Orxan Aras - İdeal Muğanna
27.11.18

İsa Muğannanı tanıyanlar, onun işıq saçan qapqara gözlərini, zərif üzündən ətrafa yayılan körpə saflığının təcəssümü olan üz ifadəsini mütləq xatırlayırlar.


Daha ilk görüşdə insanı sakitləşdirən, özünə doğru çəkən, bütün dərdlərini unutduraraq, adətən, onun ürəyinə boşluğun, gözəlliyin və yaxşılığın nəfəsini üfürən İsa Muğanna əslində, üsyankar bir ruha sahib idi. Onun əsərlərinin hamısında dil, estetika, fikir və bilginin xaricində başqaldırı da böyük yer tutmaqdadır. Hətta əsərlərinin mərkəz nöqtəsinin üsyan olduğunu da rahatlıqla söyləmək olar.

Dünyanın ilk başqaldırı romanlarından sayılan və 1688-ci ildə Londonda nəşr olunduğunda elə də diqqəti çəkməyən, amma sonradan adətən kultlaşan roman “Orunoko”nun mövzusu Jan Jak Russonun deyimiylə “soylu-vəhşi bir başqaldırıdır”. Yazıçı Afra Ben “Orunoko” romanında bir xalqın başqa bir xalqa qarşı üsyanını bütün qanlılığı və şiddəti ilə işləyərək kəskin nifrətlərin, kəskin intiqam duyğularının qabarmasına yol açmışdır. Əslində, ədəbiyyatın sosial həyata və tarixə təsiri üçün bu da bir leqal yoldur. Amma İsa Muğannanın əsərlərindəki başqaldırıda “Oroonoko”dakı başqaldırının əksinə, özünə və öz mədəniyyətinə xas insani, insanı yormayan, amma ruhuna səslənən, onu dirildən, yenidən canlandıran bir başqaldırı vardır. Bu başqaldırı bəzən bir musiqi səsiylədir, bəzən də tam yerində söylənən və hər kəsin qəlbinə bir qılınc kimi işləyən cümləylədir... Onun “Tütək səsi” əsərində Cümrünün səssizcə damın üzərinə çıxması və tütəyindəki melodiya ilə bütün kəndi başına toplaması kədərə, ölümə, haqsızlığa, yalnızlığa qarşı kəskin bir başqaldırıdır. Heç bir hərəkət, heç bir söz, heç bir güc Cümrünün çaldığı melodiya qədər yaşadığı kəndi ayağa qaldırmaz, insanları axın-axın başına toplayammazdı.

Eyni əsərdəki Tapdıq isə sazıyla, sözüylə deyil, hər kəsi tərk edərək yalnızlığı tərcihi ilə üsyanını, başqaldırışını ortaya qoymuşdur. Filmi izləyən və ya əsəri oxuyan hər kəs bu cür səhnələrdə İsa Muğannanın üsyanını apaçıq görməkdə və təqdir etməkdədir.

Onun “İdeal” başda olmaq üzrə bütün əsərlərində sadəcə insanı əzən, yox edən sistemlərə deyil, zamana, məkana və insanı yoran çevrəyə də başqaldırı vardır. “İdeal” romanında insana ilk oxunuşda çox qəribə gələn dəyişimlər, dönüşümlər, bəzən hətta sayıqlamalar kimi görünən anlaşılmaz sözlər, yeni anlamdırmalar zamana və məkana qarşı üsyandan başqa bir şey deyil. O, güclü düşüncə dünyasıyla qavramları başqalarının yorumları və adlandırmasıyla deyil, özünün ortaya qoyduğu səs və sözlərlə söyləmək istəmişdir. Bizim üçün anlamsız kimi görünən bəzi sözlərin və izahların onun dünyasında çox yerində və dərin mənaları olduğu açıqdır.

Dil İsa Muğanna üçün bir ifadə vasitəsi deyil, yenidən yaratma gücüdür. Ünlü alman yazıçısı Tomas Mann 1933-cü ildə ölkəsini tərk edərək Amerikaya getdiyində: “Mənim gerçək ölkəm dilimdir” - demişdi. İsa Muğanna üçünsə dil Muğanlı kəndidir, Ağstafa, Qazaxdır, Azərbaycandır, hətta Altaylardakı Tanrı dağları, İstanbuldakı Sultan Əhməd məscididir. Onun dili bizim danışdığımız, yazdığımız dilin məhdudiyyətinə sığmayan və bizə sayıqlama kimi gələn əslində, bizim görəmmədiyimiz, sezə bilmədiyimiz başqa bir aləmi ifadə edən, geniş dünyaya sahib bir dildir. Bu dil “Ana” deyən, “Can” deyən, “Vətən” deyən bizim dilimizdir.

