Deyl Karneginin uğur hekayəsi
27.09.18

Deyl Karnegi dövrünün psixoloqlarının elmi işlərini təcrübədən keçirib, münaqişəsiz və uğurlu ünsiyyət konsepsiyasını yaratmaqla ünsiyyət nəzəriyyəsinin əsasını qoyub. Həmçinin özünütəkmilləşdirmə, effektiv ünsiyyət və nitq vərdişləri və s. bu tip psixoloji kursların yaradıcısıdır. Karnegi hesab edirdi ki, dünyada pis insan yoxdur, sadəcə xoşagəlməz hallar var ki, onlarla mübarizə aparmaq olar və buna görə ətrafdakıların həyatını və əhval-ruhiyyəsini korlamağa ehtiyac yoxdur.

Deyl Brekenric 1888-ci il noyabrın 24-də Missuri ştatının Merivil fermasında anadan olub. O, yoxsul kənd uşağı olub.

Natiqlik sənətinə olan məhəbbət onda hələ məktəb illərindən yaranmışdı: Deylin düzgün müzakirə və ünsiyyət qurmaq bacarığı dəfələrlə müəllimlərinin diqqətini çəkmişdi. Karnegi məktəbi bitirdikdən sonra bir müddət Nebraskada kuryer, Nyu Yorkda aktyor kimi fəaliyyət göstərsə də, ürəyinə yatan peşə seçə bilmir. Bundan sonra o, peşəkarcasına natiqlik sənəti ilə məşğul olmaq qərarına gəlir. Bu istiqamətdə atdığı ilk addım Uorrensberq pedaqoji kollecinə qəbul olmaq olur.

Kollecdə oxuyan 600 tələbədən Deyl də daxil olmaqla, yalnız 6 nəfərin şəhərdə özünə ev tutmaq imkanı olmayıb. Deyl Karnegi hər gün atın üstündə 6 mil qət edərək kollecə gedərdi, fermadakı işlər arasında fasilə zamanı ev tapşırıqlarını yerinə yetirə bilərdi.

Yoxsulluğundan, daralan gödəkçəsindən və qısalan şalvarından utanan Karnegi sürətlə artan natamamlıq kompleksini aradan qaldırmaq üçün ən qısa müddətdə məşhurluq və şöhrət qazanmaq istəyir, bunun üçün nədəsə fərqlənmək imkanı axtarırdı. Ətrafını öyrənən Karnegi görür ki, kollecdə nüfuz və etibar sahibi olan tələbələr əsasən iki kateqoriyaya ayrılır: birincisinə idmançılar, ikincisinə təşkil olunan ictimai müzakirələrdə, mübahisələrdə öz nəzər nöqtəsini müdafiə edə bilənlər daxildir. Atletik qabiliyyətinin olmadığını çox yaxşı başa düşən Karnegi natiqlik sənəti meydanında qələbə qazanmaq qərarına gəlir.
Kolleci bitirdikdən sonra Karnegi Qərbi Nebraska və Şərqi Vayominqin qumlu rançolarının sahibləri üçün qiyabi təhsil kursları təşkil edir. Hədsiz enerji və ruh yüksəkliyinə baxmayaraq, uğur qazana bilməyən Deyl Omahaya yola düşüb başqa işlə məşğul olmaq qərarına gəlir. Dəmiryol qatarına bileti olmadığı üçün o yük qatarında gediş haqqının əvəzində iki vaqon vəhşi atı yedirib içirtməyə razılaşır. Cənubi Omahada məskunlaşdıqdan sonra o, bekon, sabun və donuz piyi satışı üzrə agent işləməyə başlayır. Bu arada o, ticarətlə bağlı kitablar oxuyur, vəhşi atları əhilləşdirir, hindu qadınlarla evli olan yerli sakinlərlə poker oynayırdı. Karnegi gələcəkdə öz işini qurmaq üçün pulunu ağılla xərcləyir və eyni zamanda, pul yığırdı.

500 dollar yığdıqdan sonra Karnegi işi buraxır və 1911-ci ildən natiqlik və səhnə mədəniyyətindən dərs deməyə başlayır və tezliklə öz məktəbini yaradır. Eyni zamanda populyar mühazirələri ilə ölkə turnesinə çıxır və müxtəlif mövzularda yazdığı esselələrini nəşr etdirir.

