İmarət Cəlilqızı - Mən, atam, balta, yer, göy və başqaları
11.03.19

  Lap uşaqlıqdan ev işlərindən çox həyət-baca işləri ilə məşğul olmağı xoşlayırdım. Xüsusilə atamla birlikdə işləməyi sevirdim . Tərəvəz əkəndə, meyvə yığanda, tənəkləri, ağacları budayanda onun yanında olurdum, bacardığım köməyi edirdim. Yazbaşı atam yer belləyəndə mən də ona qoşulurdum. Bəzən səhər lap tezdən qalxır, atam yuxudan qalxanacan onun təzə belləməyə başladığı sahəni belləyib yarılayırdım – bununla atama sürpriz etdiyimi düşünüb məmnun olurdum. Doğrudur, atam bu işgüzarlıqdan xoşhal olsa da, eyni zamanda məni məzəmmət edirdi ki, ağır işlə özümü çox yormayım. Amma onun mənimçün ağır saydığı bu iş mənə böyük zövq verirdi.

   Payızda odun tədarükü başlananda hətta odun da yarırdım. Düzdür, düyünlü, çətin yarılan kötüklərə yaxın durmurdum, asan yarılan hamarlarını seçirdim. Yaş və hamar kötükləri yarmaq, yarılan kötüyün şaqqıltısı, kənara sıçrayan talaşalar – bütün bunlar mənə ləzzət edirdi (bu an Adriano Çelentanonun filmdəki odun yarma səhnəsi düşdü yadıma). Atam məni odun yarmağa qoymurdu, nə vaxt görsə ki əlimdə balta odun yarıram, məni danlayır, baltanı əlimdən alıb anbara aparırdı. Amma o, işə gedən kimi mən götürüb yenə bir-iki kötük yarırdım.

   Bir dəfə yenə sözə baxmayıb odun yardığımı görən atam baltanı götürdü və anbarın harasındasa gizlətdi. Səhəri gün atam evdə olmayanda mən anbara girib baltanı axtarmağa başladım. Daha atamın sözündən çıxmayacaqdım - odun yarmayacaqdım, amma sadəcə bilmək istəyirdim görüm, baltanı tapa bilərəm, yoxsa yox ( yəqin, bu, uşaq oyunlarımızdan qalma bir həvəs idi: uşaqlıqda oyuncaqlardan birini seçib gizlətmə oyunu oynayardıq. Gizlədilmiş oyuncağın tapılma anının sevinci tam fərqli bir duyğu olurdu mənimçün). Baltanı nə qədər axtardımsa da, tapa bilmədim. Anbarı ələk-fələk elədim,  tapılmadı. Odun xərəyinin arxasına, boş çəlləklərin, yeşiklərin içinə baxdım, yox idi. Gümanım gələn bütün yerlərə baxdım, tapılmadı ki tapılmadı. Baltanın tapılmaması mənim ovqatımı elə təlx edirdi ki, özümü oyuncaq gizlətmə oyununda uduzmuş uşaq kimi hiss edirdim.

   Atam işdən qayıdana kimi anbarı bir neçə dəfə yenə axtardım, tapa bilmədim. Səbirsizliklə atamın işdən gəlməsini gözləyirdim. Bilmək istəyirdim görüm o, baltanı axı harda, necə gizlədib ki, mən onu tapa bilmirəm.

  Atam işdən gəlib anbara doğru gedənə qədər keçən müddətdə onu gözdən qoymadım. Düşünürdüm ki, o, anbara doğru gedəndə hiss etdirmədən arxasınca gedib baxacağam görək baltanı haradan götürəcək. Amma onun dalınca atam özü getmədi, odun qalağının yanına gedəndə mənə tapşırdı ki, gedib baltanı gətirim. Mən çaş-baş qalıb dedim:
-Ata, axı sən baltanı gizlətmisən. Mən onun yerini bilmirəm axı.
Atam mənim səsimdənmi, ya təhər-tövrümdənmi, ya nədənsə dərhal anladı ki, mən bütün gün balta axtarışında olmuşam. Qımışıb dedi:
-Aha, deyəsən, yenə məndən xəlvət odun yarmaq istəmisən, amma baltanı tapa bilməmisən, hə?
Mən and-aman elədim ki, vallah, odun yarmaq üçün axtarmamışam, elə-belə axtarırdım ki, görək tapa bilərəmmi.
Bilmədim, atam sözümə inandı, ya inanmadı, mənə dedi:
-Gəl dalımca.
Biz anbara girdik. Atam soruşdu:
-Haranı axtarmısan?
Mən dedim:
-Hər yeri. Amma tapa bilmədim.
Atam üzündə hiyləgər bir təbəssümlə:
-Əminsən ki, hər yeri axtarmısan?- deyə bir də soruşdu.
Mən çiyinlərimi çəkib bir az duruxa-duruxa:
-Məncə, hə-dedim.
Atam əlini yuxarı qaldırıb anbarın tavanını göstərdi:
-Bəs ora nesə, ora da baxmısanmı?
Mən başımı qaldırıb yuxarı baxanda baltanı orada gördüm: o, tavanla tirin arasındakı boşluğa ağzı əks tərəfə köndələn qoyulmuşdu. Atamın onu belə məharətlə gizlədə biləcəyi heç ağlıma gəlməmişdi. Bəlkə də, o, baltanı gizlədərkən heç bir xüsusi cəhd-filan eləməmişdi, eləcə içəri girərək tirin üstünə qoyub çıxmışdı. Amma mənə elə gəlirdi ki. mən tapa bilməyim deyə atam onu gizlətmək üçün əməlli-başlı fikirləşib məxsusi yer tapıbdır.
Atam mənim çaşqın halımı məmnun, eyni zamanda sevgi dolu gözləri ilə süzüb dedi:
-Bir şeyi yerdə axtarıb tapmayanda yadına sal ki, yerdən başqa göy də var. Bəlkə, axtardığın yerdə deyil, göydədir...

  Atamın bu sözlərini mən heç vaxt unutmadım. Bilirəm ki, o bu sözləri o zaman heç bir xüsusi məqsəd olmadan, sanki bir kəlam söyləyirmiş kimi deyil, sadəcə, baltanın gizlədilmə yeri ilə bağlı vəziyyətə uyğun söyləmişdi. Amma zaman keçdikcə onun bu sözlərini xatırlamağım onların məna siqlətini hər dəfə başqa bir tərzdə anladır mənə. Dərk edirəm ki, bu sözlər atamın dilindən olmasa da, mütləq hər hansı başqa bir situasiya ilə bağlı başqa birisinin dilindən çıxmalı idi və çıxacaqdı və mənim qulaqlarım da bu sözləri mütləq eşitməli idi və eşidəcəkdi! Çünki güclü və naməlum bir qüvvənin məqsədi o idi ki, bu sözlər mənim yaddaşıma hopsun və zaman-zaman ömrümün hansı məqamdasa qımıldanıb özünü xatırlatsın.
Xatırladır da...

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.