Vüqar Əhməd - Aktyorun dəfni
18.09.19

Hekayə

Dostum Azərlə şəhərə gəzməyə çıxmağa hazırlaşırdıq. Evdəkilərdən kimsə məşhur bir aktyorun vəfat etdiyini xəbər verdi. Yerimdə donub qaldım. Ən çox sevdiyim nəhəng bir aktyor rəhmətə getmişdi. Özü də vaxtsız. Qərara aldıq ki, dəfn mərasiminə yollanaq,gəzintini təxirə salaq, gedək aktyorla vidalaşaq. Teatrın binasına girmək mümkün belə deyildi. Binanın ətrafındakı məh-lələrdə başı qara kəlağayılı qadınlar için-için ağlayırdılar.

Tamaşa zalında yer yox idi. Ikinci mərtəbədə də, amfiteatr deyilən yerdə də eyni vəziyyət yaranmışdı. Üçüncü mərtəbənin amfiteatrında əyləşdik. Matəm mitinqi təzəcə başlamışdı. Mərhumun sənət dostları, görkəmli ədəbiyyat və incəsənət xadimləri aktyor haqqında xatirələr, sənətkarlıq xüsusiyyətlərindən pərişan-pərişan danışırdılar. Sənət dostlarından biri ürəyi yana-yana söylədi ki; rəhmətlik deyərdi ki, adam öləndə gərək elə olsun ki, üstündə anası ağlasın, bacısı saç yolsun. Amma onun həyat yoldaşı, iki övladdan başqa heç kimi yoxdur.

Bu dəm mən bərk kövrəldim, hönkür- hönkür ağlamağa başladım.Ətrafı- mızdakı çönüb mənə təəccüblə baxmağa başladılar. Fizionomiya cəhətdən mər- huma oxşadığımdan deyesən bizi qohum bilmişdilər. Bir qədər utandım. Fikirləşdim yəqin məni qınayırlar ki, “kişi ağlamaz” axı. Amma mərhumun sənət dostları da ağlayırdı. Cib dəsmalımla üzümü tutdum. Qarşımda oturan bir kişi nəsə məni tərs-tərs süzürdü. Güya nəsə bir cinayət eləmişəm. Fikirləşdim ki, yəqin bu adam buranı toy bilib gəlib. Azərin başı sinəmə düşdü. Azər uşaqlıqda atasını itirmişdi.bir balaca keyflənən kimi kövrəlirdi, atasının xatirələrini yad edirdi. İndi də...düşündüm ki, yəqin atası yadına düşüb. Daha da kövrəldim. Məndən nəriltiyə bənzər hönkürtü çıxdı. Yenə də “tamaşaçılar” mənə tərəf döndü... Azərin başı sinəmdə fırlanmağa, mənim çiynimə zərbələr vurmağa başladı. Başımı aşağı salıb Azərə baxanda gördüm ki, o boğula-boğula gülür. İlahi, bu nəyə gülür və məni gic gülmək tutdu. Qəhqəhə ilə gülməsəydim ürəyim patrtlayacaqdı. Gülüşümü boğduğum üçün əcaib-qəraib səslər çıxarırdım. Bir azdan Azərdən də eybəcər səslər çıxmağa başladı. Deyəsən boğazımdan qan gəlirdi. Sifətimdəki əzələlər möhkəm ağrıyırdı. Əlacsız bir vəziyyətdə qalmışdım; gülsəydim, həyatım boyu bu hərəkəti özümə bağışlaya bilməzdim, həm də bir rəssam kimi məni beş-altı adam tanıyırdı. Bu biabrçılıqdan sonra ya başqa ölkəyə müraciət etməliydim, ya da psixi xəstəxanaya düşməliydim. Çünki bir balaca tərpənsəydim, qıqqıldayacaqdım. Azər də rahat buraxmırdı. Pıqqıldayırdı...

İndi də yan-yörədəkilər acıqla məni süzürdülər ki,niyə belə əcaib səslər çıxarıram... Axır özümdə güc tapıb foyeyə çıxdım. Gördüm bir boş otaq var. Tez oraya keçib o ki, var güldüm, özüm də bilmirəm niyə sakitləşdim.

Biabır olmamaq üçün cəld buradan uzaqlaşmaq istəyirdim.Amma Azəri gözləməliydim. O isə gəlib çıxmaq bilmirdi. Bir on dəqiqəyə qədər vaxt keçdi. Səbrim tükəndi, onsuzda gözləməyə hövsələm yox idi. Getdim ki, işarə ilə Azəri səsləmək istəyəndə onu yarıoturaq vəziyyətdə gördüm. Məni görcək Azərdən bərk gülüş qopdu. Özümü itirib qaçmağa başladım, bir də gördüm Azər yanımdadır. Boş otağa o ki var güldük. Sakitləşəndən sonra Azərdən soruşdum:

-Nəyə gülürsən, dəli olmusan? Biabır olduq.
-Heç nəyə. Sən, demə ağlayırmışsan. Mən də elə bildim gülürsən, məni də gülmək tutdu-deyə Azər cavab verdi.
-Yasda gülərlər? Sən axı niyə elə bilməlisən ki, mən gülürəm. Heç hüzr yerində də gülərlər? Özü də bu hərəkəti heç vaxt özümə bağışlaya bilmərəm. Böyük bir sənətkarın dəfnində...

Azərlə baxışdıq. Yenidən gic gülmək bizi tutdu. Üçüncü mərtəbədən üzüaşağı düşməyə başladıq. Pilləkənlərdə bir qadınla iki qızın qalxdığını gördük. Ikimiz də birtəhər susduq. Bu susmaq həm xəcalət, həm də qorxudan idi. Gördüm dayana bilmirəm, dəsmalı üzümə apardım ki, güya ağlayıram və qırıq-qırıq səslər çıxarmağa başladım. Bu vaxt qadınların üçü də gülməyə başladılar. Bizi yenə də gülmək tutdu və sürətlə qaçmağa başladıq. Tetrın aşağı foyesində respublikamızın görkəmli şəxsiyyətləri dayanmışdı. Bir əsalı şairlə Azər toqquşdu. Allah üzümüzə baxdı, şair yıxılmadı.

Fizuli meydanı ilə qaçırdıq. Məktəb yoldaşlarımızdan birinə rast gəldik. Qolumuzdan tutb bizi saxladı:

-Nə qaçırsız? Salam niyə vermirsiz? Nə baş verib? Fasiləsiz suallar yağ- dırdı. Cavab verə bilmirdik. Nəhayət mən dilləndim:
-Heç işimiz var.
Azad dedi:-Düzünü deyin, nə qədər vurmusunuz?

O bu sözü deyəndə ikimizində gülüşü kəsildi, sifətimiz ciddi görkəm aldı. Sanki ayıldıq. Azadla sağollaşıb aram-aram addımlamağa başladıq. Böyük bir günah işlətmişdik. Allah şeytana lənət eləsin. Hər şeyi ürəyinə salan, dərd eləyən bir adam kimi bu məni sakit buraxmayacaqdı. Ancaq həyatdı, neyləmək olar, keçənə güzəşt deyərlər. Allah özü günahımızdan keçsin..

1991-ci il Bakı

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.