Səxavət Sahil - Yazıçıya çevrilmək

20.11.19

Bu gün dünyada kitab çap etdirib, həmçinin jurnalda, qəzetdə, saytda yazı dərc etdirib tanınmış müəllifə çevrilmək olduqca asandır. İndi bunun üçün heç bir maneə, problem yoxdur. Əksinə müxtəlif kommersiya qurumları, nəşriyyatlar var ki, müəllif olmağa yardımçı olurlar, həvəsləndirici təkliflər verirlər.

  Belə olan halda hər bir müəllifi yazıçı hesab etmək olarmı? Burda bir neçə məqam var: Birincisi odur ki, ədəbiyyatdan kənar olan sahələrdə də araşdırmaçılar, tədqiqatçılar müxtəlif elm və peşə ilə məşğul olan şəxslər öz əsərlərini yaza bilər. Bu cür müəlliflər yazıçı hesab olunmasalar da, onların eləsi var ki, əsərləri bestseller olur, kitablarının tirajı milyonu keçir. Bu kitabların çox satılmasının əsas səbəblərindən biri də, kitabın dilinin bədii olmasıdır. Adətən sahəvi kitablar terminlərlə və oxucuya o qədər də tanış olmaya sözlərlə yükləndiyindən bu cür kitabların oxucu sevgisi qazanmağı müşkülə çevrilir. Lakin müəllif bədii dildən, axıcı üslubdan yararlanmaqla oxucunun diqqətini daha çox cəlb edə bilir.

  İkincisi nüans populyar şəxslərin, tanınmış adamların müəllifliyidir, loru dildə desək, belə şəxslərin kitab yazmasıdır. Məsələn, dünya şöhrətli futbolçu Pele kitab yazıb və tez bir zamanda kütləvi tirajla satılıb. Yaxud, Barak Obamanın bestsellerə çevrilən kitabından danışmaq olar. Belə hallarda müəllifin adı kitabın satışında mühüm rol oynayır. Tarixə nəzər salanda dövlət xadimlərinin, siyasətçilərin memuarlar yazdığını görmək olar. Bu gün də o cür memuarlar oxucuların ən çox müraciət etdiyi kitablar sırasındadır.

  Bu yazıda məqsədim müəllifləri yazardan ayırmaq, saf-çürük etmək deyil. Sadəcə məni düşündürən məsələyə diqqət çəkmək istəyirəm. Müəlliflik, məncə, hər şeydən əvvəl ardıcılıq deməkdir.  

  Mütaliə də oxucularda yazmaq vərdişi yarada bilir. Məntiqlə düşünsək, min roman oxuyan şəxsin bir roman yazması mümkündür. Yüzlərlə şeir oxuyan, əzbərləyən şəxsin də bir şeir yazması təbiidir. Oxucunun müəllifə çevrilməsi başqa bir yazının mövzusu olduğundan əlavə nəsə yazmaq istəmirəm.

  Sön dövrlər meydana çıxan sosial şəbəkələr də oxucu ilə müəllif arasında olan sərhədi demək olar ki götürüb. İndi sosial şəbəkə istifadəçisi olan iddialılar bəzən anlıqla müəllifə çevrilə bilir. İstənilən məsləyə münasibət bildirməklə müəllif, istənilən mövzuda bədii nəsə yazmaqla yazar olmaq da mümkündür. Düzdü, bəzən sosial şəbəkə ədəbiyyatını həvəskar, qeyri-ciddi adlandıranlar var. Qərbdə isə sosial şəbəkə ədəbiyyatı artıq təşəkkül tapıb. Məsələn, Kanadalı şairə Rupi Kaurun "Süd və bal” adlı şeir toplusu düz 103 həftə "The New York Times”ın bestseller siyahısında yer alıb. Onun İnstagramda 3,7 milyon izləyicisi var. O qədər izləyicini qeyri-ciddi hesab eləmək də düzgün deyil.

  Müəlliflik məsələsində daha çox mübahisə yaradan nüanslardan biri də digər sənət və peşə sahiblərinin yazıçılıqla məşğul olmasıdır. Burda söhbət bədii yaradıcılıqdan gedir. Bədii əsər yazmaq heç kimə qadağan oluna bilməz. Lakin yazıçı olmaq da "kitab yazmaq” qədər asan deyil axı. Hesab edirəm ki, bu cür şəxslərdə müəllifliyə meyllənmə populyarlıq və tarixə düşmək iddiasıdır. Əgər belədirsə, onları "yazar” adlandırmaq nə dərəcədə düzgündür? Bu sualın cavabı "hə” və ya "yox”dan ibarət olsa da, cavab vermək bəzən asan olmur. Hər müəllif yazıçı deyil axı. Digər tərəfdən ortada yaradıcılıq məhsulu var. Sonrakı proses isə həmin məhsulun nə dərəcədə kefiyyətli olub-olmaması ilə bağlıdır. Bəzən keyfiyyət önəm daşımır, reklam və tanıtım öz işini görür.

  Yazıçılığı ikinci peşə hesab edənlər adətən, bir-iki kitabdan o yana gedə bilmirlər. Bəzən bir kitabla da kimsə yazıçıya çevrilə bilir, onun əsas peşəsi unudulur və nəticədə tarixdə yazıçı kimi qalır.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.