"Qanun"dan yeni kitab - Çılpaq və Yalnız
17.01.19
Qanun Nəşrlər Evində türk yazıçısı Hamdi Koçun "Çılpaq və Yalnız" kitabı nəşr olunub.
Hamdi Koçun “Çılpaq və yalnız” romanı mövzusuna, yazı tərzinə, üslubuna, oxunaqlığına görə müasir türk romançılığında hadisədir. İlk sətrindən son sətrinə qədər oxucunu daima gərginlik, həyəcan, maraq içində saxlayır. Hadisələr gözlənilmədən başlayır və bu gözlənilməzlik hər sətirdə oxucunu müşayiət eləyir.
Gecədən xeyli keçmiş əsərin qəhrəmanına zəng gəlir. Ona əmisinin öldüyünü xəbər verirlər. O isə təkcə bir vaxtlar özünün doğulduğu, indisə əmisinin öldüyü yerləri yox, heç belə bir əmisi olduğunu da xatırlamır. Təkidli zənglər yaddaşını təzələyir. Beləcə adi və kasıb olan birisi böyük bir sərvətin sahibi olmaqla yanaşı böyük hadisələrin burulğanına düşür.
Tərcüməçi: Aslan Quliyev
Qiymət: 6.99 AZN
|