Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19

Hekayə

“Elmlər Akademiyası” parkında rütubətli havaya qarışmış həzin çiskin altında qızımla gəzişir, erkən payızın yarpaqlarını sarı və qırmızının müxtəlif çalarlarına bürüdüyü ağacların  nəm siluetinə baxırdıq. Birdən o, əlimdən yapışıb məni sağa, səkinin kənarındakı kitab köşkünə tərəf dartdı.

- Ata kitab istəyirəm,  mənə nağıl kitabı al.
Köşkdəki arıq, pırpız saçları quş yuvasına bənzər, sırğalı oğlan bizi görcək gülümsündü. O, kimsəsiz məkanda həmsöhbət tapdığına görə sevinirdi. Mən qızımın ən xoşladığı əsəri, “Balaca şahzadəni” istədim.

Lakin, o, təəssüflə başını buladı, çiyinlərini çəkdi. Digər kitablar isə, ya artıq varımız idi, ya da qızıma maraqsız göründü. Biz üzrxahlıq edib sağollaşmaq niyyətindəykən, oğlan nazik üzlü kitabçanı bizə uzatdı.
- Buna baxın, maraqlı olacaq...

Heyvanların, quşların, balıqların insan orqanizminə, psixika və sağlamlığına təsirindən bəhs edən kitabda müxtəlif əhvalatlar  toplanmışdı.  Burada,  qara-qışqırıq salaraq iki yaşlı Hanka Kusku qida boğulmasından xilas edən tutuquşu Billi Kvaker də, fermer Co Enni ürək tutmasından qurtaran donuz balası Lulu da, göldə əzələ iflicindən batan gənci xilas edən Mimo adlı ağ balina da, başqa heyvanlar da var idi.  Kitabı vərəqlədikcə, içindəki əhvalatlara nüfuz etdikcə qızımın qaşları təəccüblə yuxarı dartılır, olmuş hadisələrdən söhbət açan nikbin sonluqlu qısa novellalara diqqətlə qulaq kəsilirdi.

Mən oxuyur, o isə səbirsizliklə bir hekayətdən digər hekayətə, növbəti səhifələrə keçməyimi gözləyirdi. Heyvanların insan həyatını xilas etməsindən söhbət açan kitabı vərəqlədikcə yadıma aşağıda bəhs edəcəyim başqa bir əhvalat düşdü: “Bankada bərkiyib buz qaxacına dönmüş dolmanı qaşıyıb, faşist kaskasına bənzəyən qazançaya əndərənə kimi hövsələm daralıb bir tikə oldu.

Qazın yaşıl alovu, qazançanın qaramtıl altını yaladıqca xörək xarta-xurtla qızırdı. Hələ küçədə olarkən baş qaldırmış canavar iştahası, yemək masaya gələnə kimi təzə alınmiş zavod çörəyinin yarıdan çoxunu məhv etdi. Təlatümlü aclığı əvəz edən məmnun toxluq, kürəyimi klassik güləşçi cəldliyi ilə köhnə divanın üstünə aşırdı.

Lakin, tənbəllik vaxtı deyildi. Mən, üstələyici yuxuya qalib gəlməli, quşları yedirtməliydim. Biri cəld, o biri nisbətən astagəl olan bu rəngarəng lələkli balacalar dalğalı tutuquşu cinsinə aid idilər. Tutuquşuları bacım saxlayırdı. Onun evdə olmadığı müddətdə isə quşların sağ və salamat olmasına cavabdeh mən idim.

Bu vəhşi təbiət qoynunda sağ qalma ehtimalları minimum olsa da, qəfəs mühitinin saxta asayiş və sabitliyindən məmnun görünsələr də, əslində onları dəmir barmaqlıq arxasında saxlamaq mənə həmişə yersiz görünürdü.

