Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) "Qarabağ hekayələri" silsiləsindən "Gözünə gün düşür" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatı giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Elçin Hüseynbəyli yaradıcılığı və yeni kitab haqqında danışıb. Deyib ki, kitabda son 10-15 il ərzində yazılmış Qarabağla bağlı müxtəlif janrda əsərlər toplanıb. Onların bəziləri "525-ci qəzet"də çap olunub.

Çıxışlardan öncə müəllif özü kitab haqqında məlumat verib: "Kitaba Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayə, bir povest və bir pyes daxil edilib. Bu əsərlər hamısı müxtəlif zamanlarda yazılıb. Son hekayə isə 2018-ci ilin aprel ayında yazılıb. "Gözünə gün düşür" əsəri əsasında Mədəniyyət Nazirliyi tərəfindən "Yol" filmi çəkilib. Digər hekayələr də zaman-zaman başqa dillərə tərcümə olunub, yerli və xarici mətbuatda çap olunub. 333 səhifəlik kitabı "Yeni poliqrafist" Nəşriyyatı çap edib. Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir. Hesab edirəm ki, bu kitab "Qarabağla bağlı heç nə yazılmır, yaxud tutarlı heç nə yazılmır" deyənlərə elə tutarlı bir cavabdır". Müəllif qeyd edib ki, kitab Qarabağsevərlərə hədiyyə olunacaq: "Mən istəyirəm ki, bu kitabı hər kəs oxusun. Çünki bu, bizim tariximiz, ağrı-acımızdır".

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev kitabda çap olunan hekayələri oxuduğunu və haqqında məqalə yazdığını bildirib: "Burada yer alan əsərlərin hamısını oxumuşam. Hətta o qədər xoşuma gəldi ki, öz hisslərimi məqalə ilə bildirdim. Həmin məqalə həm Azərbaycan, həm də rus dillərində müxtəlif mətbuat orqanlarında çap olundu. Deyirlər ki, Qarabağda yazmırlar, əsərlər yoxdur. Xeyr! Qarabağ haqqında kifayət qədər əsərlər yazılır. Ancaq məsələ odur ki, bu haqda təkcə qarabağlılar deyil, damarında azərbaycanlı qanı axan hər kəs düşünməli və həqiqətləri ifadə etməlidir. Biz özümüz Qarabağ həqiqətlərini yetəri qədər bilmiriksə, dünyaya necə təbliğ edəcəyik? Bu yerdə yenə də bu cür kitablara ehtiyac var. Bu kitablar dünya dillərinə tərcümə olunmalı və təbliğ edilməlidir. Yazıçı xalqın əbədiyyatdakı vəkilidir. Mən sevinirəm ki, azərbaycanlı yazıçılar bu mövzuya müraciət edirlər. Qarabağ müharibəsində 11 yazıçı, şair öz övladlarını qurban veriblər. Azərbaycan Yazıçılar Birliyinin bu müharibəyə münasibəti budur".

Millət vəkili, yazıçı Aqil Abbas çıxışında E.Hüseynbəylini Qarabağ ağrısı ilə yaşayan yazıçı adlandırıb: "O, özü də bu dərdin içində olduğundan onu gözəl bilir, yoxluğu, vətən həsrətini dərindən duyur və onu qələmə almağı bacarır. Amma bu o demək deyil ki, Qarabağdan olmayanlar bu dərdi bizim qədər çəkmirlər. Bu, hamımızın ortaq dərdimiz, acımızdır. E.Hüseynbəylinin əsərləri Azərbaycandan kənarda da çap olunur və oxunur. Təəssüf ki, rayon kitabxanalarında ancaq dövlət tərəfindən çap olunan kitablar var. Yazıçıların və nəşriyyatların öz hesabına çap olunan kitablar yoxdur. Ancaq bu cür kitabların rayonlarda geniş təqdimatı keçirilməli, kitabxanalara verilməlidir".