Dostoyevski Puşkin haqqında belə demişdi: “Puşkinin bütün əsərləri rus mənliyinə, rus mənliyinin mənəvi gücünə inancı ilə dolub-daşar. İnancın olduğu yerdə ümid var. Rus insanının gələcəyi qarşısında duyulan böyük ümid...”

Dostoyevskinin bəhs etdiyi böyük ümid İsa Muğannanın əsərlərində də həm Azərbaycan xalqı, həm böyük Türk dünyası, həm də bəşəriyyət üçün vardır. Çünki o, yalanlardan, ədalətsizliklərdən, savaşlardan qurtuluşun yolunu cəhalətdən qurtuluşla mümkün olacağına inanmaqda və bunu da qəhrəmanı Nəsimiyə Əmir Teymur qarşısında söylətməkdədir. İsa Muğannaya görə hər dönəmdə ortaya çıxan ədalətsizliklərin, zülmlərin təməlində cəhalət vardır. Ədalətsiz güc cahil bir gücdür və sonunda məğlubiyyətə məhkumdur. Şeyx Fəzlullah sözlərdən qaçaraq rəqəmlərin cazibəsinə özünü qapdırdığında da bunu çox dərindən idrak etməkdədir:

- Ən böyük günah nədir, ey Şeyx? Savaş deyil, cinayət deyil, yalan deyil, alçaqlıq deyildir, bəs nədir axı?

- Nadanlıqdır!..

Nadanlığı yerə vuran, öz nəfsini sındıran, əvvəlcə özünü maarifləndirib sonra ətrafına işıq saçan hər insan İsa Muğannanın insanıdır və o, bəşəriyyətin xilaskarı olmağa namizəddir.

İsa Muğanna da Henrix Böll, Ernest Heminquey, Sven Hassel, Lev Tolstoy kimi böyük bir müharibəyə şahidlik etmiş və müharibənin kitabını yazmışdır. Muğannanı başqa yazıçılardan ayıran xüsusiyyəti müharibəyə gedənləri deyil, müharibənin özünü deyil, arxa cəbhədə qalanları yazmasıdır. Maksim Qorki deyirdi ki: “Sovetlər İttifaqındakı kişilər tariximizdən günümüzə qalmış qadınlara olan utanc borcunu ödəməlidirlər”. İsa Muğanna bu borcunu müharibə illərinin qadınlarını öz hekayələrində içdən ifadə edərək ödəmişdir. Çörəyi atasız övladının boğazından iniltiylə udduran anaların ürək sözlərini sadəcə bu torpaqlarda yetişən, dünyanın ən şirin dili ilə danışan bir insan verə bilərdi. Bu insan İsa Muğannadır.

Mən İsa Muğannanı sadəcə üç kəs görə bildim. Hər görüşümdə içimdə tərifi olmayan duyğularla dolub-daşdım. Bu duyğular ana dilimizin sehri, tariximizin igidliyi və möhtəşəmliyi, ölkəmizin zənginliyi, xalqımızın yavaş-yavaş unutduğu ruh gözəlliyi idi. Bu səbəblə onunla danışarkən bütün bu duyğuları doya-doya yaşamaq üçün heç danışmazdım, elə hey onu dinləyərdim. Son görüşümüzdə İstanbulu yenidən görmək istədiyini demişdi. Heç tərəddüd etmədən: “Gedək!” - demişdim. Gülümsəyərək: “Çox yaşlandım, gedəmmərəm!” - demişdi. Həyat “kaş ki”lərin məzarlığıyla doludur, bilirəm. Amma yenə də kaş ki, onu bir uşaq kimi qucağımda yüksək minarələrin ən hündür yerinə çıxaraydım. Boğazda üzən gəmilərin rüzgarlarına qovuşduraydım. Eyyub Sultanda, Topqapıda, Misir çarşısında, Haliçdə, Üsküdarda ona tarixdən günümüzə Türkün şöhrətini əks etdirən mehtər marşları dinlədəydim. Kaş ki, edə biləydim bunları!

İndi siz bu sözləri dinləyərkən O, bir küncdə durub, özünəxas körpə təbəssümü ilə bizlərə baxır. Bəlkə yanımızda, bəlkə qarşımızda, bəlkə də üzərimizdə bir yerdədir. Eynilə “Tütək səsi”ndə qocanın Cümrü üçün söylədiyi kimi: “İndi o, öz aləmindədir”.

Bundan əminəm...
/525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.