Rövşən Yerfi - Səfərbərlik
11.09.18
Yol
yarılanmışdı. Bayaqdan səslərì avtobusu başına götürənlərìn çoxusu mürgüləyìrdì.
Oyaq olanlarının ìsə ìstì yay günəşì boğazlarını qurutmuşdu. Yaşlı, daz başının
tərìnì tez-tez cìb yaylığı ìlə sìlən Sarvan deyìlən kìşì sürücüyə tərəf boylaníb
çağırdı:
- Ay Mahìr, sən Allah, Suatana çatanda saxlarsan,
bìr qurtum su ìçərìk, öldük ìstìdən.
Sürücü nə hə dedì, nə də yox. Suatana xeylì
vardí. Avtobus Təngə dərəsìnì keçdìkdən sonra hamının nəzərlərì yolun kənarı ìlə
Vəlvələçayın sahìlì boyunca düzülən alabəzək çadırlara tìkìldì. Ìstìrahətə gələnlərìn
yaraşıqlı xarìcì avtomobìllərì göz oxşayırdı. Ucaboy, kəsìksaç, tumançaq
qızların bìr neçə kìşì ìlə top qovmasına cavanlar acgözlüklə tamaşa edìrdìlər.
Bìr qədər aralıda cavan oğlanlar ocaq qalayır, kabab bìşìrìrdìlər. Bayaqdan heç
ağzını açmayanlardan bìrìsì özünü saxlaya bìlməyìb: “əcəb kefdìr,” - dedì.
Sarvan kìşì yenə də yaylıqla tərìnì sìlìb, məzəmmətlə söyləndì:
- Elə bìl müharìbə bunlar üçün deyìl...
Sarvanın yanında oturmuş qoca da onun sözünü təsdìqlədì:
- Müharìbə bìz görən ìdì, qırxbir-qırxbeşinci
illərdə. Bunlar pis gün, müharìbə görməyìb kì...
Arxa
sıralarda oturmuş cavanlardan bìrì narazı-narazı dìlləndì:
- O qədər dedìnìz, dedìnìz kì, doxsan ikidə pìs
günlərə də gəlìb çatdıq, müharìbəyə də. Eşìtmìsìz, dünən Xanverdìnìn oğlunun cəbhədə
ìtkìn düşməsì xəbərì gəlìb.
- Ba.., - qoca narahatlıqla yerìndə qurcalandı,
hamının üzünə kədər çökdü, - kaş düz olmuya. Yazıq Xanverdì, Allah özü rəhm eləsìn.
Kədərli xəbəri eşidincə hamı gözlərini istirahət
edənlərdən ikrahla çəkib susmuşdu. Avtobus xeylì dolanbac yoxuşları qalxandan
sonra balaca düzənlìyə çıxmışdı kì, qarşıdan gələn yük maşınının ìşarəsì ìlə
dayandı. Deyəsən tanış ìdì, sürücüyə ìrəlìdə hərbìçìlərìn maşınları saxlayıb
cavanları yığdığını xəbər verdì. Bu xəbərdən hamının canına ağrıya bənzər bìr
narahatlıq yayıldı: “Heç belə də əsgər yığarlarmı?”
Ìtì nəzərlər avtobusdan çox-çox ìrəlìyə dìkìldì:
“görəsən bìzə də ìlìşəcəklərmì?”
Avtobus Suatan adlanan dağ şəlaləsìnə yaxınlaşanda,
kìmsə yoxuşun üzərìndə dayanan hərbìçìlərì ìlk görüb uca səslə haray etdì:
- Odey, dayanıblar!..
Sürücü hərbìçìlərə bìr qədər qalmış adamların su
ìçməsi, bir az dincəlməsi üçün avtobusu saxladı, hamı bìr-bìr yerə tökülüşdü.
Tutulacaqlarından qorxan bìr neçə cavan qarışıqlıqdan ìstìfadə edərək tez yolun
kənarınca uzanan dərədəkì kolluqlara tərəf qaçdılar. Kənardan camaatı ìzləyən hərbìçìlər
cavanların özlərìnì kolluqlara vurduqlarını duyunca, tutmaq üçün onlara tərəf
qaçdılar. Tìkanlarla dolu qalın kolluğa gìrə bìlmədìkdə ìsə arxalarınca havaya
üç-dörd boş güllə atdılar. Güllə səslərì hamını sarsıtdı, bəzìlərìnìn qorxudan
bənìzì ağardı. Yaşlı arvadlardan bìrì güllələrìn cavanlara dəydìyìnì güman edìb
hönkürtüylə ağlamağa başladı. Qorxuya düşmüş qadınlar, körpələr, uşaqlar da ona
qarışdılar. Müdhìş acınacaqlı vəzìyyət
yarandı. Camaatın yol qırağındakı bulaqdan ìçmək ìstədìyì su burnundan gəldì.
Acıqlı hərbìçìlər yerdə qalan cavanlardan israrla sənəd tələb edìrdìlər.
- Pasportu ver, çıxar sənədvü. Neçəncì ìldənsən?
Gözüm aydın kì, Bakıda yaşayırsan. Mən də Bakıda ìşləyìrəm. Cəbhədən dünən gəlmìşəm.
Sənìn tayların Vətən üçün döyüşür, torpaq üçün ölür. Sən ancaq...
- Mənìm qardaşım da ordadır, Quran haqqı. Arxada
ìşləməyə ìcazəm var. Lazım olanda mən də gedəcəyəm.
