Nemət Mətin – Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında
14.01.19

Son zamanlar keçmiş sovet ölkələrinin bir çoxunda ədəbiyyat, incəsənət yarışları keçirirlər. Müakafatlı yarışlar şeir, məqalə, povest və digər janrlar üzrə bölünür. Azərbaycanda bəlkə də bir dəfə belə yarış keçirilib, vəssalam. Ədəbiyyatın inkişafı üçün stimul yoxdur. Bu cür yarışlardan neçə-neçə gənc istedadlı yazıçı və şairlər kəşf etmək olar. Sözümü gürcü ədəbiyyatına gətirirəm. Gürcülər incəsənət sferasında çox inkişaf ediblər. Öz filmlərini, ədəbiyyatlarını, rəsm əsərlərini dünya arenasına çıxarırlar. Biz isə hələ fil qulağında yatırıq.

XX əsr nəinki Gürcüstana, eyni zamanda bütün dünyaya Nodar Dumbadze kimi yazıçı bəxş edib. 1928-ci ildə dünyaya göz açan gürcü yazıçısı bütün əsərlərində müharibənin izləri görünür. Nodar Dumbadze müharibədən başqa bədbəxtliklər də görüb. Yazıçının 8 yaşı olanda atası güllələnib, anası isə sürgünə göndərilib. Əmiləri də güllələndən sonra nənəsi və babası ilə yaşamalı olub. 1937-ci ilin repressiyası bir çox insan kimi yazıçının da həyatına ağır zərbələr endirib.

 İkinci dünya müharibəsinə həsr etdiyi “Mən günəşi görürəm” romanı müharibə illərinin ağır günlərini əks etdirir. Kənd sakinləri müharibədən bəd xəbərlər alsa da, ümidləri itmir. Müharibə ilə paralel kənddə baş verən faciə insanların yaxasından əl çəkmir. Nodar Dumbadzenin qələmi sərhəd tanımır. Müharibədən daha böyük olan insanlıq anlayışını hər əsərində göstərməyə çalışır. Əsir düşmüş yaralıya kömək, qara xəbərlər gətirən poçtolyonun fəryadı və tanrıya etirazı, günəşi görəcəyinə ümid edən uşaq. Əslində günəşi görmək ümidi itirməmək mənasında işlənir.

 Bu yazıda Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında danışmaq istəyirəm. Nodar Dumbadze sözü gedən əsəri yazanda abxaz kəndinin Qulripşi kəndində idi. 1979-cu ildə ikinci dəfə infarkt keçirsə də əsərini yarımçıq buraxmayıb sona qədər yazır və povest 1980-ci ildə çap olunur. Povesti yazarkən yazıçı böyük həyat təcrübəsi gördüyü üçün fikirlərini tam ortaya qoya bilir. Yazıçı insanın ləyaqətlə yaşayıb zəfər çalmağına inanırdı. Sanki bütün obrazlarına mərd kimi yaşamağa şans verib.  Müsahibələrinin birində yazıçı qeyd edir ki, insanda hər şeydən artıq “məhəbbət istedadını” qiymətləndirirəm. Təsadüfi deyilki, baş obraz sahə müvəkkili, böyük ürəkli insan, hər kəsə yardım edən milis işçisi Georgi Tuşuraşvilinin insanlara məhəbbəti aşıb-daşır.

 Hamı onu Kukaraça çağırır. Qapqara və ya çox qara mənasını verən bu ad, ona necə də yaraşırdı. Qara işləri səhmana salan insan, insanların qara həyatını ağartmağa çalışıb, özü qara günlərə qalan milis işçisi... Uşaqlar yaşıl qozları əzib çaya atanda onlara dəymir. Hamı bilir ki, yaşıl qoz yeyən balıqlar zəhərlənib suyun üzünə çıxırlar. Georgi isə bilmirdi. Hadisəni müşahidə edib uşaqlara qulaqburması verir. Siqaret çəkəndə, ilk dəfə oğurluq etmək istəyəndə onlara insanlıq dərsi keçirdi. Küçənin ortasında arvadını döyən kişini cəzalandıranda, oğru aləminin nüfuzlu adamı ilə görüşəndə öz təmkin və səbrini idarə etməyi bacarır, özünü əsl qəhrəman kimi aparır. Murtalo ləqəbli oğrunu tutmaq istəyən Kukaraça insanlıq naminə onu birinci dəfə azad buraxır. Sevən qadının yalvarışlarına dözmür. Rəisi isə Kukaraçını buna görə cəzalandırır. Sonunu düşünən qəhrəman olmaz.

 Demək olar ki, dünya və yerli ədəbiyyatında belə nümunələr azdır. Nə mənada dediyimi indi izah edəcəyəm. Kukaraçanın ölümü əsərin əvvəlində qeyd edilir. Sonra isə yazıçı keçmişə qayıdıb nə üçün öldürüldüyünü izah edir və heç bir səhifədə oxucu əsərdən yorulmur. Hətta sonunda Kukaraçanın öləcəyini bilsə belə. Bu həqiqətən yazıçıdan böyük ustalıq tələb edir.
 Hadisələri danışan obraz isə Tamaz adında yeniyetmədir. Anası ona həm də ata əvəzidir. Hər dəfə Tamaz nadinclik edəndə, qanunları pozanda Kukaraça onlara qonaq gəlir. Səfərlərin birində Tamazın anası uzun söhbətdən sonra Kukaraçaya gözəl bir cavab verir:
-Eh, mənim əzizim, -Anam ah çəkdi, -biz, bütün dünyanın adamları, əslində bir dildə danışırıq, intəhası bir-birimizi ona görə anlamırıq ki, birimiz o birimizə qulaq asmağı bacarmırıq!

 Əsərdə belə bir fikir səslənir:
-Sevgisiz həyatdan gedənlər bədbəxtdirlər...

Bu fikir əsərin ana xətti, təməlidir. Hər dəfə gürcü ədəbiyyat dənizinə baş vuranda təəccüblənirəm. Hər biri digərindən fərqlənən möhtəşəm əsərlər. Məqalənin əvvəlində qeyd etdiyim kimi hər şey təşkilatlanmaqdan asılıdır. Böyük yazıçılarımız ölkədən kənara çıxa bilmirlər və ona görə dünya  bizim istedadlı, böyük qələm sahiblərindən xəbərsizdir.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.