Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
18.12.18
Qanun Nəşrlər Evində tanınmış yazıçı-tərcüməçi Cəmşid Cəmşidovun tərcüməsində Rotterdamlı Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olunub.
Nəşriyyatdan Avanqard.net-ə verilən məlumata görə "Mini Klassika" seriyasından nəşr olunan kitab, bu günə qədər oxucuların ən çox maraq göstərdiyi əsərlərdəndir.
1509-cu ildə İtaliyadan İngiltərəyə dönərkən Erazmusun yol boyu qələmə
aldığı kiçik bir pamflet onun ən məşhur əsərinə, vizit kartına
çevrilmişdir. Bu satira sayəsində Erazmusun elmi və ədəbi fəaliyyəti
geniş ictimai təqdir qazanmış, sadəcə ədəbiyyat tarixində deyil, eyni
zamanda ümumi tarixdə də görkəmli yerlərdən birini tutmuşdur. Erazmus
“Axmaqlığın tərifi” satirasını yaxın dostu, görkəmli ingilis humanisti
Tomas Morun evində tamamlamış, kitabı ona ithaf etmiş, adını əsərində
simvollaşdırmışdır. Yazıçı öz əsərini sadəcə məşğuliyyət, ədəbi əyləncə
hesab etsə də, məhz “Axmağlığın tərifi” satirası onun adını Şimal
İntibahının və ümumilikdə dünya ədəbiyyatının klassikləri sırasına
ucaltmışdır.
Latın dilindən tərcümə edən, ön sözün və qeydlərin müəllifi: Cəmşid CƏMŞİDOV Redaktor: Zahid SARITORPAQ Qiymət: 4.99 AZN
|