“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax İnstitutun Elmi Şurasının 04 iyul 2019-cu il tarixli, 6 saylı qərarı ilə çap olunub.

Kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylidir. Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademiyada ədəbiyyatdan akademizmə” adlı yazısı ilə açılır. Üçüncü kitabın redaktoru və giriş məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.

Üç hissəli, 416 səhifədən ibarət olan ədəbi almanax “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda Ədəbiyyat İnstitutunda çalışan əməkdaşların bədii əsərləri yer alıb. Poeziya bölməsində İsa Həbibbəyli, Məmməd Arif Dadaşzadə, Qasım Qasımzadə, Atif Zeynallı, Arif Abdullazadə, Vüqar Əhməd, Mərziyyə Nəcəfova, Fəridə Hicran, Xədicə İsgəndərli, Zəki Bayram (Yurdçu), Nizami Tağısoy, Qürbət Mirzəzadə, Qəndab Əliyeva, Gülbəniz Babayeva, Lütviyyə Əsgərzadə, Leyli Əliyeva, Əflatun Baxşəliyev, İlham Məmmədli, Lətifə Mirzəyeva, Təranə Məhəmmədqızı, İradə Yusifova, Rasim Qurbanov, Bahar Bərdəli, Gülnar Səma, Nizami Vəliyev, Aynur Xəlilova, Ruhəngiz Əliyeva kimi əməkdaşların şeirləri nəşr edilib.

Nəsr hissəsində Qəzənfər Paşayev, Məmməd Əliyev, Mənzər Niyarlı, Esmira Fuad, Baba Babayev, Elçin Mehrəliyev, Fidan Abdurahmanova, Dilarə Adilgil, Zəhra Allahverdiyeva, Əsmər Hüseynova, Solmaz Həyatova, Salidə Şərifova və s. kimi tədqiqatçıların hekayələri verilib. Kitabın tərcümə bölməsində Ülkər Hüseynovanın, Xuraman Hümmətovanın, Xanım Zairovanın, Leyli Əliyevanın, Cavidə Məmmədovanın, Pərvanə Məmmədlinin, Cavanşir Yusiflinin, Aytən Rüstəmzadənin, Mərcan Sofiyevanın, Təhminə Bədəlovanın və s.  müxtəlif dillərdən tərcümə etdikləri əsərlər çap olunub.

Ümumilikdə kitabda yaşından və elmi fəaliyyət səviyyəsindən asılı olmayaraq Azərbaycan ədəbi, elmi, nəzəri-estetik fikrində özünəməxsus yeri və mövqeyi olan müəlliflərin şeirləri, nəsr əsərləri, müxtəlif dillərdən tərcümələri toplanıb.
   
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.