“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
13.06.19

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda amerikan yazıçısı Ernest Heminqueyə həsr olunmuş “Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Ernest Heminqueyin yaradıcılığı haqqında hərtərəfli şəkildə bəhs edərək onun əsərlərinin dünya ədəbi xəzinəsində öz yeri olduğunu qeyd edib. Akademik XX əsr dünya nəsrinin görkəmli yaradıcılarından biri olan Ernest Heminqueyin “Qoca və dəniz” əsərini II Dünya müharibəsindən sonra bəşəriyyəti sülhə çağıran ən yaxşı əsərlərdən biri kimi nümunə göstərib. O, Heminqueyin Azərbaycanda da çox sevildiyini, əsərlərinin tərcümə olunaraq dəfələrlə çap olunduğunu diqqətə çatdırıb. Həmçinin vurğulayıb ki, onun Naxçıvan Dövlət Universitetinin rektoru olduğu vaxtlardaErnest Heminqueyin həyat və yaradıcılığına aid dissertasiya müdafiə olunb, görkəmli yazıçıya həsr edilmiş konfrans keçirilib.

Daha sonra ABŞ Səfirliyinin Mətbuat şöbəsinin müdiri Natan Cons çıxış edərək Amerika yazıçısının həyat və yaradıcılığından danışıb. O, Ədəbiyyat İnstitutuna təşkilatçılığa görə minnətdarlığını bildirib.

Sessiyada Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyli “Ernest Heminqueyin əsərləri Avropa dillərində”, Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyeva “Ernest Heminqueyin əsərlərinin strukturu və Amerikan taleyi”, filologiya elmləri doktoru, dosent Səkinəxanım Vəliyeva “Azərbaycan filoloji və ədəbi mühitində Ernest Heminquey yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirə Naxçıvan Dövlət Universiteti də video-konfrans vasitəsilə qatılıb. NDU-da fəaliyyət göstərən Ernest Heminquey Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovanın “Ernest Heminquey Mərkəzinin fəaliyyəti” adlı məruzəsini video-konfrans vasitəsilə sessiya iştikakçıları da dinləyib.

Tədbirdə nasir, publisist, Hemenqueyin əsərlərini dilimizə tərcümə edən Nəriman Əbdülrəhmanlı çıxış edərək yazıçı ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti də təmsil olunub.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.