Elşən Böyükvənd - Sürgəcüstü yuxular
19.09.18

Hekayə

Yuxularımda ara-sıra göyümsov, qara oturacaqlı, üç təkərli sürgəcimi (velosiped)  görürəm. Onu sürdüyüm, üzərində oturub şıltaqlıq etdiyim günlərin alatoranlığı bir duman kimi çökür düşlərimə. Dumanı yara-yara, əylənərək, iləriyə doğru qoşuram, qoşdururam sürgəci. Sevincdən doğan, yüksələn gülüşümün səsi havada bir irmaq açır. Məndən də yeyin, məndən də qıvraq iləriyə doğru qoşur gülüşüm. Gülüş səsimin ardında bir mən qalıram bir də sürgəc.

Köksümün dustağından dışarıya qopmuş səsim, baramasından yenicə çıxmış kəpənəklər kimi ağacdan-ağaca, budaqdan-budağa, yapraqdan-yaprağa və çiçəkdən-çiçəyə qonub-qalxırdı. Barmaqlarım saza çevrilmiş yelbizinin tellərini çalar andaca gövdələr mahnısı duyulmağa başlayırdı. Qulağımda alov həniri beynimin qopalağını götürəcəkdi az qala. Ürəyim çırpınmağa başlamışdı. Qapını yerindən çıxarmaq istəyən kimi döyən, yumuruğa çevrilmiş əl deyil tini (ruhu) yanmaqda olan bir dəli başı idi sanki. Köksümün enib qalxması bu suqlu qoç süsəşməsindən (buynuzlaşmasından) olmalı idi, gərək.  Hələ yarın yuxudan oyanar-oyanmaz “gecə üç təkərli sürgcini gördüm” deyibən, məni şaşırdacaqdı anam.

Neçə il keçmişdi o ağır günlərdən? Dilimi itirdiyim günlərin qaranlıq tülü gözlərim önünə çəkildi. Dilsizlik sorğusu qarşımda dikəlməyə başladı. Anamın, o günləri hankı amacla və nədən andırdığını kirt (heç) avarmadım. Mürgülü gözlərim yenidən bağlanacaqdı birazdan. Anamın səsi getdikcə eşidilməyəcəkdi. Gözlərimdəki son işıq qığılcımı öləziməkdə idi.

Gülüş donunu geyimiş oynağan söz alayı, dumanlığın köksündə şırımlar açaraq, çevrəyə çökmüş sayxınlığın yuxusunu diksindirirdi. Səssizlik dik atılırdı. Ayağa uru durur, boyunu ucaldır, əllərini açır, kölgəsini üzərimə-içərimə salırdı. Kölgə içimə sarılınca mən də səssizlikdən hörülmüş bir sayxınlığa (sükuta) çevrilirdim. Kölgəsi çevrəmi sardığı an “toxdağam-dincəm” deyirdim, öz-özümə.

Mağarasının içi islaq, alovlu və yumuşaq idi. İlkin bir ər qanı dolaşırdı damarlarımda. Bir Şahsevən (elat) dəliliyi var idi məndə. Qanüzlü Qocabəyli ayamasını elə yalnız soyğunla-çapğınla deyil həm də oramızın ərənliyi, yarağımızın təpəri  ilə qazanmışdıq. Muğan ovalığında biləngin gücü elə oranın gücündən qaynaqlanır. Mağarasının içinə daldıqca damarımda axan qanın kişnərtisi gözlərimi bərəltmiş, köhülün içinə işıq çiləyəcəkdi birazdan.
Yuxularımı onunla bölüşüb paylaşdığımdan neçə il keçirdi. Bir əl məni onun qucağından ayırmağa çalışırdı. Anamın qısqanclıqdan qartal caynağına dönmüş sevgili əli.

Ancaq, bir göz qırpımında qopan gülüş səsi səssizliyi torpaqdan və çevrədən silə-silə qənşərə doğru ilərləyirdi. Gülüş səsi səssizliyi toz kimi üfürməkdə idi. Mən üfürülmüş gülüş səssizliyindən başqa bir nəsnə deyildim. Yoxluğun çirkin gerçəkliyi qırtlağımdan tutduğu hovuru (vaxt-an-) anarcasına donuxub qalmışdım. Məni kim dilə gətirə bilərdi? Kim dilimi aça bilərdi? Bir öpüş qığılcımından başqa otağıma işıq gətirə biləcək bir nənsə bulunmazdı.

Dilimin açılmasının yolunu qarı Tükəzban bulmuşdu. Bitiyi yazıb, heyva ağacına bağlamışdı. Sonra “bunun sürgəcini tapıb gətirən kimi dili açılacaq” demişdi. Ancaq, “yuxudan diksindirib sürgəcini göstərdiyinizdən sonra dilə gələcək” deyib, yaylığı ilə boğazımı sarıb boşarqı bağlamışdı. Öylə də olmuşdu elə. Yalnız, məni diksindirib dilimi açmışdılar. Gözüm açılan kimi sürgəc sözü dilimdən yerə düşmüşdü. Sözüm sürgəcə çevrilmişdi. Ondan sonra uşaqlar mənə “sürgəc” deyərdilər.

