“Şahanənin nağılı” təqdim edildi
29.10.18
Oktyabrın 27-də “Azərkitab”da gənc yazar Şahanə Müşfiqin şeirlər kitabının imza günü keçirilib. “Şahanənin nağılı” adlanan kitab “Aybkitab” layihəsində çap olunub. Tədbiri giriş sözü ilə Rəşad Məcid açaraq Şahanənin həm ənənələrə, həm də yeniliklərə hörmətlə yanaşıb zəhmətkeşliyi ilə uğur qazanmasını vurğuladı. Kitabının imza gününə gözlənildiyindən artıq gələnlərin olmasını da onun bu cür zəhmətkeşliyi ilə əlaqələndirdi. O, sözü Aqşin Babayevə verdi. Aqşin müəllim öz siması olan “525-ci qəzet”in hər bir oxucu üçün sevimli olduğunu qeyd edərək, Şahanənin qəzetin bir nömrəsində iki yazısının çıxmasını təqdirə layiq hal kimi diqqətə çatdırdı.
Daha sonra “Aybkitab” layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək müəllifin şeirini səsləndirdi. Digər çıxış edənlərdən Zahid Sarıtorpaq, Sevinc Muğanna, Namiq Məna, Akəm Xaqan, Qan Turalı, Nazilə Gültac və s. müəllifin şeirlərinin özünəməxsusluğundan danışaraq, onun hərtərəfli qələm sahibi olmasını alqışladılar.
Sonda müəllif imza gününün uğurlu keçməsi üçün əziyyəti keçən hər kəsə, bütün iştirakçılara təşəkkürünü.Kitabların imzalanması və xatirə şəkilləri ilə tədbir sona yetdi.
Foto: Nofəl Ümid. Gülnar Səma
Analoq.az
|