Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim və diplomat Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" mövzusunda elmi seminar keçirilib.

Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Əhməd bəy Ağaoğlunun çoxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edərək, onun Azərbaycanın ictimai fikir tarixində özünəməxsus yer tutduğunu qeyd edib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova dövlət başçısının göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.

Sonra institutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri”, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov “Əhməd bəy Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Əhməd bəy Ağaoğlunun əsərlərində İran məsələsi” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurə ilə yoğurulmuş böyük mücadilə adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və dövlət adamı olduğu vurğulanıb. Məruzələrdə onun Atatürklə yaxın münasibəti, Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri olması, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsindən bəhs olunub. Ədibin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı özünəməxsus rolu, əsrin əvvəlində Azərbaycan türklərini soyqırımına məruz qoyan erməni daşnaklara qarşı yaratdığı “Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.