E.Hüseynbəylini 1990-cı illər Azərbaycan ədəbiyyatında parlaq imza adlandıran AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu onun Azərbaycan nəsrinə yenilik gətirən yazıçı olduğunu deyib: "Arxivdə, kitabxanalarımızda, televiziyalarımızın fondlarında Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər xroniki sənədlər, materiallar, video görüntülər olsa da, biz hələ də öz dərdimizi dünyaya çatdıra bilmirik. Bu işdə sənədlərlə bərabər, bədii ədəbiyyat da öz işini görməlidir. Çünki bədii ədəbiyyat hadisələri bədii şəkildə, lirik dillə oxuculara çatdıra bilir. Xüsusən Elçin Hüseynbəylinin əsərləri bu mənada çox əlamətdardır. Bizim həmin müharibədə canını vətən yolunda qurban verən kifayət qədər şəhidlərimiz, milli qəhrəmanlarımız var. Ədəbiyyatçıları da öz cəbhələrinin qəhrəmanları hesab etsək, Elçin Hüseynbəyli də həmin qəhrəmanlardan biridir".

AYB-nin katibi, yazıçı İlqar Fəhmi çıxışında qeyd edib ki, E.Hüseynbəyli öz yaradıcılığı ilə Qarabağ probleminə yeni baxış gətirdi: "1990-cı illərin sonlarına qədər Qarabağ problemi bir dərd, ağrı, göz yaşı ilə xatırlanırdısa, ədəbiyyatımızda Elçin Hüseynbəyli öz əsərlərilə bu dərdə fərqli bucaqdan baxdı və oxucunu da baxmağa sövq etdi. Bu əsərlərdə artıq ağlamaq, sızıldamaq yox idi. Hətta müəllif bəzən problemə ironik yanaşır, ona acı-acı gülürdü. Həmin dövrdə bu incəlikləri anlamayanlar onu tənqid də etdilər. Amma Elçin artıq yenilik gətirməyi bacarmışdı".

Tənqidçi Bəsti Əlibəyli çıxışında kitabı hərtərəfli şəkildə analiz edib, hekayələrdən nümunələr çəkib: "Onu demək lazımdır ki, Qarabağ problemi ilə bağlı tənqidçiləri narahat edən çox sualların cavabını biz Elçin Hüseynbəylinin "Gözünə gün düşür" hekayəsində tapırıq. Bütün məsuliyyətimlə deyirəm ki, Elçin müasir ədəbiyyatımızın çox ciddi və əsərləri gələcəkdə də oxunacaq yazıçılarındandır. O, milli yazıçıdır. Bu kitabdakı hekayələr onun nə qədər müdrikləşdiyini də göstərir. Görəsən, özümü müdrikləşib, yoxsa bu dərdmi onu müdrikləşdirib? Əlbəttə, Qarabağ dərdi çoxlarımızı vaxtından tez böyütdü, müdrikləşdirdi.

Elçin Hüseynbəyli keçmişindən ayrılmadan o keçmişə gülə, ona ironik, sarkazmla yanaşa da bilir və onun bu sarkazmındakı ağrı daha güclüdür".

B.Əlibəyli çıxışının sonunda kitabdakı bəzi novellaların hazır film ssenarisi olduğunu qeyd edib və rejissorların bu əsərlərdən yan keçməyəcəyinə inandığını deyib.

E.Hüseynbəylinin illər öncə ədəbiyyata gəlişini öz evinə gələn kimi təsvir edən Xalq şairi Sabir Rüstəmxanlı onu işıqlı adam, ruhlu yazıçı adlandırıb: "Elçinin ədəbi mühiti ürəklə öz mühiti, öz ədəbiyyatı adlandırmağa haqqı var. O, ədəbiyyata həm də bir elm kimi baxır. Onu öyrətməkdən öncə, özü də hər zaman öyrənməyə can atır. Elçin kimi yazıçıların varlığı bizdə Qarabağ dərdimizi, haqq səsimizi dünyaya eşitdirəcəyimizlə bağlı ümidlər yaradır".

Daha sonra çıxış edən Vaqif Yusifli, Vaqif Əlixanlı və başqa ədəbiyyat adamları yazıçının Qarabağ hekayələri, yeni kitabı haqqında öz düşüncələrini bölüşüb, ona yeni yaradıcılıq uğurları diləyiblər.

Şair Oqtay Rza E.Hüseynbəyliyə həsr etdiyi şeirini səsləndirib.

Sonda müəllif yeni kitabını imzalayaraq qonaqlara hədiyyə edib.

Şahanə MÜŞFİQ

525.az

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.