Nemət Mətin - Sonuncu uçuş
07.12.19

Avanqard.net gənc yazar Nemət Mətinin "Sonuncu uçuş" hekayəsini təqdim edir.


Dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəmdir
dəm bu dəm!

                  İ.Nəsimi


 Hündür binaların arası ilə yeriyirdim. Özümü göydələnlərin əhatəsində balaca və gücsüz hiss edirdim. Elə bilirdim şəhərdə məndən başqa heç kim yoxdur. Qışqırsam, əks-səda verəcəyindən qorxurdum. Sanki hansısa bədbəxt hadisədən öncə insan ürəyində yaranan vahimə boğazıma dirənmişdi...

 Hava işıqlı olsa da soyuq idi. Günəş üşüdüyü üçün buludların arxasından çıxmışdı. Günəşin göydələnlərə göndərdiyi şüalar şüşələrdən əks olub gözlərimi qamaşdırırdı. Təsadüfə bir bax! İş yerim də göydələndə yerləşirdi. Çoxmərtəbəli binaya daxil olub işə başladım. İnsanların üzündən zəhrimar yağırdı. Səhər 7-dən dünyanın ən xoşbəxt adamını da oyadıb işə gətirsən üzündən zəhrimar yağar. İş yoldaşım ayaq üstə dayanıb. Gözləri açıqdır, amma yatıb.

 Əllərim cibimdə binanın 21-ci mərtəbəsindən şəhərə baxıram. İnsanlar qarışqalara bənzəyirlər. Harasa tələsirlər. Uzaqdan hər şey maraqlı görünür. İstəyir Zevs və digər tanrılar olsun, istərsə də Allah olsun zövqlü işlə məşğuldurlar. Uzaqdan seyr etmək. Hadisənin içində olanda çox şey gözdən yayınır. Uzaqdan isə elə deyil. Məncə, insanlar göydələnləri tanrı kimi uzaqdan seyr etmək üçün tikiblər. Çoxlu pulu olan insan ən hündür binanın ən yuxarı mərtəbəsində ofis almağa çalışır. Ki, bütün şəhər ayağının altında qalsın. Gözəl bir xanım restoranın 29-cu mərtəbədə yerləşməsini instagramda paylaşdığı şəkilin başlığında xüsusi qeyd edir. Özünü elit ailədən olduğunu sübut etmək üçün qurulmuş bir oyunun qurbanı. Kasıb isə yerin altında yaşayar. Metro da yerin altındadır...

 Özümə kofe süzüb qurtum-qurtum içirəm. Ofisimizdəki klaviaturaların səsi başıma düşür. İnsanlar içi mən qarışıq ömürlərinin 3-də 2 hissəsini işdə keçirirlər. İnsan işləmək üçünmü yaranıb? Bəs, özünü tapmaq? Özünü axtarmaq iş sayılmırmı? Bədbəxt insanlar! Bədbəxt mən!

Uzaq-uzaq xəyallarda itib batmışam. Qəflətən göydələnin ikiqat şüşəsinə nə isə dəyib aşağı diyirləndi. Hürküb arxaya çəkildim. Maraq hissi mənə qalib gəldiyi üçün liftə sarı tələsdim. Birinci mərtəbənin önünə çatar-çatmaz otluqda quş gördüm. Boynu sınmışdı. Dimdiyi aralı qalmışdı. Qan izləri görünürdü. Anidən kövrəldim. Ürəyimdə danışmağa başladım:

-Sən də mənim kimi bədbəxtsən, ay quş! Göydələndə görünən mənzərəni təbiət bilib şüşəyə çırpılan, bədbəxt! Gör indi dünyada nə qədər quş göydələnlərin ucbatından ölüb. Yox, göydələn cansızdır. Günahkar, qatil, cani insanlardır! Özünü dünyanın ağası sayan insanlar. Mağaradan göydələnə kimi tikə-tikə gələn, amma yerini tapmayan məxluqlar. Yerin nüvəsindən kosmosa qədər kəşf edən həşaratlar! Bütün planetlərdəki yaşayış planlarınız başınıza dəysin! Bir quş sizin ucbatınızdan öldü... Bir damla gözyaşı yanağıma çatanda yüngül qaşıntı verdi. Baş barmağın üst hissəsi ilə sildim...

***

- Xoş gəlmisiniz, Aydın bəy!
- Xoş gördük!
- Necəsiniz?
- Necə olmağım sizdən asılıdır.
- İcazənizlə "sən"lə danışaq.
- Buyurun.
- Hansı hadisədən sonra intihara cəhd etməyə başlamısan?
- Quşların ölümündən sonra.
- Dünyada milyonlarla canlı ölür. Hətta qızdırmanı salmaq üçün milyonlarla bakteriya öldürülür.
- O quşun günahı yox idi. İnsanların tələsinə düşmüşdü. Göydələn gözəgəlimli görünsün deyə üst şüşəsini ayna kimi düzəldirlər və quşlar bunu anlamadıqlarına görə iri şüşələrə çırpılıb ölürlər. Meqapolis qurbanları...
- Hamımız günahkarıq. İdeal heç nə və heç kim yoxdur.
- Təsəllidir dediklərin... Mən həmin quşdan daha çox günahkar idim. Bu hadisəyə kimi yalnız özümü düşünüb yaşamışam. Quş yaşamağa layiq idi. O, bəlkə də balalarına yem axtarmağa çıxmışdı.

 Bıçağı götürərək psixiatr xanımın üstünə qaçdım. İki bıçaq zərbəsindən sonra, sanki yaddaşım keyləşdi. Ardını saya bilmədim. Yorulub dayandım. Bıçaqdan damcılayan qana baxıb güldüm. Dəli bir gülüşlə kədərimi boğmağa çalışdım. Alınmadı. Bütün mənasız həyatım gözümün qarşısından film lenti kimi gəlib keçdi. Növbəti bıçaq zərbəsi qarnıma istilik gətirdi. Yavaş-yavaş gözlərim yumulur...

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.