1912-ci il oktyabrın 22-də Gənclərin Xristian Assosiasiyası (GXA) tərəfindən təşkil edilmiş ilk qrupa mühazirələr oxumağa başlayır. Bir neçə aydan sonra onun kursu elə populyarlıq qazanır ki, GXA müdiriyyəti hər gecə üçün ona 2 dollar maaş vermək yerinə, 30 dollar verir. Nyu Yorkdan olan gənc müəllimin uğurlarından xəbərdar olduqdan sonra onun kursunu qonşu şəhərlərdəki GXA mərkəzlərində böyüklərin tədris proqramına daxil edirlər. Bunun ardınca başqa peşəkar klublar da analoji xahişlə Karnegiyə müraciət etməyə başlayır.
Onun “Natiqlik sənəti və işgüzar tərəfdaşlara təsir” adlı ilk kitabı 1926-cı ildə işıq üzü görür.

1933-cü ildə “Simon & Schuster” nəşriyyatının baş müdiri Leon Şimkin onun müəllif kursunu dinləyir. Nəinki kursun natiqlik sənəti ilə bağlı aspektləri, eyni zamanda insanlar arasında qarşılıqlı münasibətlərin prinsipləri Leon Şimkinə böyük təsir bağışlayır. Belə bir mövzuda olan kitabın böyük tələbata səbəb olacağını hesab edən naşir Karnegiyə materiallarını sistemləşdirib kitab halına salmağı təklif edir. 1936-cı il noyabrın 12-də Deyl Karneginin ən məşhur “Dost qazanmaq və insanlara təsir” kitabı nəşr olunur. Bu, “uğur qazanacağına inan və onda qazanacaqsan” şüarı altında ümumi praktik məsləhətlər və həyat hekayələrinin optimistik məcmusu idi. Kitab ətrafdakıların simpatiyasını və marağını qazanmaq üçün davranış nümunələri ilə bağlı qısa, eyni zamanda tutumlu məsləhətlərdən ibarət idi. Müəllif oxucunu inandırırdı ki, istənilən insan istənilən insanın xoşuna gələ bilər, lazım olan əsas şey özünü düzgün təqdim etməkdir. Bir ildən də az bir müddətdə kitabın bir milyondan çox nüsxəsi satılır ki, bu da Karnegiyə əsl uğur gətirir.

Həmin vaxtdan etibarən əsər bir çox dilə tərcümə edilir. On il ərzində kitab “New York Times” qəzetinin bestsellərlər siyahısında yer alır ki, bu da mütləq rekord deməkdir.  1948-ci ildə işıq üzü görən “Necə narahat olmamalı və yaşamağa başlamalı” adlı kitab isə stressləri aşmaq və sağlam düşüncəni işə salmaq üsullarına həsr edilir.        

Deyl Karnegi nəzəriyyəsinin populyarlığı və aktuallığı oxucularının bir çoxuna maraqlı insan olmaqda kömək edib. Sonra onun bir çox ölkədə filialı fəaliyyət göstərən “Dale Carnegie Institute for Effective Speaking and Human Relations” institutu açılır.

Həyatının sonuna yaxın Deyl Karnegi dünya şöhrəti qazanmış, və yaratdığı institutun Amerika, Avropa və başqa yerlərdə yüzlərlə şöbəsi açılmışdı. Karnegi vəfat etdikdən sonra bu təhsil müəssisələrinə onun həyat yoldaşı Doroti rəhbərlik edib.
Həyatda nikbin olan Deyl Karnegi 1955-ci il noyabrın 1-də Nyu Yorkda vəfat edib. Hockins xəstəliyindən əziyyət çəkən Karnegi Forest Hillsdəki evində intihar edib və Beltonda dəfn edilib.

Belə bir fikir mövcuddur ki, Deyl Karneginin məshələtləri Qərb cəmiyyəti üçün keçərlidir, çünki müəllifin özü də amerikalı olub. Doğrudan da, onun bütün kitablarını həqiqət kimi qəbul etmək lazım deyil. Demək olar, istənilən başqa kitab kimi. Lakin Karneginin qələmə aldıqlarının çoxu psixologiyaya, insanlarla ünsiyyətə əsaslanır. Amerikalı psixoloqun məsləhətləri, demək olar ki, istənilən cəmiyyətdə fəaliyyət göstərir və normal qəbul edilir.

/xpressa.net/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.