Nemət Mətin - Kiməsə danışsan öləcəksən
18.03.19

Rasim dünyanın ən bədbəxt insanı idi. Məktəb vaxtı iri, vəhşi bir it ayağını dişləyərək bir hissəni qopartmış, baldır sümüyünü zədələmişdi. Ona görə də Rasim illər keçsə də axsayırdı. Universitetdə oxuyanda tələbə yoldaşları ilə meşəyə gəzməyə gedəndə ayı arxasınca düşmüşdü. Həmin o baldır sümüyünü bir az da zədələmişdi. Əsgərlikdən qayıdanda dostunun toyunda iştirak etmək üçün rayonların birinə getmişdi. Çünki toy kənddə olacaqdı. Toyda oynayanda bilmədən yanındakı xanımın əlinə toxunan dostunu söhbətə çağırırlar. Mübahisə qızışır. Rasim araya girməli olur. Elə bu səbəbdən ilk yumruq Rasimə dəyir. Onu təkləyirlər. Qaçmaq istəyəndə yıxılaraq əlini zədələyir. Şüşə parçası baş barmağını yarır. İllər ötüb keçsə də həmin barmağı qatdalanmırdı. Azca toxunuş olsa belə, Rasimi sanki tok vururdu. Başına gəlməyən iş qalmadı. Evlənəndən üç il sonra boşandı. Dörd cür ağır xəstəliyə tutuldu. İşə qəbul olandan başına qəribə hadisələr gəldi. Bir gün işdə adam öldürdülər, başqa bir gün isə yanğın oldu. Hələ üstəlik maşın da partlamışdı.
 İllər keçdi. Rasim bədbəxtlikdən çıxış yolu axtarmağa qərar verdi. Hər kəslə məsləhətləşdi. Falçı, baxıcı, həkim qalmadı. Hamısının yanına gedib çarə axtardı. Kömək edən tapılmadı. Çöpçüyə getdi boğuldu, həcc ziyarətində şeytana daş atmaq əvəzinə bir nəfər Rasimin başını yardı.
 Nəhayət günlərin bir günü yaxın dostu onu görməyə gəldi. Rasim ona da dərdini danışdı. Uşaqlıq dostu ona bir qoca kişinin nömrəsini verdi. Dedi ki, zəng elə qızı götürəcək. Gün təyin edib yanına get. O sənə kömək edər. Rasim ümidsiz də olsa razılaşdı. Üç gün sonra qoca kişinin kasıb daxmasına ayaq basan Rasim vahiməyə düşmüşdü. Qoca kişinin qulaqları eşitmirdi. Rasimə telefonda yolu izah edən xanım dedi:
-O eşitmir. Dərdinizi vərəqə yazıb ona təqdim edin.
Qoca kişi ilə yazılı söhbət etdi. Rasim vərəqdə yazılanları evdə təkrar-təkrar oxudu. Vərəqdə son cümlələr belə idi:
-Kağızı yandır və heç kimə danışma. Danışsan öləcəksən.
 Rasim qorxudan kağızı yandırdı. Səhər açılan kimi artıq fərqi hiss edirdi. Sanki həyatı sıfırlanmışdı. Yenidən yaşamağa başlamaq lazımdır. Bir həftə, on gün keçdi. Bədbəxtçilikdən əsər-əlamət yox idi. Əksinə xoşbəxt günlər qonaq gəlmişdi. Nə edirdisə, alınırdı. Bıcaq barmağını kəsmirdi, günəş üzünü yandırmırdı. Hətta futbola hesab da atıb bir dəfə qazanmışdı. Yenidən evləndi. CV göndərdiyi şirkət onu yaxşı maaşla işə götürdü. Ev aldı, maşın aldı, sağlam uşağı oldu. Hamı üzünə gülür, onu sevirdi. Necə deyərlər addım atdığı yerdə gül bitirdi. Nəhayət bir gün Rasim hər şeydən bezdi. Özünü əvvəlkindən daha bədbəxt hiss etməyə başladı. Hamı üzünə güldüyü üçün özünü dəli sanırdı. Günlərlə içdi, içdi, içdi. Narkotikə qurşandı. Heç nə kömək olmurdu.
 Gözəl bir payız axşamı Rasimi evində asılı vəziyyətdə tapdılar. Vərəqdə yazılanları mənə də deməmişdi. Ancaq hərdən inanıram ki, qoca kişi həqiqəti demişdi.
  "Kiməsə danışsan öləcəksən."

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.