Harama toxunurdusa ayağım daha çox bataqlığa batırdı. Dodağımı açıb astaca qımıldanır, dilimdən bir söz çıxınca isə bataqlığın ayaqlarımın altından tinimi (ruhumu) sümürdüyünü duyurdum. Mən tini sümürülmüş səssizlikdən başqa bir nəsnə deyildim. Telinin qoxusundan ayrılalı neçə il olmuşdu görən ? “Saçımın tellərini saxlama, gözlərimi az öp. Bu işlərin ayrılıq gətirər” deyirdi.

Ayağım büdrəyib bataqlığa düşdüyümdən neçə il, neçə ay və neçə gün keçdiyini kirt (heç) bilmirəm. Ancaq, qaraşın gövdəsinin günəş işığı altında necə lam, necə də əzilərək qıvrıldığını anırdım. Qollarımın gücünü döyüşdə-vuruşda deyil onun “sümüklərim sındı, yavaş” dediyi gün anladım. Çəliyi əyər, daşı əzər gücündə olduğumu sanırdım onun qollarım arasında yuva qurduğu gecələr də. Kişinin təpəri qadın ölkəsi içində anlam qazanır. Təpər sözü qadın varlığından alınan bir qavramdır. Qadınsız kişi sümsük köpəkdən başqa bir nənsə deyilmiş.

Dilimi itirdiyim andan sonra arxama baxmağa alışmışdım. Çiynimə toxuna biləcək özgə barmaqların ağırlığı, könül sıxıcılığını, diksindiriciliyini duymamaq üçün sürəkli arxamı güdməli idim. Bağırmaq-çığırmağa öylə tamarzı qalmışdım ki gəl görəsən. Güclü əllərin ayası çiynimi sıxmasın deyə ayıq olmaq gərəkirmiş. Dilsizləşdikdən sonra düşlərimi yuxu boyunca deyil mürgüləyincə görməyə üstünlük verəcəkmişəm.

“Yol uzunu uyumaq yasaqdır” deyirdim, yuxu boyunca. Düzənlikdə qurduğum, ucaltdığım evə yetişməyincə yuxuya dayan deyəcəkmişəm. Yuxumdaki göyümsov sürgəci yontac (heykəltaraş) barmaqlarımla yonub-yonub Muğan ovalığının Qurdugəl düzünün bənizi üstə seyrək xallar kimi qurduğumuz alaçıqların sağ qolunda dirçəldəcəyimdən soraq tutmamışdım hələ.

Gecələr boyu yuxuya dalmağı çox sevirdim. İtirdiyim ana dilimi yuxuda tapırdım. Ana dilimi oyaq olduğumda itirmişdim, ancaq yuxuya daldığımda onu yenidən bulurdum. Yuxu yeni buluşlar üçün tanrının yaratdığı ölkədir.

Yuxu düşkünlüyümdan soraq tutan siçanlar ayaq barmaqlarımı incəcik dırnaqları, kiçicik dişləri ilə gəmirdiyi an dik atılmışdım.  İnsan yuxudan dik atıldığı an ölüm və qorxu ilə tanışır. Bayğınlığımı yorğanla-otağın boşluğu arasına buraxıb dışarıya sıçrayırdım. Qapını açmaq görəcəyim birinci iş idi. Kəndimi günəşə ya da aya yoxlatmalı idim. Siçanların iyrənc əlləri məni yoxlamadan öncə qoy günəş məni yoxlasın, qoy ay məni yoxlasın.

Boynumu sağıma-soluma çevirib, gözlərimin qırağı ilə arxamı süzməyə çalışırdım. Boyun sümükləri, gəmirçəkləri qanrılınca beynimə sızan qan fışqırtısı damarlarımı zoqquldatacaqdı. Getdikcə döyünən, getdikcə çırpınan ürəyimin göz yaşları alnımdan-kürəyimdən axmağa başlayacaqdı. Alın təri istidən-bürküdən deyil ürək çırpıntısındandır.

Sürəkli arxamdan bayquş səsi duyurdum. Kölgələrin boy atması, dil açması, gözlərimin qorxunc adaxlısına çevrilmişdi. Çevrəmdəki qaraltılar və içimdəki sayıqlamalara öyrənmişdim. Qorxunu mənimsədiyim üçün otağımdaki qaranlığın  bir yoldaşı, bir soydaşı sanırdım özümü.

Anamın qısqanc qartal caynağına çevrilmiş sevgili barmaqları qırtlağımdan yapışıb məni diksindirib sürgəci göstərdiyi andaca dilim açılmışdı. Mən artıq danışırdım, yaradana Tanrı adı, yaşadana su adı vermişdim. Mən artıq sürgəcə çevrilmişdim.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.