniya), Xavier Marias (İspaniya), İtalo Kalvino (İtaliya), Simon Gikandi (Keniya), Karlos Fuentes (Meksika),  Mario Varqas Lyosa (Peru - "Ədəbiyyatsız dünya necə olardı”), Veronika Serbinskaya (Rusiya), Vladimir Nabokov (Rusiya-Amerika), Orxan Pamuk və Özdəmir İncənin (hər ikisi Türkiyədən) esseləri isə şair və ədəbiyyatşünas Qismətin tərcüməsində təqdim olunub.

  Corc Feyfer (Amerika), Tomas Bernhard (Avstriya), Anatol Frans (Fransa), İngiltərə yazıçılarından Artur Konan Doyl, Gilbert Kiyt Çesterton və Piter Smitin, italyan yazarlar Alessandro Piperno və Renzo Olivanın, Yanuş Qlovatski (Polşa), Mario Varqas Lyosa (Peru - "Katoblepas” və "Soliter haqqında pritça”), rus ədiblərindən Dmitri Merejkovski, İqor Yevdokimov, Larisa Obaniçeva, Nikolay Berdyayev və Yevgeni Zamyatinin esselərini  Seyfəddin Hüseynli tərcümə edib. Türkiyəli yazarlar Əhməd Camal, Çingiz Güləç, Nihat Ziyalan, Semih Gümüş, Sərxan Evyapan və Yusif Yaquboğlunun, eləcə də Uruqvay yazıçısı Mario Benedettinin esseləri də S.Hüseynlinin tərcüməsində verilib.
  Nəşrin üz qabığının tərtibatı tanınmış Polşa rəssamı Yatsek Yorkanın "Aşınma” əsəri əsasında qurulub.
 
  /525.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.