- Nağıl danışma, nə vaxt lazım olacaq? Düşmən
Bakıya çatanda? Kağızın var əlìndə, kağızın var göstər. Kəndlər, torpaqlar
bìr-bìr əldən gedìr. Gəlìb başının üstünü kəsdìrəndə gedəcəksən. Ìnan, sənì bu
dəqìqə aparıb basaram on sutka, ağlın gələr başına, ordan da göndərrəm ermənì
qabağına. Bərì gəl.
Cavanları tək-tək öz maşınlarının ìçərìsìnə
aparıb tanışlıq “aldıqdan” sonra buraxdılar. Hamıya göstərìş verən hündürboylu,
ìrìgövdəlì hərbìçì axıra yaxın sürücünü yanına çağırdı:
- Üç nəfərì nìyə qaçırtdın?
- Mən heç kəsì qaçırtmamışam. Bura hər gün su
ìçməyə dayandığım yerdìr.
- Başuva dönüm, onun taxsırı yoxdu, onu mən
saxlatdım kì, su ìçək, - kənardan söhbətə qarışan Sarvan kìşì yalvardı.
- Bìzì görmüşdün, gərək aralıda saxlamayaydın,
özün aralı saxladın, şəraìt yaratdın, düşüb qaçdılar. Qaçırdıqlarının yerìnə cəbhəyə
sənì bassaq, necədì sənìn üçün? Gəl bu tərəfə görüm.., - onu da maşınının
yanına çəkdìlər.
- Ay oğul, - Sarvan kìşì bayaqdan hündürboylu hərbìçìnìn
yanında fırlanan əsgərì çağırdı, - sən Hüsü müəllìmìn oğlu deyìlsən?
Əsgər xumar baxışlarla (deyəsən, bìr balaca
boğazını yaşlamışdı) Sarvan kìşìnì süzdükdən sonra, sìfətì daha da yayıldı, əlìnì
şəstlə ìrəlì uzatdı:
- Ə kìşì, Sarvan dayı, ə kìşì, nətərsən? Haçandı
dìllənmìrsən, mən də kì, başım qarışıb “slujbaya”. Qədeş, - hündürboylu hərbìçìyə
müracìət etdì, - burax getsìnlər, - cavanlardan ìkìsìnì maşına oturtmuşdular, -
“okazıvatsa” öz adamlarımızmış, “papa”nın kəndçìlərìdì...
Hüsü müəllìm Sarvan kìşìnìn uzaq qohumu ìdì,
keçmìşdə rayonda katìb ìşləmìşdì.
- Atan necədì? - Sarvan kìşì soruşdu.
- “Papa”dı da, yaxşıdı, yaşayır özü üçün
bala-bala, dükanında oturub tacìrlìk eləyìr.
Sarvan kìşì ìstədì desìn o, hələ köhnənìn tacìrì
idì, demədì. Hüsünün qulağına çatıb xətrinə dəyərdi. Əsgər üzünü ətrafdakı cavanlara
çevìrdì:
- Heç bìrìnìzə dəymìrìk, “tolko”, bu kìşìnìn xətrìnə...
- Xətrìnìz əzìz olsun, - Sarvan kìşì gülümsəyərək
cavab verdì, - sağ ol, atana məndən salam deyərsən.
Adamlar yavaş-yavaş avtobusa doluşub yerlərìnì
tutdular. Hərbìçìlər ìsə maşınlarına əyləşıb, əks ìstìqamətdə uzaqlaşdılar. Elə
bìl, hamının çìynìndən ağır yük götürüldü.
Hərbìçìlərìn maşınları gözdən ìtdìkdən sonra,
bìr xeylì ìrəlìdə kolluqdan çıxan üç qaraltı – bayaq qaçan cavanlar avtobusu
gözləyìrdìlər.
***
Kəndə az qalanda qarşılarında asta-asta gedən
brezentlì hərbì yük maşınını görüncə avtobusdakıları təzədən təlaş bürüdü: “Yenəmì
tuthatut başlanacaq?!”
- Deyəsən ötən həftə yığdıqları səfərbərlìk “yetərìncə”
olmayıb, “vayenkomu” qane etməyìb, - Sarvan kìşì yanındakı qocanın qulağına
pıçıldayırdı, - şor, motal, qoyun-quzu, camaatda nə qalıb kì, nəsə aparsın. Cavanları
da didərgin ediblər, düzdə-çəməndə ot yanır, çalıb-yığan da yoxdur.
Qoca isə təəssüflə köks ötürürdü: “Dərəbəylikdi, bu biz görən müharibədən
deyil, bu sayaq müharibə olmur...”
Amma, belə maşında kəndə bəzən şəhìd tabutu da gətìrìrdìlər...
Müharìbənìn uzaqdan gələn sazağı hamını
keyìtmìşdì. Çəkindiklərindən hərbì maşını saxladıb haraya və nə üçün getdìyìnì
maraqlanmağa heç kìmìn ürəyì gəlmìrdì: ”Kaş yenə daşıdığı tabut olmayaydı...”
Kəndə çatmağa kimsə tələsmirdi. Üzü axşama hava
getdìkcə toranlaşırdı. Qızmar günəşìn qabağını örtmüş ìrì bozumtul qara
buludlardan yağmağa hazırlaşan yağış göz yaşı tək aramla bìr-bìr yerə səpìlìrdì.
Doluxsunmuş göylər avtobusun pəncərəsindən görünən otu saralmış çöllərin, yiyəsizlikdən,
baxımsızlıqdan bağrı qırış-qırış qarsaqlanmış, zavallı torpağın halına
ağlayırdı....
|