“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində dörd sənədli televiziya filminin istehsalı başa çatıb.

Televiziyanın mətbuat xidmətindən bildirilib ki, “Möhtəşəm obrazlar ustası” və “Sənətin Gülxar zirvəsi” unudulmaz sənətkarlar Mərziyə Davudovaya və Gülxar Həsənovaya, “Mənim həyat hekayətim” tanınmış müğənni, Xalq artisti Zaur Rzayevə, “Səma şahinləri” Azərbaycanın cəsur və igid təyyarəçilərinə həsr olunub.

2019-cu ilin tematik planına uyğun olaraq, Azərbaycan xanlıqları silsiləsindən “Şəki xanlığı” sənədli filminin çəkilişinin bu il reallaşması gözlənilir. Bundan başqa, “Bakı Dövlət Universiteti – 100”, “Azəri-caz”, “Rast”, “Azərbaycan xalçası, “Azərbaycan kəlağayısı”, “Lahıc misgərlik sənəti”, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədrinə həsr olunmuş “Milix Yevdayev” kimi sənədli telefilmlərin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, akademiklər Cəfər Xəndan, Mustafa Topçubaşov, Aslan Aslanov, dirijor, Xalq artisti Rauf Abdullayev, bəstəkar Şəfiqə Axundova, Azərbaycanın ilk qadın dramaturqu Səkinə Axundzadə, şair Seyid Əbülqasım Nəbati, yazıçı İsmayıl Şıxlı, şair Zeynal Cabbarzadə, şair Sərdar Əsəd, rejissor Hüseynağa Atakişiyev, heykəltəraşlar Elmira Hüseynova və Natiq Əliyev, rəssamlar Tofiq Ağababayev və Nazim Bəykişiyev kimi bir sıra elm, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılıqlarına həsr olunmuş lent əsərlərinin ərsəyə gəlməsi nəzərdə tutulur.

Tarixi etnoqrafik, aşıq sənəti, və folklorun əks olunacağı “Milli qadın və kişi geyimləri”, “Kitab tarixi və mədəniyyət”, “Aşıq Alı”, “Mikayıl Azaflı”, “Aşıq Pəri”, “Sarı Aşıq”, eləcə də Lənkəranda fəaliyyət göstərən “Nənələr” ansamblı haqqında filmlərin çəkilməsi isə hazırlıq prosesindədir.

Qeyd edək ki, “Azərbaycantelefilm” bu ildən “Sabah” yaradıcılıq emalatxanası ilə müştərək əməkdaşlığa da başlayıb. Hazırda görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edəcək çoxseriyalı “Azad bir quşdum” bədii-sənədli televiziya filminin çəkilişlərinə hazırlıq işləri gedir. Film ölməz dramaturqun 120 illik yubileyinə həsr olunub. /Azərtac/ 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.