Şəhla Aslan - Feminizmindən qorxanlar...

21.12.19

Kişinin başının tacı hesab olunan qadın orta əsr Avropasında hüquqsuz vəziyyətdə idi. Matriarxat və patriarxat dövrlərinin bir-birini əvəz edərək, amazonkaların cəhdinin uğursuzluğunu sübut edərək tarix bu problemin həllində çox dolanbanclardan keçmişdir. İndi də “qadın heyvanla kişi arasında bir məxluqdur” inancı ilə yaşayan Qərb qondarma qadın azadlığı şüarı ilə siyasi yolla dünyanı silkələdi. Əvvəlcə femiziya, başqa sözlə, cəmiyyətin bütün sahələrində qadınların rolu və təsirinin artması, onların ənənəvi kişi ixtisaslarına, vəzifələrinə yiyələnməsi kimi humanist tələb daha sonra qadınlara da kişilərlə bərabər hüquq verilməsi kimi siyasi məna qazandı. Zaman-zaman çözülən feminizm cərəyanı barədə düzgün münasibətlərlə yanaşı təəssüf doğuran fikirlər də meydana çıxır. Bizə yabancı olan bir cərəyanın məhz Şərq qadınının hüquqsuzluğundan nəşət (törəmək – red.) etdiyini hökm etmək ədalətsizlikdir.

Əgər Şərqə İslam Şərqi kimi yanaşılarsa, “Quran”da qadına verilən qiymətə baxmalıyıq. Yox, əgər bizə türk gözü ilə baxılırsa, “Dədə Qorqud” dastanında qadın azadlığının hansı səviyyəsində olduğunu yada salsaq kifayətdir.

Füzulinin bir əsərindəki “Et vücudun əsəri xilqəti-əşya səbəbi” misrasına nəzər yetirək.  Burada şair peyğəmbərə müraciət edərək onun bədəninin əsəri olan qızı Fatimeyi-Zəhranın bütün kainatın yaranma səbəbi olduğuna işarə edir. Bax, qadına İslamda verilən qiymət budur! İndi boğazımıza keçirilən fetişləşmiş feminizm hara, qadın azadlığının belə zirvəsi hara?

Qadınlar feminizmdən istifadə edərək qadın terror təşkilatını yaradıb kimə qarşı terror edə bilərlər? Kişilərə qarşı? Bu ki absurddur! Özünü azad hiss edən heç kəs terror etməz. Azadlıq isə sərhədsiz deyildir. Allahın qulu, bəndəsi olan adam, artıq heç kəsin qulu olmaz, eləcə də kişidən asılı olduğunu, amma onun başının tacı olan qadın öz ərindən başqa heç kəsə tabe olmaz.

“Qadınlar öz bədən quruluşlarına görə milyon illərdir ki, yalnız uşaq doğmaq, onu böyütmək üçün nəzərdə tutulmuşdur” deyənlər haqlıdırlar. Amma nəsil artımına qalsa, kişi fiziologiyasının da tam fərqli özəllikləri vardır. Məgər hansısa fiziloji fərq üstünlükdürmü?

İdrak fərqinin özü belə, liderliyə əsas vermir. Əvvəla, Alber Kamyu kimi nəhəng filosof idrakı etibarsız sayır, ikincisi də kişi idrakı nə qədər inkişaf edirsə, qadın beyni bir o qədər ülvi, müqəddəs məxluq kimi yanaşır. Niyə qadınlardan, feminizmdən bu qədər qorxuruq?

Feminizm öz məcrasından çıxaraq niyə cəmiyyət üçün kabusa çevrilmişdir? Bəlkə günah qadına layiqli dəyər verməyən cəmiyyətdədir? Qadınlığı çox olan, kişi isə kişiliyi çox olan varlıqdır. Bu tezisin özü insanın Adəm övladı olduğuna bir işarədir. Əvvəlcə vahid bir varlıq olub - onda həm kişilik, həm qadınlıq əlamətləri var idi. Sonra isə cəmiyyətin inkişafı üçün ondan bir cüt fərqli varlıq yaranmışdır; qadınlığı çox olan, lakin kişilik xüsusiyyətlərindən də məhrum olmayan qadınlar və yerdə qalan, yəni kişiliyi çox, lakin qadınlıq xüsusiyyətlərini də ehtiva edən kişilər. Vəssalam, bütün dahilərin qəbul etdiyi bu həqiqəti etiraf etməkdənsə, feminizmə qarşı cəbhə açmaq qarşı tərəfi qıcıqlandıraraq o adamlara sərf edir ki, onlar bu feminizm söhbətini ortaya atıblar. Şərq fəlsəfəsini, Quranı, Füzulini öyrənmək lazımdır.

