“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib

16.07.19

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılğı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park)  “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib. Konfrans çərçivəsində Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil edilən sərgi və YT Parkının istehsal prosesi ilə tanışlıq olub. Sərgidə həmçinin akademiya əməkdaşlarının bədii əsərlərindən ibarət kitablar nümayiş olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı sərgiyə baxıblar.

Konfransdan əvvəl Yüksək Texnologiyalar Parkı ilə yaxından tanışlıq olub. YT Parkının direktoru Nazim Şükürov tədbir iştirakçılarını görülən işlərlə hərtərəfli tanış edərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

İştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatlar (PUA) ilə tanış olublar. YT Parkında həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Konfransı giriş sözü ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Nazim Şükürov açaraq VI Fizika və lirika konfransının Yüksək Texnologiyalar Parkında keçirilməsindən məmnun olduğunu deyib və konfransın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fizika-lirika münasibətlərinin tarixi haqqında məlumat verib. İlk dəfə 1959-cu ildə “Komsomolskaya pravda” qəzetində çap olunan yazı ilə gündəmə gələn mövzunun tarixindən danışıb. Akademik həmin dövrdə fiziklərə ədəbiyyatçıların verdiyi cavabı xatırladıb ki, ədəbiyyat da insan qəlbinin mühəndisidir. 1974-cü ildə problemə yenidən qayıdılmasından, Nobel mükafatlı fiziklərin fizika və lirikanın qarşılıqlı əlaqəsinə münasibət bildirmələrindən söz açıb. Müasir dövr haqqında təsəvvür formalaşdıran akademik bildirib ki, postsovet məkanında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Fizika İnstitutu bu işi elmi tədqiqat səviyyəsinə qaldırmaq təşəbbüsü ilə çıxış ediblər. 2014-cü ildə “Elm festivalı”ndan etibarən keçirilən Fizika-lirika konfranslarının ictimaiyyətdə əks-səda doğurduğunu qeyd edib. Akademik bildirib ki, artıq xarici ölkələrin də bu konfransa marağı yaranıb, onlarla qaşılıqlı əməkdaşlıq edilir. Ötən il Dubnada təşkil edilən konfransın nəticələri barədə fikirlərini bölüşüb. Fikrini ümumiləşdirən akademik qeyd edib ki, “Rəmzi mənada lirika incəsənət sahələrinin hamısıdır, fizika isə dəqiq və təbiət elmlərinin hamısının yerində işlədilir”. Həmçinin bu gün akademiyada çalışan əməkdaşlardan Azərbaycan Yazıçılar Birliyinin üzvləri olduğunu da vurğulayıb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Elmlər Akademiyasının belə bir təşəbbüsü gerçəkləşdirməsini təqdirəlayiq hal kimi yüksək qiymətləndirib. Xalq yazıçısı məsələyə münasibət bildirərək qeyd edib ki, elə bilməsinlər ədəbiyyat fizika və ya kimyadan daha asandır. Ədəbiyyat fizika, kimya, astronomiya qədər çox ciddi bir elmdir. AYB sədri həmçinin Məmməd Arif və Məmməd Cəfər kimi alimlərin ikinci dərəcəli şair olmaqdansa birinci dərəcəli alim olmağa üstünlük vermələrini də alqışlayıb.

Ardınca AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, fiziklərin belə tədbirlərə qatılması elmlərin bir-birinə inteqrasiyasının müasir təzahürünə nümunədir. Akademik Nizami Gəncəvinin, Rəsul Rzanın şeirlərində elmi bilgilər haqqında fikirlərini bölüşüb.

Həmçinin Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı “Riyaziyyat və lirika” və Beynəlxalq Nüvə Tədqiqatları İnstitutu, Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç “Fizika və lirika canlı muzeyi: Dubna” adlı məruzələrlə çıxış ediblər.

Eyni zamanda Ədəbiyyat İnstitutunun əməkdaşlarından professorlar Məmməd Əliyev “Dədə Qorqud” dastanında intellektual şeir”, Tahirə Məmməd “Ədəbiyyatda texnologiyanın bədii-estetik ifadəsi” və filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Xalq şairi Rəsul Rzanın intellektual poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransın sonunda akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna məxsus kitabları Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürova təqdim edib. Yekunda Mərziyyə Səlahəddinin sözlərinə yazılmış mahnı ifa olunub. AzTV-nin solisti Bəsti Qasımovanın ifa etdiyi mahnını gitarada Nihat Rzayev müşayiət edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.