Nemət Mətin - Suraxanı qəsəbəsinin tarixi haqqında 
18.01.19

   Suraxanı qəsəbəsinin tarixi geniş olduğu qədər də maraqlıdır. 1930-cu ildə neft quyuları qazıldığı üçün əhalinin yarısı yaxınlıqdakı əraziyə köçürülür. Beləliklə Suraxanı iki yerə bölünür. Yeni və Köhnə Suraxanı.

 A.Düma “Qafqaz səfəri”  əsərində yazır: “Sonra böyük neft quyularına baxmağa getdik. Quyuların ən dərini 18 metr idi. Bu əvvəllər şor su quyusu imiş. Bir gün su yoxa çıxdıqda lopa düzəldib quyunun dibinə baxmaq istəyirlər. Lopanın dərinliyə düşməsi ilə quyunun alovlanmağı bir olub. Deyirlər, o vaxtdan alov sönmür. Əyilib bu quyuya baxmaq çox qorxuludur. Qazın iyindən adamın başı hərlənə bilər. Baş ki, əldə olmadı, heç bir şey. Ayaqlardan yerdən üzüləcək və kəlləmayallaq olub alovun içinə düşəcəksən. Buna görə də quyunun ətrafını çəpərləyiblər. O biri quyuların üstünə elə-belə tor şəbəkələr, şəbəkələrin də üstünə daş qoyublar. Bu daşlar on iki saatın içində gipsə dönür. Daşın gipsə çevrilməsinə tamaşa etdiyimiz zaman Atəşgahın bir kilometrliyindəki Suraxanı kəndini idarə edən zabit gəlib bizi evinə, çay dəsgahına dəvət etdi. Razılaşdıq və faytonları onun dalınca sürdük. Sən demə, çay bəhanə imiş. O hazırlığı ki, orada görmüşdülər, ona çay dəsgahı demək ən azı insafsızlıq olardı.

 O bizi çox səliqəli bir otaqda (orada rahatca yatmaq olardı) əla Azərbaycan yeməklərinə qonaq etdi. Stolun üstündə plovdan kababdan tutmuş, armud, üzüm və qarpıza qədər hər şey vardı.

 Bir sözlə, Azərbaycan yeməklərindən əməlli-başlı bir süfrə açılmışdı. O, bizə evində gecələməyi təklif etdi. Mən böyük məmnuniyyətlə onun təklifini qəbul edərdim, di gəl ki, M. Piqulevskinin səhər tezdən rəsmi işi vardı. Doğrudur, o, Bakıya tək qayıtmaq istədi, ancaq bu yaxşı çıxmazdı. Odur ki gecə saat 11-də ev sahibinə təşəkkür edib çıxdıq.

 Neapolun Solfatara vulkanından daimi yanması ilə üstün olan Bakı Solfatarasının – Atəşgahın yanından ötüb Bakıya qayıtdıq.”

 İlk dəfə oxuyanda Suraxanının adını “ Qraf Monte Kristo” müəllifinin kitabında görmək necədə xoş bir hiss idi. Sonralar bu azmış kimi Knut Hamsunun “Nağıllar diyarında” əsərini oxudum. Orada da Suraxanıdan söz açılır. Yenə Atəşgah,yenə neft qoxusu... Müəllif kitabında qeyd edir: “Sabah Suraxanıya gedəcəyik. Tanrıya şükürlər olsun ki, orada Atəşgah var.”
“Torpağın bərəkəti”, ”Misteriyalar”, ”Aclıq” kimi əsərlərin müəllifi, nobel mükafatçısı kitabda Atəşgahın tarixi barədə ətraflı məlumatlar verir. Əsərin bir yerində Bakını, daha doğrusu neft bol olan Atəşgah ərazisini nəzərdə tutaraq qeyd olunur: “Nəhayət bu yerlərə Amerika soxuldu və ulamağa başladı. Bir dəfə zəvvarlar buraya gələndə ziyarətgahın yanında neft zavodu gördülər. Hücrədəki kiçik günəşlər söndü, bütün qaz şırnaqları fabrikə axdı.”

  Güllələnmə təxirə salınır filminə nəzər salaq. Bir epizodda Suraxanının adı çəkilir.
 “  - ... Bir parça çörəkdən ötrü,  son ümidini satmağa məcbur olan arvadı soymaq kişilikdir? ...igidilikdir? Bilirsənki Suraxanıda boş quyular çoxdur. Onun dibindən gələn səsi heç Allah da eşitmir.”