Bir filosof müsahibəsində deyir ki, qadınlara qarşı cinayətlərin bir çoxu kültürəl səbəblərlə bağlıdır. Onlarla mübarizə aparmaq gərəkdir. Bu “kültürəl” nə olan şeydir? Əgər “mədəni” deməkdirsə, paradoks yaranır. Əgər sivilizasiyanın inkişafı nəzərdə tutulursa, belə çıxır ki, mədəni səbəblərlə mübarizə aparmaq lazımdır. Çıxış yolunun belə mücərrəd ifadəsi, əslində çıxış yolunun göstərilə bilməməsi kimi yozulur. Bir də ki niyə bu cür dolaşıq fikir səsləndirilir? Şərq fəlsəfəsi o qədər anlaşıqlıdır ki, belə fikir manipulyasiyasına ehtiyac qalmır.

Fəlsəfəni bir vasitə kimi özündə etiva edən Kəlam elmi isə nə qədər dolğundursa, bir o qədər də anlaşıqlıdır. Metafizikadan tutmuş ateizmə qədər, nihilizmə qədər hər şeyi əzbərləyirik, bircə əsl, düzgün mənbə olan İslama çəpəki baxırıq. Nəticə də göz qabağındadır, - labirintdə ilişib qalırıq. Məsələn, “fəlsəfə həm də praktik sahədir” sözü ilə nə demək istəyir müəllif? Axı fəlsəfə nəzəri elmdir və “həm də”si yoxdur. Yaxud “qadının güclü olduğu ekzistensial sahələr var” cümləsi ibarəbazlıq naminə toqquşdurulmuş cümlədir və istilah yerinə düşmür. Çünki, ekzistensializm həyatın mənasızlığı, ictimai fəaliyyətin faydasızlığı, əxlaqın əsassızlığını iddia edən fəlsəfi cərəyandır. Onda qadınların yalnız boş şeylərdə kişiləri üstələdiyini iddia edən müəllif öz-özünü inkar edir, axı o, özü bəzi dahi qadınların adlarını sadalamışdı.

Şərq fəlsəfəsində kişi-qadın münasibətləri elə gözəl şərh olunur ki heç bir qondarma şeylərə ehtiyac qalmır. Tusinin “Əxlaqi-Nasiri” əsərinə müraciət etməyən filosof əlbəttə həqiqət yolunu görə bilməz. O, dönə-dönə deyir ki, Fərabi, Aristotel, Sokrat və s. kimi dahilərin fikirləri belədir və “Quran”la tam uzlaşır. Kişidə kişi xüsusiyyətlərinin, qadında isə qadın xüsusiyyətlərinin olması fəzilətdir. Tərsinə, kişidə qadın xüsusiyyətləri, qadında kişi xüsusiyyətlərinin olması isə rəzalətdir. Bunu dərindən dərk edən hansı qadın hər yerdə kişi ilə yarışa girərək, feminizm şüarını bayraq edərək rəzalətə yuvarlanar və kişilər də qadın hərəkatından lərzəyə gələrək, “amandır, qadın terror təşkilatı yarana bilər!” deyə fəryad edər? Hərə bacardığı işi görməlidir. İstisnalar isə həmişə olub, bundan sonra da olacaq.

Mariya Kurinin nüvə fizikasındakı kəşflərinə görə Nobel mükafatı alması feminizmin qələbəsi yox, qadın dühasının sübutudur.

Feminizmdən qorxmaq əvəzinə dəyərlərimizə qayıtmalıyıq, əsrlərin sınağından çıxmış kitablara müraciət etməliyik, hər biri bütün dünyaya əxlaq, elm, həqiqət öyrətməyə layiq mütəfəkkirlərimizi öyrənməliyik. Çünki onlar daha güclü mənbəyə - Allaha istinad etmişlər. Onda qadınlarımız özlərinin qadın və tam azad, kişilərdən heç də az hüquqa malik olmadıqları üçün rahatlıq, aramlıq hiss edəcəklər. Kişilər də kişi və tam azad, tam hüquqlu fərd olduqları üçün özlərini xoşbəxt sayacaqlar. Bu iki fərd bir-birinə xidmət etməkdən məmnunluq duyacaqlar. Əsası isə odur ki, qadınlarımızın nə yeni amazonka dövlətini dirçəldəcəklərindən, nə də kişilərə qarşı terror təşkilatı yaradacaqları kimi mövhumatlar heç kəsi xoflandırmayacaq.

Yenililklər
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.