"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında "Nesimi. İrak divanı" kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, əsər "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türkiyədə çap olunub.

Təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev və digər qonaqlar iştirak ediblər.
Akademik Nizami Cəfərov tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Nəsiminin yubileyini keçirməsəydi, Nəsimi istər Azərbaycanda, istərsə də dünyada bu qədər tanınmazdı: "Bu baxımdan Prezident İlham Əliyevin “Nəsimi ili”nin keçirilməsi ilə bağlı imzaladığı sərəncam da olduqca əhəmiyyətlidir. Mən akademik Qəzənfər Paşayevin tərtib etdiyi  "Nesimi. İrak divanı"nın Türkiyədə nəşrini də yüksək qiymətləndirirəm. Bu kitab ərəb mühitində Nəsimi dilinin, Nəsimi yaradıcılığının necə qorunub saxlanılması haqqında əhəmiyyətli mənbədir. Buna görə Qəzənfər Paşayevə minnətdarlığımı bildirirəm".

Mədəniyyət naziri Əbülfəs Qarayev “Nəsimi ili” çərçivəsində ilin əvvəlindən müxtəlif tədbirlərin keçirildiyini qeyd edib: "Bizim musiqiçilər, rəssamlar Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək nə qədər yeni əsərlər yaradıblar. Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Bəzən biz ədəbiyyatşünaslığın əhəmiyyətini layiqincə qiymətləndirmirik. Bu, olduqca vacib istiqamətdir. Sözsüz ki, bu araşdırmalar Azərbaycan xalqının kimliyini nümayiş etdirmək üçün çox vacib yoldur. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər davam edəcək".
Akademik İsa Həbibbəyli isə qeyd edib ki, AMEA-da bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami adına Ədəbiyyat İnstitutunda isə 11 kitabın çapı nəzərdə tutub, bunlardan 7-si artıq çap olunub. Belə nəşrlərdən biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin İraq divanıdır. Bu kitab həm Azərbaycanda, həm də dünyada Nəsimişünaslıq elminə böyük töhfədir.

Daha sonra kitabın tərtibatçısı, akademik Qəzənfər Paşayev çıxış edərək Nəsiminin uzun müddət kafirlikdə suçlandırılaraq yaradıcılığının kənarda qaldığını bildirib: "Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin divanından parçalar, 1926-cı ildə Azərbaycanda Salman Mümtazın araşdırması çıxdı. 1973-cü ildə isə Heydər Əliyevin Nəsiminin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam sayəsində Nəsimi bütün Azərbaycanda tanındı. Onun dünyada əlliyə qədər əlyazması var. Ancaq Nəsiminin İraq divanı nüsxəsində 63 şeirini üzə çıxartdım. Bu kitabın Türkiyədə yenidən çapını isə Nəsimi irsinin tanıdılmasında böyük addım hesab edirəm".

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.