   Öz zamanında Dmitri Mendeleyev, Vasili Vasilyeviç Vereşşaqin, Rac Kapur Atəşgaha baxmaq üçün Suraxanıya gəlmişlər. Lakin o dövrdə içəri buraxılmadıqları üçün kənardan baxıb müşahidə aparıblar. Vaxtı ilə Hindistanın dövlət başçısı olmuş İndira Qandi də bu məbədi ziyarət üçün Bakıya gəlib.

 Atəşgah ziyarətgah olan vaxtlarda Zərdüştlər gün ərzində 5 dəfə ibadət edirdilər və onlar saat əqrəbinin əks istiqamətində fırlanırdılar: Odun ətrafına fırlandıqca müxtəlif meyvələr düzürdülər. Daha çox isə nar qoyurdular. Çünki narın tacı alovun dillərinə bənzədiyi üçün onu alovun rəmzi hesab edirdilər. Saat əqrəbinin əksi istiqamətində alovun başına fırlanmalarını isə bununla izah edirdilər ki, saat əqrəbinə doğru gedəndə insan ölümə, əks istiqamətə gedəndə isə əbədiyyətə doğru gedir.

 Suraxanı sözünü qırmızı ev kimi tərcümə etmək olar. Suraxanıda danışılan, istifadə olunan dildə Azərbaycanın bir sıra bölgələrində danışılır. Bu gün istifadə etdiyimiz bir çox sözlər məhz bu dildən qaynaqlanır. Məsələn:
Çarpayı - çahar(dörd) , po(ayaq)
Siyəzən - siyah(qara) , zən(qadın, arvad)
Araxçın - ərağ(tər) , çin(qat) ; yəni, yun papağın altından qoyulan, tər üçün nəzərdə tutulan papaq.

Rus alimi Beryagin 1796-cı ildə yazdığı “Şirvanın təsviri” yazısında qeyd edir ki,“Suraxanı adlı kənd Sulu çayın yaxınlığında yerləşir”. ( Pirquluya gedən yoldakı Sulut çayı yaxınlığındakı ərazini əhatə edir.)

  Suraxanı haqqında qısa yazımı Suraxanı qəzəlxanı, şairi Əli Faninin şeiri ilə bitirirəm.

Ey, gül, mə qu iğdə-bə tü aşiq birə nistü,
(Ey, gül demə çox da, sənin aşiq olanın yox)
Pəs, nalə zərən, bülbüli şeyda, bərə çistü?!
(Bəs, şeyda bülbülün naləsi nə səbəb-çox)

Rişxənd məsax ki, şüridəsü bülbüli şeyda,
(Rişxənd eləmə, yanqılıdır şeyda bülbülü)
Rüşva nə şov aşiq ki, tanü; eşqi-dürüstü.
 (Rüsvay olmasın aşiq ki, onun dürüstür eşqi)

Əğyar ki, raft, kuyi nigarə bə ziyarət,
(Əğyar ki, getdi, gözəli etdi ziyarət)
Aşiq ki, di; divanə bü, çün əqli cümüstü.
(Aşiq də gördü, oldu dəli, çün tərpəndi əqli)

Pərvanə ki,qurban bə dərən canə bə atəş,
(Pərvanə ki, qurban verər canın atəşə)
Atəş əzu məşuqəyisü,u,ə zu məstü.   
(Atəş onun məşuqəsidir, o onun məsti)

Aşiq kari daim bə dərun zillətü,zülmü,
(Aşiqin işi daim zillət,içində zülmün)
Rişxənd mə saxind,çünki u məşuqəpərəstü.
(Rişxənd etməyin,çünki o məşuqəpərəstdir)

Fəhadə mə qu,Qeysə mə qu,Yusifə həm çin,
(Fərhadı demə,Qeysi demə,Yusifi həmçin)
Fani,bə cahan asti uşun,məndü növüstü.      
(Fani,bu cahanda,onlar kimi,qaldı istəyin)
 
 12 iyul 1954 sal Nuqə Surxuni                       
 12 iyul 1954 il Yeni Suraxanı

Yenililklər
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.