Əhməd Həmdi Tanpınarın yeni romanı çap edildi
18.09.18
Qanun nəşrlər evində müharibə mövzusunda ən gözəl romanlardan biri, Əhməd Həmdi Tanpınarın "Səhnənin çölündəkilər" romanı nəşr edilib.
“Səhnənin çölündəkilər” 1950-ci ildə “Yeni İstanbul” qəzetində çap olunduqdan sonra 1975-ci ildə kitab halında nəşr edilmişdir. Yazıçının digər romanlarından “Mahur bəstə” ilə “Salamatlıq” bu kitabla birlikdə bir silsilə olaraq dəyərləndirilir. “Səhnənin çölündəkilər” romanı 1920-ci illərdə İstanbulda cərəyan edən hadisələrdən bəhs edir. Türk millətinin yaşadığı o keşməkeşli günlərdə, sanki İstanbul həm səhnədir, həm də səhnənin çölü. Əsl səhnə olan Anadolu isə səhnənin çölü İstanbulda çox kiçik və müxtəlif güzgülərdən görünür. Romanda bir çox insan xarakterləri var. Bunlar vaxtilə hakimiyyətdən uzaqlaşdırılmış, fəqət özlərinin hər an xatırlanacağını uman dövlət adamları, müharibə tərəfdarları, idealistlər, fədakar qadınlar, get-gedə dəyişən həyat şərtləri içində öz yerlərini axtaran insanlardır.
Tərcüməçi: Tofiq Qaraqaya Qiymət: 9.99 azn
|