Nəriman Nərimanov haqqında monoqrafiya gürcü dilində nəşr olunub
21.12.18

Tbilisidə Azərbaycanın tanınmış ictimai xadimi, yazıçı-publisisti mərhum Vəli Məmmədovun görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanov haqqında yazdığı monoqrafiya Azərbaycan və gürcü dillərində nəşr olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabın tərtibçisi və tərcüməçisi Mirzə Məmmədoğlu, redaktoru isə tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir (Naro Kolxeli).

Kitab ilk dəfə 1957-ci ildə Bakıda nəşr edilib. Müəllif Bakı, İrəvan, Tbilisi, Odessa, Kiyev, Leninqrad (Sankt-Peterburq) və Moskva şəhərlərinin arxiv və kitabxanalarında çalışıb, N. Nərimanovun sağ qalan qohumlarını, tələbə yoldaşlarını, dostlarını tapıb, çoxlu qiymətli və maraqlı sənədlər, fotoşəkillər və xatirələr toplayıb.

İki dildə nəşr olunan kitab Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görüb.

Ə.Babayev bildirib ki, N.Nərimanov Tbilisidə anadan olub, boya-başa çatıb, Qori Müəllimlər Seminariyasında təhsil alıb: “Gürcüstanda soydaşlarımızın yaşadığı Qızılhacılı kəndində o, bir neçə il müəllim kimi, Tiflisdə isə həkim kimi fəaliyyət göstərib. Bütün bunları nəzərə alaraq kitabın gürcü dilinə tərcümə olunmasını və gürcü oxucularına da çatdırılmasını məqsədyönlü hesab etdik”.

GAMK sədri qeyd edib ki, 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biri olan, vertolyot qəzasında həlak olan V.Məmmədovun gələn il yanvarın 7-də doğum günüdür: “Məhz elə həmin gün kitabın təqdimatını keçirmək və onun əziz xatirəsini yad etmək niyyətindəyik. Onu da qeyd edim ki, bu nəcib insanla yaxından tanış idim. Bakıda təhsil aldığım vaxtlar onun işlədiyi yerdə təcrübə keçmişəm. Onun qayğıkeşliyi və nəcibliyi yenə də gözümün önündədir. Sovetlər dövründə Qızılhacılı kəndinin yerləşdiyi Marneuli rayonunda hər il aprel ayında Nərimanov günləri keçiriləndə Bakıdan bir neçə alim və yazıçılar ilə birlikdə Vəli Məmmədov da təşrif buyururdu”.

Ə.Babayev kitabın N.Nərimanovun Bakıdakı və Tbilisidəki ev muzeylərinə, eləcə də Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə, kitabxanalara paylanacağını bildirib. 

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.