"Çöl Qala" Stokholmda təqdim olundu
09.05.19

Ötən şənbə İsveçin paytaxtı Stokholmda azərbaycanlı yazar Vahid Qazinin "Çöl Qala" povestinin təqdimat və imza mərasimi keçirilib.

"Çöl Qala" İsveçdə "Kirayənişinlər" ("Hyresgester") adı ilə işıq üzü görüb. "Diktonius Text" nəşriyyatında çapdan çıxan kitabı İsveç dilinə Umea Universitetinin dosenti Səadat Kərimi çevirib.

Təqdimat mərasimi İsveç Azərbaycan Federasiyasının təşkilatçılığı və Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin (SAMM) informasiya dəstəyi ilə Sollentuna kitabxanasında keçirilib. Mərasimdə İsveçin müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər iştirak ediblər.

Tədbirdə Vahid Qazi əsərin yazılma səbəblərindən, Səadət Kərimi İsveç dilinə tərcümənin özəlliklərindən danışıblar.

Filoloq, sosioloq Arif Rəhimoğlu əsəri sosial-psixoloji aspektdən təhlil edib.

İsveç ədəbi mühitində ekspert kimi tanınan Əlirza Ərdəbili Vahid Qazinin yaradıcılığından, onun İsveç Yazıçılar Birliyinə ilk azərbaycanlı yazar kimi üzvlüyə qəbulundan söz açıb.

Mərasimdə həmçinin, İsveçdə yaşayan ziyalılar çıxış ediblər, oxucular əsər haqda rəylərini bölüşüblər.

İsveç teatrının aktrisası Kate Kristina Roxenhall müəlliflə birgə kitabdan parçalar səsləndirib. İsveç televiziyasının "Talant" müsabiqəsinin qalibi İbrahim Nəsrullayev Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa edib.

"Çöl Qala" kitab şəklində ilk dəfə 2016-cı ildə Bakıda nəşr olunub. Epistolyar janrda qələmə alınmış povestdə əslən Şuşanın Çölqala məhəlləsindən olan Rəssamın virtual aləmdə bir qadınla yazışmalarından, insanın real həyatdan tədricən virtual dünyaya keçid prosesindən bəhs olunur.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.