Lakin, üzərimə düşən məsuliyyəti və öhdəliyi vicdanla yerinə yetirməli, onların yemini, suyunu dəyişməliydim. İşi təzəcə bitirmişdim ki, qapı döyüldü.
Xalaoğlu qoltuğunda bir yığın “əkşn” janrlı videokaset qapının ağzında farağat dayanmışdı. Salam-kalam, hal-əhvaldan sonra, döşəkçəni yerə atıb, cəld mütəkkəyə dirsəkləndik və seçdiyimiz filmləri seyr etməyə başladıq.

Birdən, ətrafı bürüyən bərk səs-küy, çığırtı səsi bizi yan otağa keçməyə məcbur etdi. Orada gördüyümə inana bilmirdim. Tutuquşular hədsiz narahat görünür, bir yerdə qərar tuta bilmir, özlərini qəfəsin divarlarına çırpırdılar. Mən isə əlacsız halda ora-bura vurnuxur, ağıla batacaq bir vasitə tapa bilmədiyimdən, onlara görə təlaşlanırdım. Xalaoğlu çevirilib mat-məəttəl dedi:
- Bəlkə onların suya, qidaya ehtiyacı var?
- Yox e, qablarını təzəcə doldurmuşam!?
Heç nə anlaya bilmirdik. Yəqin, beş dəqiqə də belə davam etsəydi, onlar özlərini qəfəsin sərt, dəmir millərinə vurub həlak edəcəkdilər.

Fəqət, qəflətən baş verən təkan, hansısa qəribə, mübhəm bir qüvvə məni sərt şəkildə geriyə doğru itələdi və zərblə divara çırpdı. Ağrıdan gözüm qaraldı. Ətrafda olan hər şey, döşəmə, tavan, evdəki əşyalar, hamısı silkələnməyə, dəhşətli qüvvəylə titrəməyə başladı. Şkafın üzərindəki köhnə samovar və qab-qacaq qutuları gurultuyla yerə aşdı. Mətbəxdə yenə nə isə töküldü, harada isə partlayışa bənzər səs eşidildi.

Baş verənlərə tormozlayan beynim, hərəkət etmək, qaçıb qurtulmaq istəyən bədənimi sanki yerə mıxlamışdı. Xalaoğlunun “Zəlzələ !” qışqırığının səpdiyi soyuq duş effekti, instinktiv qorxu hissinə qarışıb məni çölə tulladı. Yalnız, bu zaman nə baş verdiyini anladım. Dördüncü mərtəbədən aşağı düşənə qədər sanki zaman dayanmışdı.

Bayırda 9 mərtəbə binalar ləngər vurur, qorxunc şəkildə əyilib-qalxır,  şiddətli xəzridən budaqları oyuncağa çevrilən zeytun ağacı kimi sağa-sola yellənir, adamı vahimələndirirdilər.
Zəlzələnin birinci dalğasından sonra, ondan heç də geri qalmayan ikinci dalğası da gəlib-keçdi. İnsanlar yavaş-yavaş özlərinə gəlir, bir-birlərinə təsəlli verməyə çalışırsa da, heç kəs evə, mənzilə qayıtmağa ürək etmirdi.

Birdən, yadıma quşlar düşdü. Axı, onlar məni xəbərdar etmişdilər!? Axı, onların səsinə, qara-qışqırığına vaxtında reaksiya versəydim, təlatümə, vəlvələyə, zəlzələyə hələ xeyli qalmış həyətə qaçar, tam təhlükəsizliyə qovuşa bilərdim!?

Xalaoğlunun israrına və etirazına baxmayaraq geri qayıdıb,  yaşadığım binaya girdim və sürətlə pillələri qalxmağa başladım. Dəhlizdən içəri girib,  təngənəfəs tutuquşuların olduğu otağa atıldım. Onlar isə heç nə olmayıbmış kimi var-gəl edir, məzəli səslər çıxarır, başlarını bir-birinə sürtərək, xoşbəxtcəsinə cükküldəşirdilər.”

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.